Icma.az
close
up
RU
Dəmir yollarında çəpərləri kəsib, həyatlarını itirirlər AÇIQLAMA

Dəmir yollarında çəpərləri kəsib, həyatlarını itirirlər AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) qatarlarının qarşısına 81 dəfə qəfil insan çıxıb. Verilən məlumata görə, Onlardan 7 nəfəri ölüb, 1 nəfər isə xəsarət alıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, bu məsələ əslində ciddi təftiş olunmalıdır:

"Yaşayış məntəqələrinin ətrafında keçidlərin sayı yetərlidirmi? Onlar nə dərəcədə effektivdir? Həmin keçidlərə doğru olan səkilərin vəziyyəti hansı səviyyədədir? Yəni burada təkcə dəmir yolunun məsələsi deyil, həm də yerli icmalarda işləyən icra hakimiyyəti və bələdiyyə orqanlarının üzərinə düşən məsələlər var. Belə ki, keçidlərə doğru gedən səkilərin örtüyü və işıqlandırması hansı səviyyədədir, bu da nəzərə alınmalıdır. Digər tərəfdən, çəpərlənmə işləri aparılmalıdır. Əgər məsələ heyvanların miqrasiyası və ya fermer təsərrüfatı ilə bağlıdırsa, onda Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya Nazirliyi və dəmir yolu birgə layihələr icra etməlidir ki, ekodukların, yəni heyvanlar üçün körpülərin tikilməsinə səy göstərilsin. Həmçinin müxtəlif səviyyəli keçidlər, o cümlədən avtomobillər üçün nəzərdə tutulmuş keçidlər təşkil olunmalıdır. Bu, həm sürətə təsir edəcək, həm də təhlükəsizliyə birbaşa zəmanət verəcək. Yəni çıxış yolu budur. Amma dünyanın müxtəlif yerlərində də bu tip hadisələr baş verir. Əsas məsələ, onların hansı sayda baş verdiyidir. Əgər bizdə tez-tez müşahidə olunursa, bunun səbəbləri araşdırılmalıdır. Tək-tək hallarda bu, başqa reallıqdır, amma kütləvi şəkildə baş verirsə, deməli, problem daha dərindir. Əgər fermer təsərrüfatı ilə bağlı olaraq heyvanların keçidi kütləvi xarakter alırsa, bu o deməkdir ki, mövcud keçidlərin sayı yetərli deyil".

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev də fikirlərini Redaktor.az-la bölüşdü:

"Bəzi yerlərdə, xüsusilə dəmir yoluna yaxın sıx məskunlaşma ərazilərində çəpərləmələr həyata keçirilib. Lakin təəssüf ki, bəzən sakinlər çəpərləri kəsərək dəmir yollarını müəyyən edilməmiş yerlərdən keçir, bu da bəzən faciə ilə nəticələnir. Ölkə boyu bütün dəmir yollarının sağ və sol tərəflərini çəpərləmək mümkün deyil. Bu, dəmir yollarının keçdiyi kənd, qəsəbə və şəhərləri iki yerə ayırmaq demək olar. Yol hərəkəti haqqında qaydalar var, qaydalara əməl edilməlidir ki, bu cür hadisələr yaşanmasın. Ümumiyyətlə, qaydalara əməl etmək hər kəsin borcudur".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Sentyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri