Icma.az
close
up
RU
Strateji indikatorlar MÖVQE

Strateji indikatorlar MÖVQE

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hətta qərəzli mövqedən çıxış edənlər belə rahatlıqla razılaşacaqlar ki, 760 mindən artıq üzvü olan iqtidar partiyasının Qurultayı ölkənin siyasi tarixinin əlamətdar hadisəsidir. İqtidar partiyasının Qurultayında qəbul olunan istənilən qərar və səsləndirilən hər bir fikrinin əhatəsinin bilavasitə partiyanın gələcəyi ilə bağlı olmadığını da qeyd etsək, heç yanılmarıq. Əlbəttə ki, tədbirin siyasi tutumunu nəzərə alan və qalmaqal üçün hər zaman yüksək platforma axtaran məkrli qüvvələrin də sözügedən Qurultaya yaxşı hazırlaşdıqlarını ehtimal edə bilərik. Onların internet məkanındakı canfəşanlığına nəzər yetirəndə elə təsəvvür formalaşır ki, həmin qüvvələr Yeni Azərbaycan Partiyasının (YAP) Qurultayına tədbiri təşkil edənlərdən daha çox hazırlıq görüblər.

Prezident İlham Əliyev oktyabrın 2-də YAP-ın VIII Qurultayında çıxış edən zaman siyasi münasibət və prosesləri tənzimləyən şərti “siyasi işıqforu” hərəkətə gətirdi, habelə Azərbaycan ilə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin qorunmasında maraqlı olan bütün tərəflərə dövlətimiz üçün mövcud məsələlərdə “qırmızı xətt” hesab olunan prinsipial cizgililəri müəyyən etdi. Odur ki, dövlət başçısı tərəfindən Qurultayda səsləndirilmiş fikirləri şərh edən zaman hörmətli politoloq və jurnalist həmkarlarımın çox sevdikləri “Prezident mühüm mesajlar səsləndirib” ifadəsi ilə kifayətlənmək qətiyyən olmaz.

Bəli, Prezident öz çıxışı ilə müxtəlif sahələrin strateji vəzifələrini müəyyən edib. Həmin vəzifələrin icrası prosesindən yayınanlar, süni maneə yaradanlar və dəyişən situasiyaya adaptasiya oluna bilməyənlər sistemin “zəif halqalarıdır”. Olduqca mühüm məsələ odur ki, müəyyən olunmuş vəzifələrin mahiyyət və məzmunu idarəetmə sistemindən mükəmməl komanda işinin nümayişini tələb edir. Ehtimal edə bilərik ki, məhz sözügedən amil (komanda işi) Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan sistemli islahatların fəlsəfi ruhunu əks etdirir. Çünki komanda işinə üstünlük verilən sistemlərdə vəzifə bölgüsünə yox, daha çox peşəkarlıq və məsuliyyət hissinin aşılanmasına xüsusi diqqət yetirilir. Əlbəttə ki, bu cür sistemlərdə münasibətlər fərqli alqoritmlərlə tənzimlənməlidir. Hesab edirik ki, bununla da Prezident ölkəmizdə təkamül yolu ilə baş verən dəyişikliklərin növbəti mərhələsinə keçidi başlamış oldu.

Qeyd olunanlar müstəvisində oxucunu müxtəlif ehtimal və fərziyyələr ilə yormadan Prezident çıxışında müəyyən etdiyi bəzi vəzifələrin strateji indikatorlarını qeyd edək.

1. “Bir çox tanınmış ekspertlər və təhlilçilər Azərbaycanı artıq orta güc dövləti sırasına daxil edirlər.” Unutmaq olmaz ki, “orta güc” statusu sadəcə bir beynəlxalq “nominasiya” deyil, bu ilk növbədə konkret siyasi məzmun və potensialın tərifidir. Beynəlxalq münasibətlər sistemində sözügedən statusu legitimləşdirmək üçün təkcə müvafiq potensiala malik olmaq və konkret nəticələri əldə etmək yetərli deyil. Sözügedən statusunun mütləq olaraq konseptual modeli olmalıdır. Konseptual modelin hazırlanması vəzifəsinin icrası dövlət başçısının işi deyil. Odur ki, məsələ ilə bağlı dövlət tərəfindən sifarişin edilməsi artıq bir faktdır.

2. “Bizim ətrafımızda məkanlar alovlanıb, qaynayır. Müharibələr bitmir, əksinə, yeni müharibə, münaqişə ocaqları yaranır - həm Şimalda, həm Cənubda, həm də Yaxın Şərqdə. Yəni perimetr üzrə bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq. Çünki beynəlxalq hüquq tamamilə sıradan çıxıb. Ona əhəmiyyət verənlərin sayı kəskin azalır. Güvən yoxdur.” Sözügedən vəzifənin icrasının strateji indikatoru isə cəmiyyətin mobillik dərəcəsidir. Bəli, geosiyasi vəziyyət və dünyada cərəyan edən mürəkkəb tendensiyalar onu diktə edir ki, bütün potensialların səfərbər olunması və istənilən sınaqlara hazır olmaq naminə cəmiyyətin mobilliyi daim təmin olunmalıdır. İctimai mobilliyin təmin olunması isə yalnız komanda işinin nəticəsi ola bilər. Dövlət və cəmiyyətin inkişafında ictimai mobilliyin əhəmiyyətini Çin, Almaniya və bir sıra digər ölkələrinin tarixindən çox yaxşı bilirik.

3. “Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır.” Bu cür mürəkkəb vəzifənin effektiv icra olunmasının strateji indikatorları isə sistemin fəaliyyətində yeni yanaşma, yeni düşüncə tərzi, yeni iş metodların və yeni peşəkarlıq keyfiyyətlərinin mövcudluğudur. Əlbəttə, siyasi iradə olduğu halda sistemin effektiv və çevik yenilənməsi də komanda işinin məsuludur. Unutmaq olmaz ki, ənənə və monolitliyi qoruyan ideologiya həm də dövlətin immunitetini möhkəmləndirir və sistemin dəyişən reallığa yumşaq adaptasiyasını təmin edir.

4. “Xarici siyasəti biz elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin.” Nədənsə dövlət başçısının məhz sözügedən fikri təxribatçıların ən çox diqqətini çəkmişdir. İnternet məkanında dolaşan məkrli manipulyasiyalar əsasən bu fikrinin ətrafında budaqlanmışdır. Stəkanda burulğan yaradan həvəskarlar üçün prinsipial olaraq vurğulamalıyıq ki, Prezidentin bu sözləri düşmən tərəfi müəyyən etmir, bu daha çox Azərbaycan ilə dostluq etmək istəyənlərə dostluğun şərtlərini müəyyən edir. Dövlət başçısının bu sözlərlə konkret kimi nəzərdə tutduğunu müəyyən etmək üçün fala baxmağa ehtiyac yoxdur. Prezident qeyd olunan ifadə ilə dövlətimizin etibarını qazanmanın və Azərbaycan ilə sağlam münasibətlərdə olmanın prinsipial şərtlərini müəyyən edir.

Qalib ölkə üçün əzələ nümayişinə ehtiyac yoxdur. Qalib tərəf özü münasibətlərin qayda və şərtlərini müəyyən etmək iqtidarındadır. Odur ki, Prezidentin bu və ya digər fikirlərini şərh edən zaman qərəzli şəkildə hər-hansı bir dövlətin adını çəkmək beynəlxalq qalmaqal yaratmaq arzusunda olanlardır. Əlbəttə ki, iki qardaş ölkə arasında dərin nifaq yaratmaq mümkünsüzdür. Bu cür cəhdlərin əsl səbəbləri daha dərin qatlarda gizlənilib. Deyə bilərik ki, mövcud məzmununda olan təxribatların hədəfi nə Azərbaycan, nə də ki, Türkiyədir. Əsl hədəf qlobal siyasi xəritənin dəyişilməsinə səbəb ola biləcək Böyük Turan ideyasının gerçəkləşməsi ehtimalıdır.

Əlbəttə, Qələbədən sonra Azərbaycanın hər-hansı bir ölkə ilə münasibətlərinin qayda və şərtlərini müəyyən etmək imkanını həzm etməyən qüvvələr mövcuddur. Yeri gəlmişkən, məhz sözügedən meyar dövlətimizin “orta güc” statusunu müəyyən edən amil kimi çıxış edə bilər. Şübhəsiz ki, təxribatçıların emosiyalı canfəşanlığının bir sıra səbəbləri var. Dəqiq olan odur ki, onların virtual səsi “quyruqları” YAP Qurultayının qapılarının arasında sıxıldığı üçün çıxır. Azərbaycanı müxtəlif münaqişələrdə tərəf kimi çıxış etməyə təhrik edən yarıtmaz qüvvələrin xoş niyyəti ola bilməz.

Bu mənada sevindirici haldır ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar sözügedən manipulyasiyalarda nəyinki, iştirak etmədi, əksinə onların tənqid olunmasında fəal mövqe tutdular. Mətbuatdan onu da bilirik ki, bəzi siyasi partiyalar Prezident İlham Əliyevi Qurultayın keçirilməsi və təkrar partiya sədri seçilməsi ilə bağlı təbrik məktublarını göndərmişlər. Siyasi partiyaların bu cür davranışı ölkəmizdə siyasi dialoq mühitinin mövcudluğundan və sağlam rəqabət üçün əsas yaradan sivil siyasi mədəniyyətin formalaşmasından xəbər verir. Partiyaların təxribatlarda iştirak etməməsi isə ölkənin siyasi mühitinin sağlam gələcəyi ilə ümidverici gözləntiləri yaradır. Bu da heç də digərlərdən daha az mahiyyətə malik olmayan önəmli siyasi indikatordur.

Politoloq Asif Adil

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 Oktyabr 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1187

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see455

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see359

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see359

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see356

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see352

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see310

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see287

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see256

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see230

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see207

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see201

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see198

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see193

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see188

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see178

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see175

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri