Daha bir ölkədə qiyam: 6 min məhbus qaçıb 33 ölü var
Afrika ölkəsi Mozambikin paytaxtı Maputoda ciddi rejimli həbsxanadan ən azı 6000 məhbus qaçıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə ölkədə keçirilən seçkinin nəticələrinə etirazların gücləndiyi bir vaxtda baş verib.
Mozambik polisinin məlumatına əsasən, qaçış zamanı atışma düşüb. Nəticədə həm həbsxana işçiləri, həm də məhbuslardan ibarət 33 nəfər öldürülüb, 15 nəfər isə yaralanıb: "Maputo Mərkəzi Həbsxanasında bir qrup məhbus üsyan qaldırıb. Onlar mühafizəçilərin silahlarını ələ keçirib və daha sonra digər məhbuslarıla birgə qaçıblar".
Məlumatda deyilir ki, qaçanlar arasında 29 məşhur terrorçu da var.
Xatırladaq ki, oktyabrın 9-da keçirilən seçkilərdə hakim Frelimo partiyasının qələbəsi konstitusiya Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra ölkədə etirazlar böyüyüb. Narazı əhali polis maşınları, polis bölmələri və ictimai infrastrukturlara hücum edib, əmlaklara zərərlər vurmağa başlayıblar.
Tahir Şəlvəli
MİA.AZ