Icma.az
close
up
RU
DÇ 2026 nın qalmaqallı futbolçusu “Everton”da 50 milyonluq transfer

DÇ 2026 nın qalmaqallı futbolçusu “Everton”da 50 milyonluq transfer

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

DÇ-2026-da qırmızı vərəqəsi və sonradan cəzasının ləğvi ilə gündəmə gələn Folarin Baloqun karyerasını “Everton”da davam etdirəcək.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İngiltərə klubu ABŞ millisinin hücumçusunun transferi ilə bağlı “Monako” ilə razılığa gəlib. 

“Everton” 25 yaşlı futbolçu üçün 45 milyon avro transfer haqqı ödəyəcək. Müqavilədə əlavə 5 milyon avro bonus və Baloqunun gələcək satışından “Monako”ya pay verilməsi də nəzərdə tutulub.

Futbolçu ilə 4+1 illik müqavilə üzrə şəxsi şərtlər də razılaşdırılıb. 

Baloqun DÇ-2026-da ABŞ millisinin heyətində 3 qol vurmaqla yanaşı, turnirin ən qalmaqallı hadisələrindən birinin iştirakçısı olub. O, 1/16 finalda Bosniya və Herseqovina üzərində 2:0 hesablı qələbə zamanı Tarik Muharemoviçə qarşı etdiyi kobudluğa görə 64-cü dəqiqədə birbaşa qırmızı vərəqə alıb. 

FIFA daha sonra Baloquna avtomatik tətbiq olunan bir oyunluq cəzanın icrasını bir illik sınaq müddəti ilə dayandırıb. Qərar ABŞ prezidenti Donald Trampın futbolçunun cəzasının ləğvinə çağırışından sonra verildiyi üçün böyük mübahisəyə səbəb olub.

Nəticədə Baloqun Belçikaya qarşı 1/8 final görüşündə iştirak edib. ABŞ həmin matçda 1:4 hesabı ilə uduzaraq mundialla vidalaşıb. 

Qeyd edək ki, Baloqun daha əvvəl “Arsenal”, “Midlsbro”, “Reyms” və “Monako”da çıxış edib.

O, Fransa klubunda ümumilikdə 91 matçda 31 qol vurub və 9 məhsuldar ötürmə edib. 

Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://apasport.az
archiveBu xəbər 01 Sentyabr 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri