Icma.az
close
up
RU
Deputat: Azərbaycanlılara qarşı vəhşiliklər, soyqırımı törətmiş erməni cəlladları gectez cəzalarını alacaqlar

Deputat: Azərbaycanlılara qarşı vəhşiliklər, soyqırımı törətmiş erməni cəlladları gectez cəzalarını alacaqlar

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Birinci Qarabağ müharibəsi dövründə ermənilər azərbaycanlılara qarşı qəddarlıq nümayiş etdirib, soyqırımına yol veriblər.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputat deyib ki, Xocalı, Meşəli, Başlıbel, Qaradağlı və digər yaşayış məntəqələrində soyqırımı törədilib: “Bir neçə gün əvvəl Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın üzə çıxan etirafları da bunu təsdiqlədi. Həm də ermənilərin özlərinin törətdikləri bu cinayətlərlə öyündüklərinin, fəxr etdiklərinin şahidi olduq. Çoxsaylı faktlar sübut edir ki, erməni cəlladları faşistlərin belə tətbiq etmədikləri üsullardan istifadə edərək azərbaycanlılara qarşı ağır cinayətlərə, vəhşiliklərə yol veriblər. Bədən üzvlərinin kəsilməsi, qaynar samovarın insanların belinə bağlanması, uşaqlara, yaşlılara rəhm edilməməsi bu cinayətlərin hansı masştabda, hansı vəhşiliklərlə törədildiyini açıq-aşkar göstərir”.

Ceyhun Məmmədov qeyd edib ki, bu cinayətlər, vəhşiliklər və soyqırımının faktlarla sübutunu tapmasına baxmayaraq, dünya birliyi erməni cəlladlarının cinayətlərinə hüquqi qiymət vermir: “Bu gün də azərbaycanlılara qarşı belə cinayətlər törətmiş erməni cəlladlarının bir qismi Ermənistanda və digər ölkələrdə sərbəst gəzir, rahat yaşayırlar”.

Deputat Azərbaycanın öz gücünə torpaqlarını azad etdiyini vurğulayıb: “Növbəti mərhələdə isə bu cinayətkarların bəziləri həbs edildi, onların cəzalandırılması istiqamətində addımların atılmasına, tədbirlərin görülməsinə başlanıldı. Azərbaycan bu istiqamətdə addımlarını davam etdirir. Bu cinayətləri törədən erməni cəlladları gec-tez cəzalarını alacaqlar, törətdikləri əməllərə hüquqi qiymət veriləcək. Digər dövlətləri də bu prosesə dəstək verməli, beynəlxalq hüququn tələbləri yerinə yetirilməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Yanvar 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri