“Danışıqlardan “möcüzəvi irəliləyiş” gözləmirik”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
“Moskva Rusiya ilə Ukrayna arasında İstanbulda keçirilən danışıqlardan “möcüzəvi irəliləyiş” gözləmir”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kreml sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, vəziyyət çox mürəkkəbdir.
Peskov əlavə edib ki, Rusiya öz maraqlarını qorumaqda və ilkin məqsədlərini yerinə yetirməkdə qərarlıdır.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski növbəti görüşün iyulun 23-də Türkiyədə keçiriləcəyini açıqlasa da, TASS mənbəyə istinadən danışıqların iyulun 24-ü baş tutacağını bildirib.
Onu da bildirək ki, tərəflər daha əvvəl hər tərəfdən min nəfər olmaqla məhbus dəyişməsinə və xəstə, gənc məhbusların “hamı-hamıya” prinsipi ilə qaytarılmasına razılaşıblar.
Fatimə Şahverdiyeva
Baxış sayı:38
Bu xəbər 22 İyul 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















