Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Daşı, qayası, torpağı qızıldan da zəngin ölkə... Azərbaycan Geologiya Muzeyindən xüsusi reportaj

Daşı, qayası, torpağı qızıldan da zəngin ölkə... Azərbaycan Geologiya Muzeyindən xüsusi reportaj

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün yolumuzu Azərbaycan Geologiya Muzeyindən saldıq. Əslində muzey haqqında çox eşitsəm də ilk dəfə idi ki, bu muzeyə gəlirdim. Muzeyə daxil olanda sanki başqa bir aləmə düşürsən, müxtəlif daşlar, rəngləri göz oxşayan eksponatlar...

Öncə qeyd edim ki, Azərbaycan Geologiya Muzeyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Geoloji İnformasiya Fondunun tərkibində fəaliyyət göstərir. Muzeydə respublika ərazisində olan filiz, qeyri-filiz, inşaat materialları, minlərlə perspektivli sahələr və filizləşmə zonaları haqqında süxur, mineral nümunələri, həmçinin yataq, təzahür və filizləşmə sahələrinə həsr olunmuş elmi-geoloji tədqiqat sənədləri saxlanılır. Ölkənin bütün bölgələrindən toplanmış yeddi minə yaxın dağ süxuru, mineral və kristal nümunələri qorunur.

Bizi muzeydə Dövlət Geoloji İnformasiya Fondunun rəisi Eyzangül Qənbərova qarşıladı. Eyzangül xanım muzey haqqında ətraflı məlumatı bizimlə bölüşdü. Eyzangül Qənbərova bildirdi ki, Azərbaycan Geologiya Muzeyi 1969-cu ildə Geologiya İdarəsinin nəzdində təşkil edilib. Elə həmin tarixdən ölkə geoloqlarının elmi-tədqiqat işləri zamanı tapdıqları müxtəlif süxur və mineral nümunələri sistemləşdirilərək xüsusi bölmələrə yerləşdirilib. Muzeyin əsas fəaliyyət istiqaməti ölkənin mineral-xammal bazasını səciyyələndirən süxur, mineral və filiz nümunələrinin ümumi nümayişə təqdim edilməsi, geoloji-kəşfiyyat işlərinin nəticələrinin və elmi-geoloji nailiyyətlərin geniş miqyasda təbliği və təşviqidir.

Eyzangül Qənbərova

“Burada 250 milyon il yaşı olan ən qədim süxurlar saxlanılır. Ən cavan, yəni müasir dövr süxurları IV dövrə aid olanlardır. Azərbaycanda qədim süxurlara Naxçıvan Muxtar Respublikasında və Tovuzda rast gəlinir. Qalan ərazilərdə Yura, Təbaşir, III və IV dövr süxurları geniş yayılıb”-deyən Eyzangül xanım qeyd edib ki, muzeyin altı bölməsi var.

Eyzangül Qənbərova, Geologiya muzeyi / Foto: İradə Cəlil, Bizimyol.info

Regional geologiya bölməsində respublikanın geoloji quruluşunu və əsas faydalı qazıntılarını xarakterizə edən 85-dən artıq süxur, mineral və filizin nadir iri nümunələri vitrinlərdə yerləşdirilib. Azərbaycanın mineral resursları bölməsində ölkə ərazisindəki bərk filiz və qeyri-filiz yataqları haqqında ümumi məlumat almaq olar.

Geologiya muzeyində xəritə / Foto: İradə Cəlil, Bizimyol.info

Muzeyin vitrinlərində respublikanın çoxlu sayda yataqlarından və təzahürlərindən götürülmüş əlvan və qara metal-dəmir, xromit, kolçedan-polimetal, barit, alunit, civə, sürmə və başqa filiz nümunələri düzülüb. Xüsusi stend və vitrinlərdə Böyük Qafqazın cənub yamacında kəşf edilmiş kolçedan-polimetal yataqlarının və Kiçik Qafqazın polimetal, dəmir, alunit, mis-qızıl və civə yataqları qrupunun materialları nümayiş etdirilir.

Muzeyin qeyri-filiz xammalı və tikinti materialları yataqları yarımbölməsi termal sular, eləcə də içməli və suvarma üçün istifadə olunan yeraltı şirin su mənbələrinə həsr olunmuş xüsusi stendlə başlanır. Daşsalahlı bentonit gili yatağına ayrıca stend həsr olunub, təbii bentonit gili nümunələri də nümayiş etdirilir.

Geologiya muzeyində lövhə / Foto: İradə Cəlil, Bizimyol.info

Dağ-kimyası və dağ sənayesi xammalı yataqları bölməsi daş duz, dolomit, seolit, kvars, optik kalsit (islandiya şpatı), kükürd kolçedanı, maqnetit, pirofillit, barit, kvars qumu, bitum, yanar şist, vermikulit, törəmə kvarsit, oxra və s. nümunələrlə təmsil olunur.

Petroqrafiya bölməsi dağ süxurlarının tərkibini, əmələ gəlməsini, genezisini öyrənən sahəni əhatə edir. Bu bölmədə Azərbaycan ərazisində yayılmış bütün dağ süxuru növləri nümayiş etdirilir.

Mineralogiya bölməsində ekspozisiyanın əsasını respublikamızın ərazisindən yığılmış minerallar təşkil edir. Kolleksiyanı mümkün qədər tamamlamaq üçün dünyanın bir çox regionlarından mübadilə yolu ilə gətirilmiş nümunələr də var.

Şəffaf gips qaranquş kristalı / Foto: İradə Cəlil, Bizimyol.info

“Azərbaycan-Antarktida, Azərbaycan-Afrika (Kilimancaro) və Azərbaycan-Cənubi Amerika (Akonkaqua) ekspedisiyalarının materiallarına əsasən düzəldilmiş xüsusi stendlər və nümunələr də muzeydə nümayiş etdirilir. Məsələn; Antarktidanın qranit-qneysi, Yakutiyanın kimberlitləri, Sakit Okeanın dibindən qaldırılmış süxurlar, ABŞ-ın Arizona meteoritinin qəlpəsi. Burada Süxur və mineral həvəskarlarının, dünyanın müxtəlif regionlarında işləmiş geoloqların muzeyə hədiyyə etdiyi mineral, süxur və filiz nümunələri də nümayiş olunur”-deyən Eyzangül Qənbərova əlavə edib ki, muzeyin paleontologiya bölməsində qədim dövrdən müasir dövrə qədər məhv olmuş bitki, eyni zamanda heyvan qalıqları saxlanılır və bütün bunlar nə vaxtsa, çox qədimlərdə milyon illər bundan qabaq Paleozoy, Mezozoyda və ya Paleogen, Neogen, Antropogendə belə özünəməxsus tərzdə inkişaf edərək daşlaşmış nümunələrdir.

Fototeka bölməsində respublikanın geoloji cəhətdən maraqlı guşələrini, faydalı qazıntı yataqlarını, daş karxanalarını təsvir edən panoramlar əks olunub. Muzeyin kolleksiyasında kifayət qədər nadir nümunələr var.

Bir çox dağ süxurlarının, xüsusilə mineralların adları onları kəşf etmiş mühəndislərin və görkəmli şəxslərin şərəfinə qoyulub. Məsələn; “Hötit” adı böyük alman şairi B.Hötenin, “Obsidian” romalı zabit Obsianusun adı ilə bağlıdır.

Eyzangül Qənbərova, Geologiya muzeyi / Foto: İradə Cəlil, Bizimyol.info

“Azərbaycan Geologiya Muzeyində şəxsi kolleksiyalar da xüsusi vitrinlərdə nümayiş etdirilir. Tofiq Məmmədovun “İslandiya şpatları”ndan ibarət kolleksiyası, Akif İsmayılovun mineral nümunələrindən ibarət zəngin kolleksiyası, Məhbubə Abdulqasımzadənin üst yuranın fauna kolleksiyası və həvəskar geoloq Michael Ottwell tərəfindən dünyanın müxtəlif yerlərindən götürülmüş 64 nümunədən ibarət kolleksiya burada saxlanılır”-Eyzangül Qənbərova əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Dekabr 2024 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri