Icma.az
close
up
RU
Dələduzluq cinayətləri niyə artır? Hüquqşünas bunun səbəblərini açıqlayır

Dələduzluq cinayətləri niyə artır? Hüquqşünas bunun səbəblərini açıqlayır

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Son zamanlar Azərbaycanda törədilən cinayətlərin statistikasına baxsaq, xüsusi ilə dələduzluq cinayətlərinin sayının daha çox artdığını açıq-aşkar müşahidə etmək olar.

İstər virtual dünyada, istərsə də real aləmdə hər gün onlarla, yüzlərlə insan dələduzluğun qurbanı olur. 

Bütün bunların fonunda isə dələduzluqla mübarizənin də bir o qədər effektiv olmaması sezilir. 

Dələduzluq cinayətlərinin təhlili ilə bağlı müxtəlif versiyalar var.

Bunlardan biri odur ki, ölkədə dövlət strukturlarında rüşvət halları olduğuna görə, insanlar hər hansısa bir məsələsini həll etmək üçün rüşvət verməli olur və belə olduğu təqdirdə isə əksər hallarda dələduzun qurbanına çevrilir.

Digər versiyalardan biri isə elə məhz cəzalarla bağlıdır.

Belə ki, cəmiyyətdə bu gün dələduzluq cinayətində adekvat cəzanın olmaması müzakirə mövzusudur. 

Məsələ ilə bağlı vəkil Fuad Ağayev Gununsesi.info-ya açıqlama verib.

Onun sözlərinə görə, bu cür halların əsas səbəblərindən biri də iqtisadi vəziyyətdir:

“Bu cür hallarda məncə, birinci səbəb iqtisadi vəziyyətdir. Yəni, insanların maddi durumunun ağırlaşması, real işsizlik səviyyəsinin artması da təsirsiz ötüşmür. O cümlədən digər bir səbəb də bu məsələdə qanunvericiliyin ardıcıl tədbiq olunmaması və bir sıra dələduzların arxasında müxtəlif  orqanlarında işləyən vəzifəli şəxslərin dayanmasıdır. O yerdəki bir-iki epizoddan sonra kimsə məsuliyyətə cəlb edilə bilər, bununla da onun cinayətkar fəaliyyətinin qarşısı alınar və buna baxmayaraq alınmır, edilmirsə, dələduzluq törədən şəxsin qurbanlarının sayı da dəfələrlə çoxalır. Bir sözlə, bu sahədə ardıcıl mübarizə aparılmır. Onu da deyə bilərəm ki, bu cür cinayətlər təkcə dələduzluqla bitmir. Digər oğurluq növləri də var, məsələn, mənimsəmə. Qanunvericilik elədir ki, 100 milyon oğurlayan adam 20 milyon qaytarırsa, həmin adam həbsdə yox, çöldə ola bilər. Buna da çox misal gətirmək olar.”

İnsanların işlərini rüşvətlə həll etmək məsələsinə gəlincə, Fuad Ağayev deyir ki, burada ictimai nəzarət də güclü olmalıdır:

“Korrupsiya ilə mübarizə şüurlarla yox, əməllərlə olmalıdır. Əlbəttə ki, dövlət qulluğunda hansısa vəzifələrə getmək tam şəffaf şəkildə həyata keçməlidir, olduqca ciddi nəzarət lazımdır.  Və həm də ictimai nəzarət. İctimai nəzarət o deyil ki, iqtidardan asılı olan hansısa QHT onunla məşğul olsun, ictimai nəzarət həm də odur ki, vətəndaş cəmiyyəti, tanınmış ictimai xadimlər, cəmiyyətin etimad göstərdiyi şəxslər də bu proseslərdə olmalıdır, ən azından müşahidə etməlidir, müvafiq tədbirlərin görülməsi istiqamətində addımlar atmalıdır”

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Fevral 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see257

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see247

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see201

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see199

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see199

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see160

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see138

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri