Debet kartların satışına məhdudiyyət qoyulması ilə bağlı Açıqlama
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi ödəniş kartlarının və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən risk əsaslı yanaşma ilə bağlı açıqlama yayıb.
Yeniavaz.com xəbər verir ki, ABA tərəfindən qəbul edilmiş yanaşmaya əsasən, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, habelə depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bankda bir məhsul üzrə bir ödəniş kartının təqdim edilməsi nəzərdə tutulur.
“Nəzərə alınmalıdır ki, müştərilər tərəfindən ödəniş kartının istifadə məqsədi barədə banka ağlabatan izahat təqdim edildiyi, həyata keçirilən əməliyyatların bankda ödəniş xidməti istifadəçisi barədə mövcud məlumatlarla uyğunluq təşkil etdiyi, habelə qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandığı hallarda müştərilərə bir məhsul üzrə əlavə ödəniş kartlarının verilməsi banklar tərəfindən sərbəst şəkildə təmin olunur.
Beləliklə, bu yanaşmanın əsas məqsədi ödəniş xidməti istifadəçilərinin ehtiyaclarını məhdudlaşdırmaq deyil, risklərin daha effektiv idarə olunmasını təmin etməklə yanaşı, təhlükəsiz, dayanıqlı və sağlam ödəniş ekosisteminin formalaşdırılmasına töhfə verməkdir”, - deyə açıqlamada qeyd edilib.
Bu mövzuda digər xəbərlər:ŞƏT də Azərbaycana veto qoyulması ilə bağlı Hindistandan açıqlama
05 Sentyabr 2025 17:06
Azərbaycanda bu kartların satışına başlanılır
07 Noyabr 2024 15:01
Həkimlərə cərrahi əməliyyatın zamanı ilə bağlı məhdudiyyət qoyulması təklif edilib
27 May 2025 13:26
İsraildən Ramazan ayı ilə bağlı açıqlama: Məscidül Əqsaya girişə məhdudiyyət qoyacağıq
28 Fevral 2025 15:29
MN hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulması ilə bağlı müraciət edib
14 Fevral 2025 15:54
Baxış sayı:109
Bu xəbər 25 Sentyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















