Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Dahi bəstəkarın əsərləri və həyatı ekranda

Dahi bəstəkarın əsərləri və həyatı ekranda

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Üzeyir Hacıbəyli – 140

Gələn ay şanlı yubileyi qeyd olunacaq dahi Azərbaycan bəstəkarı və istedadlı dramaturqu Üzeyir Hacıbəylinin milli kinomuzun təşəkkül və inkişafinda da böyük xidmətləri olub.

XX əsrin əvvəllərində, “lal filmlər” zamanında Azərbaycanda kino çəkmək istəyən rejissorların müraciət etdikləri ilk əsərlərdən biri məhz “Arşın mal alan” idi. 1913-cü ildə bəstəkarın operetta kimi yazdığı bu əsər 3 il sonra ilk dəfə kinoya qədəm qoyub. Bu da var ki, öz əsərlərini lüzumsuz qondarmalardan, bəsit, şit əlavələrdən, sönük pafosdan qoruyan dahi Üzeyir bəy “Arşın mal alan”ın ilk kino variantını bəyənməyib. Amma “Arşın mal alan” və “O olmasın, bu olsun” musiqili kinokomediyaları elə əsərlərdəndir ki, sonralar da kinematoqrafçıların diqqətini çəkib və müxtəlif dövrlərdə ekranlaşdırılıb.

Adıçəkilən filmlərin yaradıcılarının böyük əksəriyyəti bu gün aramızda yoxdur. Lakin tanınmış jurnalist, kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Aydın Kazımzadənin “Üzeyir Hacıbəyov və kino” (2005-ci il) kitabında bu filmlərlə bağlı vaхtilə onlardan alınmış müsahibələr, toplanmış sənədlər və arxiv materialları zəngin təsəvvür yaradır.

Kitabın müəllifi qeyd edir ki, XX əsrdə “Arşın mal alan” 3, “O olmasın, bu olsun” 2 dəfə istehsal olunmuşdur. Bir dəfə də ermənilər “Arşın mal alan” operettası kimi (Maqalyan – red.), eyni adlı filmi də (Mamulyan – red.) oğurlamış, süjetini təhrif edərək Amerikada bəsit şəkildə lentə almış, hətta filmdə operettanın müəllifinin, yəni Üzeyir Hacıbəyovun adını belə göstərməmişlər.

“Arşın mal alan” filminin bəstəkarın bəyənmədiyi ilk çəkilişi 7 hissədən ibarət idi. Rejissor Boris Svetlov çəkilişlərə tanınmış səhnə aktyorlarını – Hüseynqulu Sarabski (Əsgər), Ələkbər Hüseynzadə (Sultan bəy), Mirzəağa Əliyev (Süleyman) və Hənəfi Terequlovu (Vəli) cəlb etmişdi. Qadın rollarına aktrisa axtararkən rejissor çətin vəziyyətə düşmüşdü. Odur ki, Gülçöhrə və Cahan xala (titrdə Gülcahan) rollarına kişi aktyorlardan Əhməd Ağdamski və Yunis Nərimanov, Asya və Telli rollarına isə Aleksandra Olenskaya və Yevgeniya Olenskaya çəkilib.

Kitabdan sətirlər: “Film ilk dəfə 1917-ci il yanvarın 3-də Bakıdakı “Forum” kinoteatrında nümayiş etdirildi. Film səssiz olduğuna görə onun təsir gücü az idi. Əsər ekran üçün işlənərkən öz gözəlliyini, təravətini və bədii qiymətini xeyli itirmişdi. Buna görə də, salonda yerləşdirilmiş xalq çalğı alətlərinin müşayiəti ilə operettadan musiqi parçaları çalınır, Cabbar Qaryağdıoğlu və digər xanəndələr operettadan ariyalar ifa edirdilər. Filmin keyfiyyəti Üzeyir bəyi və əsas rollarda çıxış edən aktyorları narazı salmışdı. Buna baxmayaraq, tamaşaçılar filmə böyük maraq göstərirdilər”.

Kinolent sonradan bütün Qafqazda nümayiş etdirilib və sevilib. Ü.Hacıbəylidən gizli surətdə müxtəlif vaxtlarda və müxtəlif şəhərlərdə gah 7, gah da 4 hissədə göstərilib. Tədqiqatçı Qulam Məmmədli “Kinomuzun keçmişindən” məqaləsində yazırdı: “1916-cı ilin ikinci yarısında Bakıda çəkilmiş “Arşın mal alan” filmi 1917- ci ilin yanvarında göstərildi. Əsər “Cavan Əsgər ilə Vəlinin macərası”, “Gəlin seçmək”, “Arşın mal alan”, “İkisi axtardı, dördü evləndi” kimi 4 hissədən ibarət idi. Birinci seansların bütün biletləri bir neçə saat ərzində satılıb qurtardı. Bundan xəbər tutan Ü.Hacıbəyov rəsmi dairələrə müraciət edərək, öz müəlliflik hüququnu müdafiə ilə etirazını bildirdi və müqəssirlərin məsuliyyətə cəlb olunmasını tələb etdi. Məsuliyyətdən yaxa qurtarmaq istəyən sahibkarlar “film yandı” deyib onu Bakıdan çıxardılar.

Hadisədən bir neçə gün sonra Aşqabadda “Modern” kinoteatrında “Arşın mal alan” filminin göstəriləcəyi yerli qəzetlərdə xəbər verildi. Müəllif xəbər tutmağa macal tapmasın deyə, “yalnız bircə gün nümayiş etdirildiyi üçün seans gündüz saat dörddə başlanacaqdır” sözləri də elana əlavə edilmişdi. Həmin filmi görmək mənə müyəssər oldu. Gizli şəraitdə, о vaxtın primitiv texniki vasitələri ilə çəkildiyindən həm quruluş və həm də aktyor oyunu çox zəif idi. İşıq məsələsi düzgün həll edilmədiyindən aktyorların simasını müəyyənləşdirmək mümkün deyildi.

Film bircə gün Aşqabadda göstəriləndən sonra Orta Asiyanın başqa yerlərinə aparıldı. Sonralar elə həmin şəraitdə Tiflis, Gəncə və başqa şəhərlərdə göstərildiyini qəzet elanları xəbər verirdi. 1918-ci ildə Üzeyir Hacıbəyovun İrana getdiyini bilən sahibkarlar filmi Bakıda da göstərdilər...”

Aydın Kazımzadə isə iddia edir ki, 1917-ci il yanvarın 3-də ilk dəfə nümayiş etdirilən “Arşın mal alan” filmi 4 yox, 7 hissədən ibarət idi. Bəstəkarın təkidi ilə ekrandan çıxarılandan sonra həmin filmdən 3 hissə kəsilib götürülüb və 1917-ci il aprelin 20-də yeni kinolent kimi təzədən nümayiş etdirilib. Deməli, tədqiqatçı Q.Məmmədlinin Aşqabadda baxdığı “Arşın mal alan” filmi 4 hissəli 2-ci variantdır.

Musiqili kinokomediyanın dünya şöhrəti qazanmış daha samballı variantının çəkilişləri isə 1945-ci ilə təsadüf edir. Deməli, bu il Üzeyir bəyin 140 illiyi ilə bərabər, “Arşın mal alan”ın da 80 illik yubileyidir. Rejissoru Rza Təhmasib, ssenari müəllifi Sabit Rəhman olan filmin yaradıcı qrupu 1946-cı ildə SSRİ Dövlət mükafatına layiq görülüb.

Onu da deyək ki, bu film daha 20 il sonra rejissor Tofiq Tağızadə tərəfindən 3-cü dəfə, 9 hissədən ibarət olaraq ekranlaşdırılıb. Elə bu da bir yubileydir – 60 il! Bu dəfə ssenarini Tofiq Tağızadə Muxtar Dadaşovla birlikdə yazıb. Rollarda Həsən Məmmədov, Leyla Şıxlinskaya, Ağadadaş Qurbanov, Möhsün Sənani, Əliağa Ağayev, Nəcibə Məlikova, Hacımurad Yegizarov, Xuraman Hacıyeva, Tələt Rəhmanov, Ətayə Əliyeva, Səfurə İbrahimova və başqaları çəkiliblər. Maraqlıdır ki, bu, sovet dövründə ən çox baxılan filmlərdən olub və sovet kinoprokatı xəttilə 1945-ci il variantına 16,2 milyon, 1965-ci il variantına 16,6 milyon tamaşaçı baxıb.

Ü.Hacıbəylinin 1910-cu ildə qələmə aldığı “O olmasın, bu olsun” operettası əsasında Hüseyn Seyidzadənin 1956-cı ildə çəkdiyi musiqili kinokomediya da (ssenari müəllifi Sabit Rəhman) sadə süjeti və kompozisiyası ilə fərqlənir. Bu filmə də erməni kino işbazları əl uzadıb, haram qatmaq istəyiblər. Xoşbəxtlikdən, kinokomediya qoruna bilib və taleyi uğurlu alınıb. Köhnəlik rəmzi olan və Sərvərlə Gülnazın timsalında yeniliyə, gəncliyə uduzan Məşədi İbadın, Rüstəm bəyin, Rza bəyin, Qoçu Əsgərin ekran sərgüzəştləri dünyanın 4 yanını dolanıb. “O olmasın, bu olsun” bir vaxtlar 40 ölkəyə satılıb və xeyli populyarlaşıb.

Azərbaycanın ilk rəngli bədii filmi olan bu ekran əsərində Əliağa Ağayev, Arif Mirzəquliyev, Tamara Gözəlova, Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya, Mustafa Mərdanov, İsmayıl Osmanlı, Möhsün Sənani, Lütfəli Abdullayev və başqaları parlaq obrazlar yaradıblar. Filmdə xanəndə Xan Şuşinski qonaqlıq səhnəsində “Kürd-Şahnaz” muğamını ifa edir, xanəndə Tükəzban İsmayılova isə “Segah” muğamı üstündə oxuyur.

Aydın Kazımzadənin “Üzeyir Hacıbəyov və kino” elmi araşdırmasına Xalq artisti Polad Bülbüloğlunun yazdığı ön sözdə qeyd edildiyi kimi, kitabı oxuduqda bir daha inanırsan ki, Üzeyir bəyin gördüyü böyük işlərlə Vətəninə və xalqına xidmət etməsi, sonsuz məhəbbəti dahi bəstəkara həsr olunmuş kinolentlərdə də öz layiqli yerini tapıb.

Bəstəkarın haqqında çəkilmiş “Üzeyir ömrü və ya uzun ömrün akkordları” (1982-ci il) Xalq yazıçısı, müəllif və rejissor Anarın müəllifi olduğu çox sanballı filmdir. Ekran əsəri dahi bəstəkarın uşaqlıq və gənclik illərini, onun musiqi aləmində ilk uğurlar qazandığı, istedadlı yazıçı, jurnalist, ictimai xadim kimi fəaliyyətə başladığı bir dövrü əhatə edir. Sənətkar, mübariz ziyalı, gözəl insan – seyrçilər bu nəcib keyfiyyətlərin hamısını Üzeyir Hacıbəylidə görür, onun həyat və yaradıcılıq yolu, maarifçilik fəaliyyəti, yazıçılıq məharəti ilə tanış olurlar. Filmdə bəstəkarın ayrı-ayrı əsərlərinin, o cümlədən “Leyli və Məcnun”, “Arşın mal alan” və “Koroğlu”sunun səhnə taleyi də öz əksini tapıb.

Filmdə Üzeyir bəyin uşaqlığını Yalçın Əfəndiyev, yaşlı dövrünü Hüseynağa Atakişiyev oynayırlar. Digər rolları Nəcibə Məlikova (Natəvan), Qədir Rüstəmov (Cabbar Qaryağdıoğlu), Ramiz Quliyev (Qurban Pirimov), Rüstəm Rüstəmzadə (Əbdürrəhim bəy Haqverdiyev), Əli Zeynalov (Həsən bəy Zərdabi), Mikayıl Mirzə (Hüseynqulu Sarabski), Yaşar Nuri (Zülfüqar Hacıbəyov), Həmidə Ömərova (Məleykə xanım Hacıbəyova) ifa edirlər. Onu da xatırladaq ki, Üzeyir bəy rolunu canlandıran mərhum aktyor və rejissor, Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyev 1995-ci ildə İstanbulda Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasını da tamaşaya qoymuşdur.

Bəli, dahi sənətkar Üzeyir Hacıbəyli opera və operettalarında, musiqili kinokomediyalarında, digər əsərlərində yaşayır. Onun hər bir yaradıcılıq nümunəsi, o cümlədən əsərləri üzrə çəkilmiş film-komediyalar bu gün də insanlara bol-bol sevinc bəxş edir.

Əli NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Avqust 2025 06:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see431

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see399

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see382

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see341

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see277

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see220

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see218

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see212

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see211

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see201

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see201

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see198

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see191

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see188

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see186

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see183

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see179

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see170

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see167

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri