Icma.az
close
up
RU
Daşkəsəndə alman irsi VİDEO

Daşkəsəndə alman irsi VİDEO

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daşkəsən, 28 avqust, Vüsalə Cənnətova, AZƏRTAC

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Daşkəsən rayonu.

Dağlar qoynunda yerləşən Daşkəsən istər yay, istərsə də qış fəslində turizm baxımından böyük imkanlara malik bölgələrdəndir. Burada ekoloji, xüsusən də qış turizminin inkişafı üçün böyük imkanlar mövcuddur.

Bu rayonun memarlığında alman irsinin də izləri görünür. İkinci Dünya müharibəsində əsir götürülən alman hərbçilərinin bir hissəsi Daşkəsənə gətirilərək burada mədənçilik, dəmir yolu tikintisi sahələrinə və şəhərin salınması işlərinə cəlb edilib. Rayon ərazisində alman irsinə aid memarlıq nümunələri bu günədək qorunub saxlanılır. Dəmir-filizi mədənlərinin istismarı ilə əlaqədar Bayan kəndi ərazisində “Bayan stansiyası 1946” yazısının olduğu lövhə, alman memarlıq üslubunda tikilmiş 3 dəmiryol körpüsü buna əyani misaldır. Belə ki, Daşkəsəndə çıxarılan dəmir filizinin daşınması üçün 1946-cı ildə Bayan, 1947-ci ildə Quşçu körpü dəmir yolu stansiyası inşa edilib. 1950-ci ildə uzunluğu 35 kilometr olan Quşçu-Alabaşlı dəmir yolu xətti tikilərək istifadəyə verilib. Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolu üzərindəki alman irsinə aid körpülər Qoşqarçayın gözəlliyi, dağların əzəməti ilə ahəng təşkil edərək, fərqli və maraqlı mənzərə yaradır.

Daşkəsən şəhərində alman memarlıq üslubunda tikilmiş 10-a yaxın çoxmərtəbəli yaşayış binasında bu gün də yerli sakinlər yaşayır. Bu binalar şəhərə xüsusi gözəllik qatır və alman memarlıq üslubunun yerli şəraitə uyğunlaşdırıldığını əks etdirir. Rayonun bəzi kəndlərində də almanlar tərəfindən tikilmiş evlər və binalar indiyədək qorunub saxlanılmaqdadır.

Tolerant ölkəmizin bir parçası olan Daşkəsəndə alman əsirlərinin xatirəsi hər zaman ehtiramla yad edilir. Şəhərdəki Daşkəsən qəsəbəsində alman əsirlərinin məzarlığı yerləşir. Daşkəsən rayonunda alman irsinin izləri həm yerli əhali, həm də turistlər üçün böyük maraq doğurur və Azərbaycanın zəngin mədəni müxtəlifliyinin bir nümunəsi kimi qiymətləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Avqust 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1213

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see490

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see380

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see378

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see372

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see330

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see313

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see275

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see209

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see209

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see206

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see200

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see191

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see182

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see164

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see157

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see157

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri