Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Dəhlizlə bağlı tarix verildi: Bakı işi başa çatdırır İrəvandan gözlənilən xəbər

Dəhlizlə bağlı tarix verildi: Bakı işi başa çatdırır İrəvandan gözlənilən xəbər

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun inşası sürətlə davam etdirilir. Zəngəzur dəhlizinə çıxışı təmin edəcək bu strateji xətt, təkcə iqtisadi deyil, həm də regional əlaqələr baxımından mühüm əhəmiyyət daşıyır. Yeni xəritədə Azərbaycanın tranzit rolu daha da güclənir.

Ümumi uzunluğu 110,4 kilometr və 8 stansiyadan ibarət olan dəmir yolu xəttinin gələn il istismara verilməsi nəzərdə tutulur. Zəngəzur dəhlizinə uzanan həmin yol regionda və beynəlxalq nəqliyyat infrastrukturunda yeni reallıqların yaranmasına səbəb olacaq.

Uzunluğu 123,6 kilometr olan avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Yol boyu ümumi uzunluğu 6 km təşkil edən və şərti olaraq T1, T2 və T3 adlandırılan 3 avtomobil tunelinin inşası aparılır. Məlumata görə, tunellər üzrə işlərin 37 faizi yerinə yetirilib.

Bu layihələrin regionun iqtisadi inkişafına təsiri nədən ibarət olacaq?

Globalinfo.az-a danışan deputat Azər Allahverənov deyib ki, Horadiz-Ağbənd dəmir yolu xətti üzrə həyata keçirilən işlər, Zəngəzur dəhlizinin əsas seqmenti kimi qiymətləndirilə bilər:

“44 günlük müharibədən sonra Azərbaycanın Naxçıvanla əlaqəsini təmin etmək məqsədilə Zəngəzur dəhlizinin açılması qəti şəkildə müəyyənləşdi. Ermənistan tərəfi buna qarşı çıxsa da, Azərbaycanın qərarı dəmir yolu xəttinin və avtomobil yolu infrastrukturunun qurulması yönündədir. Həmçinin, İran üzərindən Araz dəhlizinin inşası ilə bağlı zəruri işlər də görülür, gələcəkdə bu istiqamətdə dəmir yolunun çəkilməsi mümkün ola bilər.

Həmçinin oxuyun:

Prezident Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında – FOTOLAR

Zəngəzur dəhlizi həmçinin strateji bir layihə olaraq, yalnız Azərbaycan və Ermənistan üçün deyil, Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin təmin olunmasına xidmət edəcək. Bu layihə beynəlxalq və Transxəzər nəqliyyat dəhlizi üzərindən yüklərin daşınması üçün də mühüm əhəmiyyət kəsb edir”.


Azər Allahverənov

Millət vəkili qeyd edib ki, Zəngəzur dəhlizinə qədər olan yol infrastrukturunun qurulması sürətlə davam edir:

“Ağbəndə qədər olan yolun böyük hissəsi artıq salınıb və işlərin tamamlanmasına çox az qalıb. Zəngəzur dəhlizi gələcəkdə beynəlxalq yükdaşımalar üçün əlverişli şərait yaradacaq. Azərbaycan və Türkiyə liderləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu sadəcə ölkəmiz üçün daxili əhəmiyyətli bir kommunikasiya deyil. Bu yol eyni zamanda beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizinin tərkib hissəsidir. Prezident İlham Əliyev müharibə başa çatdıqdan sonra Zəngəzur dəhlizi ilə bağlı ideya irəli sürərkən təkcə Naxçıvanla birləşməyimizi düşünməmişdi. Doğrudur, əsas məqsədimiz Naxçıvana manesiz və təhlükəsiz yolun açılmasıdır. Lakin dövlət başçısı bununla yanaşı, Zəngəzəur dəhlizinin beynəlxalq nəqliyyat arteriyasının tərkib hissəsi olacağını da qeyd etmişdi. Yolun  Zəngəzur dəhlizinə qədər olan və Azərbaycan ərazisindən keçən hissəsinin tikintisi gələn ilin əvvəlinə kimi yekunlaşacaq. Bu, həm də beynəlxalq tərəfdaşlarımız üçün bir mesajdır. Azərbaycan üzərinə götürdüyü vəzifələri məsuliyyətlə və vaxtında icra edir. Çünki Zəngəzur dəhlizi Orta dəhlizin tərkib hissəsi olacaq”.

Deputat bildirib ki, hesablamalara görə, Zəngəzur dəhlizi vasitəsilə birinci mərhələdə ildə 15 milyon tondan çox yüklərin daşınması nəzərdə tutulur:

“Bu dəhliz vasitəsilə daşınacaq yüklərin coğrafiyası Çindən Avropaya qədər uzanacaq. Nəticə olaraq Zəngəzur dəhlizi bu coğrafiya üzərində yerləşən bütün ölkələrin marağında olan layihədir. Azərbaycan öz ev tapşırığını yüksək səviyyədə icra edir, top tərəfdaşlarımızdadır. Belə ki, digər maraqlı ölkələr dəhlizin açılması üçün Ermənistana təzyiq göstərməli və bu layihənin tez reallaşmasına çalışmalıdırlar. Çünki Zəngəzur dəhlizi qarşlıqlı fayda gətirən əməkdaşlıq və sülh dəhlizi olacaq”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Avqust 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri