Danimarkalı nazir: COP29da yeni maliyyə hədəfinə nail olmaq üçün əməkdaşlığa çağırırıq
Report.az saytına istinadən Icma.az xəbər verir.
Danimarka dünya birliyini COP29-da yeni maliyyə hədəfinə nail olmaq üçün əməkdaşlığa çağırır.
“Report” xəbər verir ki, bunu Danimarkanın iqlim, energetika və kommunal xidmətlər naziri Lars Aaqaard COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib.
O bildirib ki, Danimarka 2030-cu ilə qədər istixana qazı emissiyalarını 70 % azaltmaq üçün iddialı hədəf müəyyən edib.
L.Aaqaard, həmçinin iqlim maliyyəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Danimarka yeni maliyyə hədəfinə nail olmaqda liderlərdən biri olmağı öhdəsinə götürür və digər ölkələri əməkdaşlığa dəvət edir.
"Qlobal emissiyalar azalmalı və uyğunlaşma ilə bağıə səyləri sürətləndirilməlidir. Bu, quru və dəniz ekosistemlərimizin qorunması, həmçinin dayanıqlı gələcək üçün vacibdir", - nazir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 20 Noyabr 2024 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















