Icma.az
close
up
RU
Dalaq sirli orqandır

Dalaq sirli orqandır

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dalaq insan orqanizmində olan ən sirrli orqanlardan biridin.

Bu vaxtacan dalağın orqanizmdə olan funksiyaları sona kimi araşdırılmayıb. Dalaq qarın boşluğunun sol tərəfində, 9-11-ci qabırğalar səviyyəsində yerləşir.

Normada böyüklərdə dalağın uzunluğu - 11-12, eni - 6-8 sm, çəkisi - 200-300 qr olur. İnsan yaşlaşdıqca dalağın ölçüləri kiçilir. Müxtəlif xəstəliklər və pozulmalar nəticəsində dalağın ölçüləri böyüyə bilər.

Qara ciyərdə olduğu kimi, dalağın da ağrı reseptorları yoxdur. Məhz bu səbəbdən dalaqda olan pozulmalar bir çox hallarda təsadüfən USM zamanı təyin edilir. Müxtəlif səbəblərə görə (bəzi infeksion xəstəliklər, qan xəstəlikləri, onkoloji xəstəliklər və s.) dalaq böyüyə bilər (buna "splenomeqaliya" deyilir). Böyümüş dalaq öz kapsulunu dartmağa başlayır ki, bunun nəticəsində bu nahiyyədə ağrılar əmələ gəlir. (Kapsulun ağrı reseptorları var.)

Əvvəllər dalağı endokrin, hətta həzm sistemlərinə aid edirdilər. Hal hazırda belə hesab olunur ki, dalaq immun sisteminin orqanıdır. Dalaqda bəzi immun sisteminin hüceyrələri, immunoqlobulinlər (xüsusi immun sisteminin zülalları) hazırlanır.

Dalaq orqanizmdə filtr funksiyanı yerinə yetirir. Dalaq çox güclü filtrdir. Dalaqdan keçən qan əsaslı şəkildə viruslar, bakteriyalar, infeksiyalardan təmizlənir. Bundan əlavə dalaq orqanizmin mutasiyaya uğramış hüceyrələri də tutmaq və zərərsizləşdirmək qabiliyyətinə malikdir. Bu isə orqanizmi onkoloji xəstəliklərin inkişafından qoruyur. Nəzərinizə çatdıraq ki, hər gün insan orqanizmində çoxlu miqdarda belə mutant-hüceyrələr yaranır ki, bu hüceyrələr məhv olunmazsa, insanda xərçəng xəstəliyi inkişaf edə bilər. Məhz bu səbəbdən immun sisteminin zəifləməsi xərçəng xəstəliklərinin əsas risk faktoru sayılır.

Keçmiş əsrin əvvəlinə kimi belə hesab olunurdu ki, dalaq (kör bağırsaq kimi) artıq orqandır və onun xaric olunması orqanizmə heç bir mənfi təsir etmir. Bu səbəbdən  dalaq yerli-yersiz xaric olunurdu. Daha sonra məlum oldu ki, dalağın xaric olunması (tibbdə - "splenektomiya") insanın immun sisteminin zəiflənməsinə səbəb olur.

Bundan əlavə dalaq qanda köhnə, xəstə, "keyfiyyətsiz" eritrositləri (qırmızı qan hüceyrələri) tutur və onları məhv edir.

Eritrositlərdən başqa dalaq köhnə leykositlərin və trombositlərin məhv olunmasında da  iştirak edir.

Dalaq orqanizmdə trombositlərin deposudur. Bu qan hüceyrələri qanın laxtalanmasını və qanaxmanın dayandırılmasını təmin edir. Dalaq trombositlərin müəyyən hissəsini (30-50%-ə kimi) özündə saxlayır və lazım olduqda onları qana buraxır. Məhz bu səbəbdən dalağın müxtəlif səbəblərə görə (dalağın yırtılması, bəzi xəstəlikləri və s.) xaric olunması (tibbdə - "splenektomiya")  qanda trombositlərin artmasına (trombositoza) səbəb olur. Trombositoz isə damarlarda trombların (qan laxtası) əmələ gəlməsinin riskini artırır. Damarlarda trombların əmələ gəlməsi isə öz növbəsində infarkt və insult kimi ağır pozulmaların əsas səbəbidir.

Dalaq həmçinin dəmirin, zülalların mübadiləsində iştirak edir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see384

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see357

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see353

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see318

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see314

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see303

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see243

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see229

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see219

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see211

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see209

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see206

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see204

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see193

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see192

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see188

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see186

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri