Damazlıq heyvandarlığa ayrılan dövlət vəsaitində 5,1 milyon manatlıq uyğunsuzluq aşkarlanıb
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə damazlıq heyvandarlıq sahəsinə ayrılmış dövlət dəstəyinin icrası zamanı ciddi uyğunsuzluqlar aşkarlayıb.
Moderator.az xəbər verir ki, bu barədə Hesablama Palatasının apardığı səmərəlilik auditi nəticəsində məlum olub.
Belə ki, "Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında iltizam" sənədlərinin şərtləri nəzərə alınmaqla aparılmış monitorinqlər zamanı fermer təsərrüfatlarında faktiki mövcudluğu aşkar edilməmiş 4 456 baş iri və xırdabuynuzlu damazlıq heyvan müəyyən edilib.
Həmin heyvanların dəyərinin 60% güzəşti üzrə dövlətin maliyyələşdirdiyi vəsaitin məbləği 5 milyon 127 min 534.4 manat təşkil edib.
Bununla yanaşı, nazirliyin daxili nəzarət qaydasında apardığı monitorinqlər nəticəsində 86 baş Simmental cinsli damazlıq heyvanın alıcısı olan bir təsərrüfatda həmin heyvanların da faktiki mövcudluğu təsdiqlənməyib. Eyni zamanda, agentliyin apardığı monitorinqlərin sənədlərində "tələf olma" adı altında qeydə alınmış, lakin mövcudluğu təsdiqlənməyən 38 baş damazlıq heyvan da aşkar edilib.
Qeyd olunan hallarla bağlı damazlıq heyvanların dəyərinin 60%-lik güzəşti üzrə maliyyələşdirilmiş məbləğlərdə yaranmış çatışmazlığın bərpa edilməsi tələb olunsa da, bu istiqamətdə tədbirlər bu günə qədər icra edilməyib və məsələ hazırda izlənilmə mərhələsindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 13 Yanvar 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















