Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

DEMOQRAFİK NARAHATLIQ: Belə getsə evlənməyə qız tapılmayacaq ARAŞDIRMA

DEMOQRAFİK NARAHATLIQ: Belə getsə evlənməyə qız tapılmayacaq ARAŞDIRMA

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Statistik göstəricilər son illərdə həm Azərbaycanda, həm də dünya miqyasında maraqlı və bir qədər də narahatedici tendensiyanı ortaya qoyur- doğulan qız uşaqlarının sayı azalır.

Qız uşaqlarının sayının azalmasının səbəbləri nədir? Cins nisbəti niyə pozulur?

Kamilə Əliyeva: Oğlan uşaqlarına üstünlük verilməsi patriarxal ailə modeli ilə bağlıdır

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyevanın sözlərinə görə, ölkədə əhalinin sayının artım dinamikasına fikir versək görərik ki, son illər ərzində əhalinin ümumi sayında artım müşahidə olunsa da, təbii artımın və doğulanların sayında azalma müşahidə olunur. Bunun səbəbləri müxtəlifdir:

"Səbəblərdən biri nikahların sayının azalması, boşanmaların sayının artmasıdır. 2015-2023-cü illər ərzində nikahların sayı 68 773-dən 54200-dək azalıb, boşanmaların sayı isə 12764-dən 21688-dək artıb. Bununla yanaşı, doğum nisbətinin aşağı düşməsinin səbəbi kimi hamiləliyin süni yol ilə pozulmasının sayının artmasını göstərmək olar. Eyni müddətdə (2015-2023 -cü illər ərzində) doğuşların sayı 164,6 mindən 118,0 minədək azalıb, abortların sayı isə 27,5 mindən 73,8 minədək artıb".

Müsahibimiz qeyd edib ki, abortların sayının artmasına uşaqların doğulanadək cins seçiminə görə hamiləliyin süni şəkildə pozulması hallarının xüsusi qeyd etmək lazımdır:

"Dölün cinsiyyətini müəyyən etməyə imkan verən ultrasəs müayinə cihazlarının əlçatanlılığı və geniş istifadəsi zəminində oğlan uşağına verilən üstünlük nəticəsində edilən selektiv abortlar doğulan uşaqlar arasında cinsə görə nisbətin pozulmasına yol açır. Doğulan körpələrin cins nisbətinin pozulması halları digər ölkələrdə olduğu kimi bizdə də narahatlıq doğuran məsələlərdən biridir. Baxmayaraq ki, son üç il ərzində cins nisbətinin pozulmasına görə ölkədə azalma müşahidə olunur, ümumilikdə göstərici hələ də yüksək olmaqda qalır. Doğulan körpələrin cins nisbətinin pozulmasına görə 100 qıza 2021-ci ildə 116 oğlan, 2022-ci ildə isə 112 oğlan, 2023-cü ildə 113 oğlan təşkil edib".

Komitə rəsmisi oğlan uşaqlarına verilən üstünlüklərdən də danışıb:

"Oğlan uşaqlarına üstünlük verilməsi patriarxal ailə modeli, ənənəvi dəyərlər və sosial stereotiplərlə bağlıdır və bu, Azərbaycanda gender əsaslı cins seçiminin əsas səbəblərindən sayılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu mövzuda mütəmadi araşdırmalar və təhlillər aparır. Komitə və onun tabeliyindəki mərkəzlər tərəfindən əhali, xüsusilə gənclər arasında reproduktiv sağlamlıq, ailə planlaşdırması və doğulmamış uşaqların cins seçiminin qarşısının alınması mövzusunda maarifləndirmə işləri görülür, müxtəlif materiallar hazırlanaraq ictimai yerlərdə və sosial şəbəkələrdə paylaşılır".

Mail Yaqub: Gələcəkdə ailə qurmaq mövzusundada ciddi problemlər yarana bilər

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan sosioloq Mail Yaqub da qeyd edib ki, Azərbaycanda təəssüflər olsun ki, bəzi ailələr də hələdə oğlan uşaqlarına xüsusi üstünlük verilir:

"Bu səbəbdə selektiv abortlarda qız uşaqlarına qarşı amansız münasibət bu gün də mövcuddur".

Onun sözlərinə görə, bu düşüncə keçmişdən gələndir:

"Oğlan uşaqları fiziki cəhətdən daha güclüdür, onlar daha yaxşı işlərdə işləyib, ailənin iqtisadi durumuna töhfə verəcəklər. Amma təbii ki, bu təfəkkür dəyişməlidir. Bu mövzuda təbliğat aparılmalıdır, istər qız, istər oğlan övladı Allahın verdiyi gözəl nemət, paydır, ayırım qoyulmamalıdır".

"Biz hərbi sahədə oğlan uşaqlarına ehtiyac duyduğumuz kimi, bir çox sahələrdə də qız uşaqlarına ehtiyacımız var. Ailənin təməli qız uşaqlarının, qadınların əsasındadır. Gələcəkdə ailə qurmaq mövzusundada ciddi problemlər yarada bilər",- deyə sosioloq vurğulayıb.

Nigar Həsənova: Cinsiyyət nisbətindəki fərqlər bəzən təbii variasiyalar nəticəsində də baş verə bilər

Məsələnin tibbi tərəfini Bakıvaxtı.az-a izah edən həkim-ginekoloq Nigar Həsənova qeyd edib ki, nəinki Azərbaycanda, dünyada da doğumların sayında azalma müşahidə olunur. Son statistika göstərir ki, oğlan uşaqlarının sayı qız uşaqlarına nisbətən daha çoxdur.

Həkim qız uşaqlarının dünyaya az gəlişini abortlarla əlaqələndirmir:

"Azərbaycanda abortlara yalnız 12 həftəyə qədər icazə var. Lakin uşağın cinsiyyəti isə 12 həftədən sonra ultrasəs müayinəsində daha aydın bilinir".

Müsahibimiz hesab edir ki, statistika ilə bu hal təsadüfən əlaqədar ola bilər. Cinsiyyət nisbətindəki fərqlər bəzən təbii variasiyalar nəticəsində də baş verə bilər.

“Əgər bu fərq uzunmüddətli tendensiyaya çevrilərsə, o zaman səbəbləri daha dərindən araşdırmaq lazım gələ bilər. Hazırkı vəziyyətdə isə bunu bir təsadüf kimi qiymətləndirmək daha doğru olar",- deyə Nigar Həsənova vurğulayıb.

Nuriyyə Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 May 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see519

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see490

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see302

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see281

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see275

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see270

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see263

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see261

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see256

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see237

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see235

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see233

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see231

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see226

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see214

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see210

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see208

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri