Icma.az
close
up
RU
Dedim, bəlkə dikinə basdıraq? Dəfn qiymətləri kəllə çarxdadır

Dedim, bəlkə dikinə basdıraq? Dəfn qiymətləri kəllə çarxdadır

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yaxını vəfat edən vətəndaş yasın üzüntüsünü hələ atlatmamış qəbiristanlıqda yer almaq üçün müraciət etdikdə yüksək qiymətlərlə qarşılaşdığını iddia edir. Onun sözlərinə görə, qəbir yeri üçün tələb olunan məbləğ demək olar ki, paytaxtın mərkəzində obyekt qiymətinə bərabərdir. Şikayətçi bildirir ki, onlara yalnız torpaq sahəsi üçün 8 000 manat tələb olunduğu deyilib. Qəbir yerlərinin qiymətinin bu qədər yüksək olması vətəndaşlar arasında ciddi narazılıq yaradıb və məsələ ilə bağlı aydınlıq gətirilməsi tələb olunur. 
Bu barədə Demokrat.az-a açıqlamasında Milli Məclisin deputat Ceyhun Məmmədov deyib ki, əslində bu məsələ kifayət qədər ciddi və həssas mövzudur:
“Artıq uzun müddətdir ki, cəmiyyətdə geniş şəkildə müzakirə olunur və müxtəlif baxışlar səsləndirilir. Problemin yaranmasının bir sıra obyektiv və sosial səbəbləri var ki, onları nəzərə almadan məsələyə düzgün yanaşmaq mümkün deyil. Əhalinin böyük bir hissəsinin Bakıda məskunlaşması əsas amillərdən biridir. Son illər paytaxta intensiv köç prosesi baş verib və nəticədə demoqrafik sıxlıq artıb. İnsanların əksəriyyəti istəyir ki, yaxınlarının dəfni də Bakıda həyata keçirilsin. Yəni, dəfn mərasimi bölgələrdə deyil, məhz paytaxtda təşkil olunsun. Bu istək həm ailə üzvlərinin burada yaşaması, həm də paytaxtda dəfn olunmağın daha münasib və əlçatan hesab edilməsi ilə bağlıdır. Lakin eyni zamanda yerlərin məhdudluğu ciddi problem yaradır”. 
O bildirib ki, bu gün Bakıda torpaq resursları kifayət qədər məhduddur:
“Əhali artdıqca və tələbat yüksəldikcə mövcud sahələr sürətlə azalır. Təbii ki, bu da qiymətlərə birbaşa təsir göstərir. Torpaq sahələrinin bahalaşması qaçılmaz olur və bu vəziyyət sosial narazılıq yarada bilir. İqtisadi baxımdan da məsələ çətinləşir, çünki hər kəsin yüksək məbləğ ödəmək imkanı yoxdur. Bununla yanaşı, digər amillər də mövcuddur. Bəzi hallarda şəxslər əvvəlcədən özləri və yaxın qohumları üçün yerlər ayırır, hətta həmin əraziləri hasarlayır və ya xüsusi şəkildə saxlayırlar. Bu isə ümumi istifadəyə açıq olan sahələrin daha da azalmasına səbəb olur. Nəticədə yerlərin çatışmazlığı problemi daha da dərinləşir və proses sistemsiz xarakter alır. Bu məsələnin həlli üçün konkret və şəffaf qaydalar müəyyənləşdirilməlidir. Müvafiq qurumlar tərəfindən vahid normalar qəbul olunmalı, yer bölgüsü açıq və ədalətli prinsiplər əsasında həyata keçirilməlidir. Qaydalar həm sosial ədaləti təmin etməli, həm də uzunmüddətli planlaşdırmanı nəzərdə tutmalıdır.
Əks halda, qarşıdakı illərdə vəziyyət daha da mürəkkəbləşə bilər. Əhali artımı və urbanizasiya davam etdikcə mövcud problemlər dərinləşəcək, narazılıqlar artacaq və idarəetmə çətinləşəcək. Ona görə də indidən planlı və sistemli addımlar atmaq vacibdir. Bu məsələ yalnız bu günün deyil, gələcək nəsillərin də maraqları baxımından strateji yanaşma tələb edir”.
Həmçinin oxu: 'Bu qədər insanı niyə işsiz qoyuruq? Ailələrini necə dolandıracaqlar' Mətanət Əsədova nadir xəstəliyə tutulub Yumurta qaynadarkən suya diş çöpü atın — Səbəb təəcübləndirəcək Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Fevral 2026 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri