Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Dayanıqlı iqtisadiyyat, sabit məzənnə, birrəqəmli inflyasiya...

Dayanıqlı iqtisadiyyat, sabit məzənnə, birrəqəmli inflyasiya...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mərkəzi Bank 2026-cı ildə pul siyasətinin əsas istiqamətlərini bəyan edib

Mərkəzi Bank (MB) 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb. Pul siyasəti “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyən edilmiş makroiqtisadi sabitlik və dayanıqlılıq prioritetlərinin reallaşmasına yönəldiləcək, əsas istiqamətlər qlobal iqtisadiyyat, habelə ölkənin xarici balansı, fiskal və real sektorları üzrə proqnozları nəzərə alınmaqla tətbiq olunacaq.

MB növbəti ildə də pul siyasətinə dair qərarlar verərkən ölkə iqtisadiyyatına və inflyasiyaya təsir göstərə biləcək daxili və xarici amilləri, habelə riskləri hərtərəfli qiymətləndirəcək, məzənnə sabitliyi qiymət sabitliyinin başlıca amili kimi çıxış edəcək. Proqnozlara görə, növbəti ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyəcək. Baza ssenari üzrə proqnozlara görə, 2026-cı ildə cari əməliyyatlar hesabının profisiti 3 milyard dollar səviyyəsində olmaqla, ÜDM-in 3,7 faiz səviyyəsində gözlənilir.

Manatın məzənnəsi ilə bağlı gözləntilər

2026-cı ildə də pul siyasətinin ötürücülüyündə məzənnə kanalının başlıca rol oynayacağı gözlənilir. Manatın nominal effektiv məzənnəsi inflyasiya idxalına əhəmiyyətli təsir göstərən amillərdən biri olaraq qalacaq. Beynəlxalq analitik mərkəzlərin ikitərəfli məzənnələr üzrə proqnozları əsasında aparılan son hesablamalara görə, 2026-cı ildə də manatın nominal effektiv məzənnəsi möhkəmlənmə istiqamətində dəyişəcək.

Gələn il qiymət sabitliyinin başlıca xətti manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə əsasında (hərraclar) müəyyən ediləcək. Mərkəzi Bankda Dövlət Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə hərracların keçirilməsi davam etdiriləcək. Əvvəlki illərin təcrübəsinə uyğun olaraq dövlətin valyuta tələbi və təklifinin dəyişməsindən asılı olaraq Mərkəzi Bank 2026-cı ildə də valyuta bazarında valyuta satışı və alışları həyata keçirə bilər. Valyuta hərracları ilə yanaşı, fiskal orqanlar (DNF və Maliyyə Nazirliyi) arasında effektiv koordinasiya ilə valyuta bazarının tarazlı fəaliyyətinə dəstək veriləcək.

Bank sistemindəki likvidliyin idarə edilməsində daimi imkan alətləri, açıq bazar əməliyyatları yenə də üstün strateji qərarlardan biri olacaq. Bu sektorda gözlənilən struktur profisiti ilə əlaqədar olaraq növbəti ildə də Mərkəzi Bankın sterilizasiya yönümlü alətlərinə tələbatın olacağı ehtimalı yüksəkdir. Bununla belə, struktur profisiti struktur kəsiri ilə əvəzləndiyi təqdirdə arsenalda olan likvidliyin verilməsi alətləri açıq bazar əməliyyatları çərçivəsində işə düşəcək.

İnflyasiya ilə bağlı proqnozlar

İnflyasiyanın hədəf daxilində idarə edilməsi davamlı iqtisadi artımın vacib şərtlərindən biridir. Bu, ev təsərrüfatlarının, həmçinin şirkətlərin gəlir və əmanətlərinin qorunması üçün vacibdir. Sabit və aşağı inflyasiya milli valyutaya inamı və onun alıcılıq qabiliyyətini artırır, bununla da iqtisadiyyatda xarici valyuta ilə ifadə olunmuş aktiv və öhdəliklərin payını azaltmağa kömək edir. Bütün bunlar iqtisadiyyatın xarici mühitdəki dəyişikliklərə davamlılığını artırır.

MB-nin bəyanatında bildirilir ki, növbəti ildə pul siyasəti qiymət sabitliyinin təmin edilməsinə, inflyasiyanın müəyyən edilmiş hədəf daxilində sabitləşməsinə yönəldiləcək, bu istiqamətdə islahatlar davam etdiriləcək. Gələn il illik inflyasiyanın 5,7 faiz olacağını gözləyir ki, bu da hədəf diapazonu daxilindədir. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının və beynəlxalq reytinq agentliklərinin proqnozları da inflyasiyanın növbəti ildə, əsasən, bu diapazonda qalacağını göstərir. Ona görə də, Mərkəzi Bank 2026-cı ildə də inflyasiya amillərinin hərtərəfli təhlili əsasında özünün inflyasiya proqnozlarını müntəzəm yeniləyəcək. Ümumi inflyasiya ilə yanaşı, baza inflyasiyanın da dinamikası davamlı şəkildə təhlil olunacaq, eyni zamanda, inflyasiya gözləntilərinin qiymətləndirilməsi davam etdiriləcək.

Qiymətlər sabitliyi ilə bağlı bir sıra xarici və daxili risklər aktuallığını saxlayır. Növbəti ildə də xarici faktorlar - dünya bazarında əmtəə qiymətlərinin dinamikası, tərəfdaş ölkələrdə inflyasiya prosesləri və iqtisadi aktivlik ölkədəki inflyasiya proseslərinə təsir göstərəcək. Geosiyasi gərginliyin davam etməsi şəraitində sözügedən xarici faktorların dəyişkən olaraq qalacağı gözlənilir. Məcmu tələbin izafi genişlənməsi ehtimalı, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmət tariflərinin dəyişimi, habelə inflyasiya gözləntilərinin artması isə qiymət sabitliyi üçün daxili risk mənbələridir.

“Yaşıl maliyyə” və faiz dərəcələri

Ölkədə maliyyə dərinliyinin artırılması, maliyyə sabitliyinin qorunması, rəqəmsal ödənişlərin genişləndirilməsi növbəti ildə də pul siyasətinin effektivliyinə müsbət təsir edən amillər olacaq, monetar siyasətdə iqlim dəyişikliyindən və eləcə də “yaşıl keçid”dən qaynaqlanan inflyasiyanın təsirləri üzrə təhlillər davam etdiriləcək. Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilən “Yaşıl Taksonomiya” perspektivdə zəruri hallarda “yaşıl keçid”ə pul siyasəti ilə də dəstək vermək üçün əsas yaradır. İqlim dəyişikliklərinin makroiqtisadi təsirləri və “yaşıl maliyyə təşəbbüsləri”nin dəstəklənməsi məsələləri diqqətdə saxlanılacaq. İqlim dəyişikliklərinin inflyasiya dinamikasına, iqtisadi artıma və maliyyə sektoruna birbaşa və dolayı təsirləri üzrə qiymətləndirmələr davam etdiriləcək.

Mərkəzi Bank rəqəmsal valyutasının tətbiqi üzrə siyasət məqsədlərinin müəyyən edilməsi, müvafiq yol xəritəsinin hazırlanması üzərində işləri də davam etdirəcək. Bu işlərə prioritet istifadə istiqamətlərinin müəyyənləşdirilməsi, potensial risk və faydaların qiymətləndirilməsi, eləcə də maliyyə sektoru üzrə daha geniş strategiyaya uyğunlaşdırılmış mərhələli tətbiq planının hazırlanması daxildir.

Növbəti ildə də Mərkəzi Bankın faiz dəhlizi iqtisadiyyatda monetar şəraitə təsir göstərən əsas vasitələrindən biri kimi istifadə olunacaq, faiz dəhlizinə dair qərarlar inflyasiyanın xarici və daxili amilləri üzrə risk balansının dəyişimindən, habelə yenilənmiş makroiqtisadi proqnozlardan asılı olaraq qəbul ediləcək. MB hesab edir ki, hazırda uçot dərəcəsi son 4 ilin minimum səviyyəsindədir və neytral faiz dərəcəsinə yaxındır. Cari il ərzində pul siyasəti yumşaldılıb və uçot dərəcəsi 7,25 faizdən 6,75 faizə endirilib. Bu siyasət gələn ildə də davam etdiriləcək və MB-nin 2026-ci ildə faiz dəhlizinin parametrləri ilə bağlı təqribən 8 qərar verəcəyi ehtimal olunur.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Dekabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see334

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see200

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see198

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see180

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see174

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see168

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see156

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see154

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see149

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see148

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see147

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see140

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see139

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see139

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see139

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see137

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see136

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri