Icma.az
close
up
RU
Deputat: “AXCP fəaliyyət göstərdiyi bütün illərdə zor, güc və silah fikrini ortaya qoyub”

Deputat: “AXCP fəaliyyət göstərdiyi bütün illərdə zor, güc və silah fikrini ortaya qoyub”

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan xalqı tarix boyu çoxsaylı sınaqlardan keçmiş, qələbələrlə yanaşı, xəyanətlərə də şahid olmuşdur. Bu gün dövlətimiz azaddır, müstəqildir. Bu nailiyyətlər xalqımızın əzmi, Ali Baş Komandan İlham Əliyevin uzunmüddətli və düşünülmüş siyasəti, güclü ordumuz və xalqımızın birliyi sayəsində əldə olunmuşdur”. 
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. 
O bildirib ki, 30 ildən sonra torpaqlarımız düşməndən azad olunub, ölkədə siyasi sabitlik, iqtisadi inkişaf mövcuddur:
“İnsanların həyat səviyyəsi gündən-günə yaxşılaşır. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri aparılır, əhalinin sayı artır, Azərbaycan böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir. Amma təəssüflə qeyd etməliyik ki, belə bir uğurlu şəraitdə ölkəmizə qarşı hələ də həm xaricdən, həm də daxilimizdə xəyanətkar niyyətlər mövcuddur. 
Ramiz Mehdiyev, Əli Kərimli və onların ətrafında olan şəxslərin dövlətə xəyanət yolu tutması, dövlət çevrilişi etməyə çalışmaları xalq tərəfindən hiddətlə qarşılanır. İstintaq zamanı dindirilən şəxslərin ifadələri bu niyyətlərin real olduğunu göstərir”. 
Deputat qeyd edib ki, dövlətə xəyanət, xalqa arxa çevirmək ən ağır cinayətdir və bu cür cinayətlər bağışlanmazdır:
“Təəssüflər olsun ki, vəzifə, var-dövlət və şəxsi maraqlar naminə bəziləri ölkəni başqa dövlətlərin köləsinə çevirmək istəyirlər. Ramiz Mehdiyev uzun illər yüksək vəzifələrdə çalışıb, xalqa nəsihət verib, lakin sonda özünü müxalifət adlandıran qüvvələrlə işbirliyinə girərək ölkədə qarşıdurma yaratmağa çalışıb. 
Əli Kərimli də xarici dairələrə bağlı olaraq hakimiyyətə gəlmək niyyəti ilə insanları bir-birinə qarşı qoymağa cəhd edib. Bu şəxslərin əvvəldən bir cəbhədə olduğu və gizli əməkdaşlıq etdiyi faktlarla sübut olunur. İndi istintaq gedir, faktlar üzə çıxır. Bir vaxtlar ölkədə baş verən iğtişaşların Ramiz Mehdiyevin bilavasitə təşəbbüsü ilə həyata keçirildiyi barədə iddialar mövcuddur. 
Həmin dövrdə insanların küçələrə çıxması və dövlət əleyhinə şüarlar səsləndirməsi də bunu deməyə əsas verir ki, Ramiz Mehdiyev o vaxtdan etibarən Əli Kərimli ilə eyni xətt üzrə hərəkət edib. Sonradan üzə çıxan gizli yazışmalar və danışıqlar onların daim qarşılıqlı şəkildə dəstək göstərdiklərini göstərir. Bu proses ölkənin imicinə ziyan vurmaq, cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyıb və həmin fəaliyyətdə bütün vasitələrdən istifadə olunub”.
T.Rzayev diqqətə çatdırıb ki, hazırda istintaq davam edir və getdikcə daha çox faktlar üzə çıxır:
“Xalq Cəbhəsinin rəhbərliyi isə uzun illər hakimiyyəti zorla ələ keçirmək niyyəti olmadığını iddia edib. Lakin bu, gerçəkliyi əks etdirmir. Xalq Cəbhəsi yarandığı ilk gündən aqressiv siyasi xətt seçib, zorakı davranışlara meyilli olub və hakimiyyətə gəlmək üçün bu yolu üstün tutub. Xalq Cəbhəsi fəaliyyət göstərdiyi bütün illər ərzində zor, güc və silah tətbiqini əsas vasitə kimi ortaya qoyub. 
Dünən də belə idi, bu gün də həmin düşüncə qalmaqdadır. Bütün bu cəhdlərə baxmayaraq, onların nəticə verməsi mümkün deyil və bu səylər əbəsdir. Azərbaycan hüquq-mühafizə orqanları öz yerindədir, dövlətin təhlükəsizliyini qorumağa qadirdir. Ölkə rəhbərinin qətiyyəti və düzgün siyasi kursu sayəsində bu xəyanətkarlar cavablarını alacaqlar. İstintaq hər şeyi üzə çıxaracaq və dövlətə xəyanət edən hər kəs layiqli cəzasını alacaq”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Dekabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri