“Dəm qazı ilə zəhərlənmə: diaqnostika və müalicə” mövzusunda onlayn vebinar keçirilib
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Dəm qazı ilə zəhərlənmə hallarının aktual və ictimai sağlamlıq baxımından əhəmiyyətli problem olaraq qalmasını nəzərə alaraq, bu sahədə tibbi bilik və bacarıqların artırılması məqsədilə TƏBİB, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Azərbaycan Toksikoloqlar Dərnəyinin birgə təşkilatçılığı ilə "ZOOM" platforması üzərindən “Dəm qazı ilə zəhərlənmə: diaqnostika və müalicə” mövzusunda onlayn vebinar təşkil olunub.
XQ xəbər verir ki, tədbirdə məruzə ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, Azərbaycan Toksikoloqlar Dərnəyinin sədri, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev dəm qazı ilə zəhərlənmənin əsas anlayışları və patofiziologiyası, diaqnostika və differensial diaqnostika meyarları, müalicənin əsas prinsipləri, antidot terapiyasının xüsusiyyətləri, mümkün ağırlaşmaların qarşısının alınması, eləcə də kütləvi zəhərlənmə hallarında tibbi personalın taktiki yanaşmaları barədə ətraflı məlumat verib.
Vebinarda ölkənin müxtəlif tibb müəssisələrində fəaliyyət göstərən 300-dən artıq həkim iştirak edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş və faydalı müzakirələr aparılıb.
Təlim çərçivəsində iştirakçıların maraq dairəsində olan mövzular üzrə məlumatlar toplanıb və bu məlumatlar əsasında növbəti maarifləndirici tədbirlərin planlaşdırılması qərara alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 04 Fevral 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















