Icma.az
close
up
RU
Dedi, yaram yüngüldür, o birilərə kömək edin Şəhid Samir Abbasovun qəhrəmanlıq hekayəsi

Dedi, yaram yüngüldür, o birilərə kömək edin Şəhid Samir Abbasovun qəhrəmanlıq hekayəsi

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

44 günlük Vətən müharibəsi şəhidlərindən biri də Samir Azər oğlu Abbasovdur.
O, 1997-ci ilin 10 iyulunda Neftçala rayonunun Xolqaraqaşlı kəndində doğulub. 2002-ci ildə birinci sinfə gedib. 2014-cü ildə Xolqaraqaşlı kənd tam orta məktəbin 11-ci sinfini bitirib.

2015-ci ildə Naxçıvan Muxtar Respublikasında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra 2018-ci ildə Bakıda Binəqədi Peşə Liseyinə daxil olub. 2019-cu ildə həmin liseydə aşpaz peşəsinə yiyələnib. 

Azərbaycan Ordusunun əsgəri olan Samir Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Füzulinin, Cəbrayılın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub. Noyabrın 23-ü anadan olduğu Neftçala rayonu, Xolqaraqaşlı kəndində dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ölkə.Az şəhidin 4-cü anım ilində onun anası Sevinc Abbasova ilə söhbətləşib.

-    Bir az S.Abbasov haqqında məlumat verərdiniz. Xasiyyətcə necə biri idi?

-    Samir futbolu, ağac əkməyi sevirdi. Atasına həyət-bacada iş görəndə kömək edirdi. Bağçamızda çoxlu meyvə ağacları əkmişdi, hamısına özü qulluq edirdi. Samirdən sonra meyvə ağacları da qurudu.
Şuşada döyüşdə olanda bizlə danışanda həmişə deyirdi ki, ana, burada gözəl, dadlı meyvələr var.

-    Samir hərbi təlimlərə çağırılmışdı. Bəs müharibədə olduğunu haçan öyrəndiniz? Evə zəng etmişdimi?

-    27-si evə zəng eləmişdi. Müharibə başlayanda uşaqlar mənə demişdi ki, təlimdədir. Təlimə gedənlər evə tez-tez komandirin telefonu ilə zəng edirdi, amma o yox. Samirdən soruşurmuşlar ki, nə üçün ata-ananla danışmırsan? Deyibmiş ki, tez-tez danışmaq istəmirəm ki, məndən ötrü darıxmasınlar.

Samir Beylaqandakı N saylı hərbi hissədən 6 günlük təlimdən sonra Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut və nəhayət, Şuşanın alınmasında iştirak edib. O, axırıncı dəfə bizlə noyabrın 7-si danışıb.

Artıq onlar bilirdilər ki, müharibə olacaq. Biz isə elə bilirdik ki, Samir bir həftə təlimə gedib geri qayıdacaq. Evlə çox danışmırdı. Ona elə gəlirdi ki, bizimlə tez-tez danışsa darıxacağıq. Bizi özündən uzaqlaşdırırdı. Danışanda da top, atışma səsləri eşidilirdi. Soruşurdum ki, o səs sizin yanınızdan gəlir? Deyirdi ki, mənim yanımda deyil, başqa yerdə atırlar. Ancaq onun yanındakı uşaqlar sonradan bizə gələndə dedilər ki, Samirgil ən öndə gedənlərdən imiş. 

Qabaqda getdiklərinə görə heç onlara ərzaq da getmirdi. Birinci getdiklərinə görə onlara heç nə çatdıra bilmirdilər. İçməyə su tapmırdılar. Susuzluqdan üzündə yaralar əmələ gəlmişdi. Samir çətinliyini heç demirdi. Zəng edəndə ancaq deyirdi ki, yaxşıyam, məndən nigaran olmayın.

Bizə çox şəkil də yollamırdı. O, qayda-qanuna ciddi əməl edən idi. Komandirləri deyirdi ki, danışmaq, şəkil yollamaq olmaz, o da yollamırdı.  
Hadruta çatanda orada keçi kəsib yemək bişirmişdilər. Həmin fotonu sonradan mənə göstərdilər. 

Sonuncu dəfə noyabrın 6-da hamımızla danışdı. Deyirdi ki, ata, hər şey yaxşı olacaq, 2 günə bitiririk. 

Bayaq da dediyim kimi, ağacları çox sevirdi. Hələ danışanda telefonda mənə dedi ki, ana, burada bir qoz ağacı var, meyvəsi bizim həyətdəki alma böyüklüyündədir. Dedi, sənə 2-3 günə bu qozdan gətirəcəyəm, görəcəksən ki, bura necə cənnət bir yerdir. Yəni sonuncu dəfə o qədər ümidlə danışırdı. 

- Bəs onun hansı şəraitdə şəhid olması barədə məlumatınız varmı?

- Samir heç nədən qoxmurdu. Yoldaşları deyir ki, o, çox cəsur idi.

Heç döyüş yoldaşlarına aşpaz olduğunu deməmişdi ki, birdən ona yüngül iş verərlər. Sonradan onların yeməyə yalnız qaynadılmış kartofları qalanda onu əzib püre hazırlamışdı. Onlar da yeyib çox bəyəniblər. Samirə sual veriblər və deyib ki, aşpazam.

Samir 7-si yaralanmışdı. Onları təminat arxasınca yollayıblar. Samir ayağa birinci durub ki, mən gedərəm. Əmri yerinə yetirib qayıdanda onu vurublar. Qalxıb 1-2 addım atıb, yenidən vurublar. 
Axşam yaralılara kömək etmək üçün maşın gəlib. Ondan soruşublar ki, ağrıyırsanmı, o da deyib, mənim yaram yüngüldür. Həmin vaxt başqa döyüş yoldaşı ağrıdan dözmürmüş. Gələnlərə deyib ki, mənimlə işiniz olmasın, birinci ona kömək edin.
Samir bel hissəsindən və ayağından dərin yara alıbmış. “Mənə heç nə olmaz” deyib gülə-gülə şəhid olubmuş. Yoldaşları heç biri inanmırdı ki, Samirə nəsə olar.


-    Ümumiyyətlə, nə vaxtsa şəhidlik barədə nəsə demişdimi?

-    Samir şəhid olandan sonra komandirləri, döyüş yoldaşları bizə gəlmişdilər. Komandiri deyirdi ki, yanımızda 100 nəfər vardı. Heç birinin ağzından çıxmadı ki, mən şəhid olacağam. Bircə Samir demişdi ki, mən şəhid olandan sonra yaddan çıxarmayın. Onun səhərisi günü də Samir şəhid olub. 
Çox dözümlü uşaq idi, ağrımağını və s. heç kimə bildirməzdi. Ancaq istəyirdi ki, yan-yörəsi yaxşı olsun. 

Samir müharibəyə gedəndə qardaşı universitetdə oxuyurdu. Deyirdi, yaxşı ki, qardaşım oxuyur, bu qan-qadanı görmür. Ona elə gəlirdi ki, qardaşı orada olsa, çətinliklərə dözə bilməz. İstəyirdi ki, bütün çətinliklərə özü sinə gərsin. Hamı ondan razılıq edirdi. Əsgərlik, döyüş yoldaşlarından heç kim deyə bilməz ki, Samir kiminsə xətrinə dəyib, böyüklərinin sözündən çıxıb. Çox qabiliyyətli uşaq idi. 

-    Sevdiyi var idimi?

-    Dediyim kimi, Samir sözünü, dərdini bizimlə bölüşməzdi. 21-i təlimə gedəndə telefonunu evdə qoymuşdu. Noyabrın 6-sı danışanda qardaşına deyibmiş ki, telefonuma bax gör, mesaj gəlibmi? Sən demə, sevdiyi qızla danışırmış. Biz müharibə olacağını bilməsək də, o getməmiş qızla sağollaşmışdı. Ona “gedib dönməmək var” yazmışdı. Sonradan qızın telefonu sınıb, deyəsən, əlaqə saxlaya bilməyib.

-    Bəs sizə nəsə vəsiyyət kimi bir söz demişdimi?

-    Elə həmişə mənə deyirdi ki, ana, yaxşı olacaq, darıxma. 

-    Ən böyük arzusu nə idi?

-    Samir Binəqədi peşə liseyində oxuyanda onun uzun saçı olan bir şefi vardı. Ancaq onun barəsində danışırdı. Hələ saçını da uzadırdı, ona bənzəmək istəyirdi. Deyirdi, onun kimi tanınmış aşpaz olacaq. Liseyi bitirəndən sonra yenicə iş tapmışdı. Təlimə çağırmışdılar. Elə o gedən getdi, Samirin arzuları yarımçıq qaldı. 

-    Bundan əvvəl şəhid ailələri ilə danışanda həmişə onların həyat yoldaşları və ya anaları qəribə yuxular gördüklərini deyirdilər. Sizdə də belə bir şey olubmu?

-    Samir 7-si artıq şəhid olmuşdu. 8-i hamı qələbəni qeyd edirdi, ancaq oğlumdan xəbər yox idi. Biz də deyirdik ki, Samirlə 7-si danışmışıq, o sağdır. Başladıq onu axtarmağa. Bildiyimiz yerlərə zəng elədik. Bizə heç kim demirdi ki, Samir yaralanıb, ya şəhid olub. Sonradan hərbi yoldaşı ilə əlaqə saxladıq, o da dedi ki, yaralıdır, hansısa hospitaldadır. Biz də başladıq hospitalları axtarmağa. Onun nəşini noyabrın 23-də dəfn elədik. Deyirdik, yəqin, yaralanıb deyə, ağlı üstündə deyil, bizimlə əlaqə saxlamır. Sən demə, Samir Şuşa döyüşlərindən sonra digər rayonların şəhidləri ilə qarışıb. 

Biz Samiri tapa bilmədiyimiz vaxtlarda yuxuda gördüm ki, onun üçün ev almışıq, amma çox qaranlıqdır. Atasına deyirəm ki, nə yaman rütubətli ev almısan.
Bir dəfə də Samiri hündür gül-çiçəkli, çəməlik olan bir təpənin üzərində gördüm, dayanıb mənə baxırdı. Yanında da çoxlu yaraşıqlı, boy-buxunlu uşaqlar dayanmışdılar. Mən də özümü öldürürəm ki, ora gedim çatım, amma çata bilmirəm.

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Noyabr 2024 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see326

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see166

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Berdıyev Azərbaycandan qaçdı Zənglərə cavab vermir

03 İyun 2025 21:58see114

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see113

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see113

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see112

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see112

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see112

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see112

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see111

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see111

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see110

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see110

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri