Icma.az
close
up
RU
Dəhşətli xəstəlik yayıldı: onlar üçün təhlükə var Ekspertdən xəbərdarlıq

Dəhşətli xəstəlik yayıldı: onlar üçün təhlükə var Ekspertdən xəbərdarlıq

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ-ın Missuri ştatının Səhiyyə və Yüksək Xidmətlər Departamenti yetkin bir insanın nadir ölümcül beyin infeksiyasına səbəb ola bilən “Naegleria fowleri” infeksiyasına yoluxduğunu açıqlayıb. Xəstəlik həm də “beyin yeyən infeksiya” adlanır. Yoluxan şəxs bir neçə gün öncə göldə su xizəyi sürüb.

Hazırda Azərbaycanda da dəniz sezonudur. Lakin göllər, çaylar və dənizlərin təmizliyi ilə bağlı müəyyən narahatlıqlar var.

Azərbaycandakı göl, çay və dənizlər insanların istifadəsi üçün nə dərəcədə əlverişli və təmizdir? Ümumiyyətlə, hər hansı infeksiya riski varmı?

Globalinfo.az-a danışan ekoloq, biologiya üzrə fəlsəfə doktoru Fikrət Cəfərov deyib ki, bütün çimərliklərdə təmizlik vəziyyətinə nəzarətlə bağlı işlər görülür, nümunələr götürülür və analizlər edilir:

“Nəticədə dəniz bu gün o qədər çirkli deyil və insanların sağlamlığı üçün ciddi təhlükə yaratmır. Mən də fərqli yerlərdə – Şıxov ictimai çimərliyində, Dübəndi və Zirə sahillərində – müşahidə aparmışam və vəziyyət normaldır.

Adətən şəhər yaxınlığında yerləşən çay sularının birbaşa içilməsi və ya çimmək üçün istifadəsi tövsiyə olunmur. Çünki bakterial, parazitar və viral infeksiyalar ola bilər. Kiçik dağ çayları ümumiyyətlə təmizdir, lakin aşağı ərazilərdə kənd və yaşayış məntəqələrinin tullantı suları qarışa bilər”.


Fikrət Cəfərov

Ekoloq qeyd edib ki, ölkədəki böyük göllərin vəziyyəti Abşeron ərazisi istisna olmaqla yaxşıdır:

“Abşeronda göllər çox çirklidir. Amma məsələn, Mingəçevir su anbarı yaxşı vəziyyətdədir. Axan sular Kür çayına qarışsa da, su bir neçə dambadan keçərək təmizlənir.

Əhaliyə yalnız rəsmi çimərliklərdən istifadə etmək tövsiyə olunur. Qadağan olunmuş yerlərdə çimək təhlükəlidir və insanlar bunu nəzərə almalıdır”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Avqust 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri