Deputat 65 yaşı tamam olan həkimlərin işdən çıxarılmasına ETİRAZ ETDİ
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda 65 yaş həddinə çatan tibb işçilərinin əmək müqaviləsinin bir ilədək uzadılması təklif olunur.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva qurumun bugünkü iclasında deyib.
Onun sözlərinə görə, tibb işçiləri pensiya yaşına çatdıqda əmək müqaviləsinə xitam verilir:
"Onların içərisində peşəkar və təcrübəsinə ehtiyac olan şəxslər də var. Əslində ehtiyac olduğu təqdirdə üç ay müqavilə uzadıla bilir. Amma bu müddət çox qısadır. Mən həmin müddətin altı ay və ya bir ilə qədər uzadılmasını təklif edirəm. Bu tibb işçilərinin öz peşəsinə daha da bağlanmasına kömək edə bilər”.

ABŞ da yüzlərlə insan Səhiyyə Nazirliyinin işçilərinin işdən çıxarılmasına etiraz edir
20 Fevral 2025 08:48
Deputat etiraz etdi: Nazir cavablandırdı
26 Noyabr 2024 16:45
“İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” Kəlbəcər sakini ailəsinin müvəqqəti məskunlaşdığı evdən çıxarılmasına etiraz edir
23 Yanvar 2025 13:54
İsraildə Qalantın işdən çıxarılmasına etirazlar BAŞLAYIB VİDEO
06 Noyabr 2024 00:04
Trampdan təmizləmə siyasəti: Generalların işdən çıxarılmasına hazırlıq gedir
13 Noyabr 2024 15:29

