Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Demaqoqların ritorikası MÖVQE

Demaqoqların ritorikası MÖVQE

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Asan müqayisələr ilə mürəkkəb görünən siyasi təzahürlərin əsl səbəblərinə aydınlıq gətirən izahatlar bəzən minlərlə insanı qərəzli və təhlükəli manipulyasiyaların təsirindən sığortalayıb. Məhz bu səbəbdən də siyasi maarifçilik işi müxtəlif təzyiqlərə rəğmən bütün dövrlərdə öz praktiki aktuallığını qoruya bilib. Şübhəsiz ki, siyasi münasibətlərdən danışan zaman “müxalifətçilik” məfhumu ətrafında dolaşan şayiələrin sayı ən azından “iqtidar” məfhumu ətrafında dolaşan şayiələr qədərdir. Dövlət və dövlətçiliyə real təhdid yaratmayana qədər sabit demokratik ənənələrin formalaşması naminə bu cür vəziyyətə bəlkə də dözmək olar. Bəzilərinin “siyasi şıltaqlıqları” qırmızı cizgiyə çatan zaman isə dövlətin müdaxiləsi artıq qaçılmaz və zəruridir.

Hətta şanslı insanlar belə ən azından baxdıqları filmlərdən bilirlər ki, qohum və ya yaxın çevrədə mütləq bir “canıyanan” xəstə tapılacaqdır. Bu cür “xəstələr” sənə həqiqətən də faydalı hesab olunacaq heç bir konkret iş görməzlər. Əksinə öz “vay-vayları” ilə yaşadığın problemə “yük”, daha tünd rənglər və bədbin emosiya qatacaqlar. Əlbəttə ki, “canıyanan”lığa yoluxmuşların yaxşı niyyəti olmaz və qısa müddətdən sonra ifşa olunduqları üçün hər kəs onlardan uzaqlaşmağa çalışır.

Əsl niyyətləri ifşa olunandan sonra isə bu cür insanların təkrar “sosiallaşma” və fərdi aktuallığın bərpa olunmasına ümidləri yalnız yeni qalmaqallı situasiya ilə bağlı olur. Çünki sağlam və sabit şəraitdə “canıyanan” üçün səbəb qalmır. Yeri gəlmişkən qeyd edək ki, istənilən cəmiyyətdə qeybətin yayılmasının əsas səbəblərindən biri də məhz sözügedən amildir. Hər-hansı bir süni qalmaqal və çətinlik yaranan kimi siyasətdə cəmiyyət üçün faydasız “canıyananlıq” ustaları dərhal peyda olunur. Beləliklə, nəzərə almalıyıq ki, siyasi qalmaqalı “canıyananlıq” ustaları oyandırır və hərəkətə gətirir.

Dünya dövlətlərinin, eləcədə Azərbaycanın siyasi tarixinə müraciət etsək açıq şəkildə görə bilərik ki, radikal müxalifətçilik sosial-psixoloji fenomen hesab olunan “canıyananlığın” bəzi keyfiyyətlərini çox gözəl mənimsəyib və onlardan məharətlə istifadə edir. Etiraf olunmalıdır ki, sosial şəbəkələr sayəsində siyasi analitika uğurla məişət qeybəti səviyyəsinə qədər endirilib. Mövcud obyektiv reallıq isə siyasətdə “canıyanma” aludəçiliyini daha da inkişaf etdirib.

“Canıyananlıq” irrasional müxalifətçiliyin artıq şərti “valyutasına” çevrilib. Hətta iqtisadçı olmayan insan belə yaxşı bilir ki, valyuta alış-veriş, ödəniş və yığım vasitəsidir. Eyniliklə məsuliyyətsiz demaqoq heç bir konkret iş görmədən sadəcə öz “canıyananlığını” kütləyə sataraq siyasətdə özünə yer qopardır və ucuz rəğbət qazanmağa çalışır. Bununla da “canıyananlıq” populist demaqoqların əsas “valyutasına” çevrilmiş olur. Diqqət yetirin, siyasətdə “canıyananlıq” ustalarının səsini eyniliklə məişətdə olduğu kimi, yalnız hansısa çətinlik yaşanan zaman eşitmək olur. Təsadüfi deyil ki, demaqoqların “canıyananlığı” əsasən dünya enerji bazarında neftin qiymətinin ucuzlaşması, hansısa konkret ölkə ilə münasibətdə yaranan anlaşlmazlıq, ərzaq bazarında qiymətlərin dəyişilməsi və digər bu kimi hallar yaşanan zaman eşidilir. Bu kimi hallar olmayanda isə mütləq olaraq hansısa süni qalmaqal yaradılmalıdır. Süni hisslər isə saxta pul kimidir: faydası yoxdur, ancaq istifadə etməyə cəhd etsən özünə və qarşındakı insana zərər vermiş olarsan.

Populist siyasətçinin ifadəsində “canıyananlıq” nə yardım etmək istəyinin, nə də ki, səmimiyyətin əlamətidir. “Canıyananlıq” sadəcə banal emosional manipulyasiyanın təzahürüdür. Hər bir məsuliyyətli vətəndaş bu sadə siyasi həqiqəti mütləq bilməlidir ki, qərəzli manipulyasiyanın alətinə çevrilməsin. Heç də istisna olunmur ki, məhz bu cür “canıyananlıq” həvəskarları ucbatından Azərbaycanda müxalifətçilik institutu ilə bağlı neqativ ictimai stereotip formalaşıb. “Müxalifət” məfhumu uzun illər ərzində ölkəmizdə uğur, yardım etmək potensialı, peşəkarlıq və dövlətə sədaqət kimi amillər ilə assosiasiya olunmadığı üçün əhalinin mütləq hissəsi tərəfindən “müxalifət” məhz “kölgə” siyasətinin təzahürü kimi qəbul olunurdu. Nə qədər qəribə səslənsə də yalnız hökumətin siyasi partiyalarla bağlı apardığı islahatların nəticəsində müxalifət institutu sözügedən kölgədən çıxa bildi, həmçinin bir siyasi partiyanın müxalifətçilik ilə bağlı inhisarçılığına son qoyuldu.

Populist “canıyananlıq” həvəskarları sayəsində müxalifətçilik institutu Azərbaycanda ictimai etibarını itirmişdi və məzmun baxımından deqradasiyaya uğramışdı. Peşəkar və ideoloji məzmununu itirmiş müxalifət daha çox virtual dünyanın sosial şəbəkələrində fəaliyyət göstərən təəssübkeşlər klubuna bənzəyir. Amorf ideya ətrafında xəstə ambisiyalı insanları birləşdirən bu virtual klubunun yeganə təyinatı da məhz təxribatdır.

Təsadüfi deyil ki, özlərini sözügedən düşərgəyə aid edən demaqoqların ritorikasında ən çox təsadüf olunan ifadə məhz “təəssübkeşlikdir”. Sadalanan keyfiyyətlərin peşəkar və demokratik müxalifətçiliyi ilə heç bir əlaqəsi yoxdur. İdeoloji təəssübkeşliyin isə dini fanatizm ilə heç bir fərqi yoxdur. “Müxalifət olmalıdır, bu, normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də əlbəttə ki, bütün bu azadlıqlar var. Amma bir şey olmamalıdır – dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz”, – Prezident İlham Əliyev. Prezidentin bu cür siyasi baxışları funksional baxımından peşəkar və konstruktiv, həmçinin məzmun etibarı ilə demokratik müxalifət institutuna iddialı olan bütün tərəfləri “acımaq” aludəçiliyindən imtina edərək sağlam cəmiyyət naminə dövlətin ətrafında birləşməyə dəvət edir. Son bir neçə il ərzində aktiv şəkildə təşviq olunan siyasi dialoq mühiti də dövlət başçısının sözügedən yanaşmasının bilavasitə təzahürüdür.

Politoloq Asif Adil

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Avqust 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri