Icma.az
close
up
RU
Deputat: Dövlətimizin başçısı strateji mesajlarla yeni dövrün istiqamətlərini müəyyənləşdirdi

Deputat: Dövlətimizin başçısı strateji mesajlarla yeni dövrün istiqamətlərini müəyyənləşdirdi

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışında elmin ölkənin gələcəyi üçün strateji əhəmiyyətini xüsusi vurğuladı. Bu çıxışda Prezident, təkcə elm adamlarına deyil, bütövlükdə cəmiyyətə ünvanlanan strateji mesajlarla yeni dövrün istiqamətlərini müəyyənləşdirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov səsləndirib.

Deputat bildirib ki, dövlətimizin başçısı çıxışında Azərbaycan elminin inkişafı ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin tərkib hissəsi olduğunu vurğuladı. Bu xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın inteqrasiyasını təmin etmək siyasətində öz davamını tapmaqdadır.

“Bu gün isə Akademiyanın infrastrukturunun yenilənməsi, Elmin İnkişafı Fondu, "Elm haqqında" Qanun, dövlət proqramları və milli strategiyaların qəbul edilməsi – Azərbaycan elminin müstəqillik dövründəki, xüsusilə də Prezident İlham Əliyevin rəhbərliyi altında inkişafının əsas sütunlarını təşkil edir. Bu tədbirlər Elmin İnkişafı üzrə Milli Strategiyanın və dövlətin elmə dair kompleks yanaşmasının əsas elementləridir. Ümumilikdə bu kompleks tədbirlər paketi Azərbaycan elminin yalnız ənənəvi sahələrdə deyil, həm də innovasiya, rəqəmsallaşma, süni intellekt və yüksək texnologiyalar kimi yeni sahələrdə inkişafına şərait yaratmaq məqsədi daşıyır. Bu, Prezidentin çıxışında da vurğulandığı kimi, elmin praktiki nəticələrinin ölkə iqtisadiyyatının inkişafına inteqrasiyasını təmin edir”, - deyə A.Məmmədov qeyd edib.

Deputat bildirib ki, dövlətimizin başçısının “elmin inkişafı dövlətin müstəqilliyi və təhlükəsizliyinin etibarlı təminatıdır” fikri bu istiqamətin yalnız mədəni və mənəvi dəyər deyil, həm də milli təhlükəsizlik amili olduğunu göstərir.

Son on ildə elmə ayrılan vəsait iki dəfədən çox artırıldığını diqqətə çatdıran A.Məmmədov vurğulayıb ki, bu artım elmin iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilməsi siyasətinin nəticəsidir. Elm iqtisadiyyat və sənaye ilə sıx bağlı olmalıdır və bu istiqamətdə artıq yeni idarəetmə modeli formalaşır. Bu fikir Prezident İlham Əliyevin son illərdə elmi islahatlar və inkişaf strategiyası ilə bağlı çıxışlarının və qərarlarının mərkəzi tezisidir. Elm, iqtisadiyyat və sənayenin sıx bağlılığı elmin sadəcə nəzəriyyə və fundamental tədqiqatlarla məşğul olmaqla kifayətlənməməsi, əksinə, ölkənin iqtisadi dayanıqlığını və rəqabət qabiliyyətini artıran praktiki həllər təqdim etməsidir. Bu yeni idarəetmə modeli sayəsində Azərbaycan elminin birbaşa ölkənin iqtisadi dayanıqlığına, texnoloji müstəqilliyinə və sənaye potensialına xidmət etməsi mahiyyətini dəqiqliklə ifadə edir.

“Prezident İlham Əliyev çıxışında XXI əsrin əsas çağırışlarından biri olan süni intellektin inkişafına xüsusi yer ayırdı. Bu yanaşma göstərir ki, ölkə rəhbərliyi elm və texnologiyanı vahid strateji xətt kimi görür. Süni intellekt və rəqəmsallaşma artıq Azərbaycanın iqtisadi və təhlükəsizlik sistemlərinin mühüm tərkib hissəsinə çevrilməkdədir. Prezident bu istiqamətdə yaradılan Kibertəhlükəsizlik Mərkəzinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyətini də xatırladaraq, bu sahədə elmi potensialın səfərbər edilməsinin vacibliyini önə çəkdi.

Prezident çıxışının sonunda elmin cəmiyyətin inkişafında əvəzolunmaz rolunu bir daha diqqətə çatdırdı, elmin yalnız laboratoriyada yox, dövlət idarəçiliyinin fəlsəfəsində, milli ruhun dərin qatlarında formalaşdığını, elmi tərəqqi olmadan ölkənin davamlı inkişafını təmin etməyin mümkün olmadığını xüsusilə vurğuladı.

Beləliklə, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səslənən çıxışı dövlətin elmə, texnologiyaya və milli kimliyə yanaşmasının konseptual çərçivəsini müəyyənləşdirdi” , - deyə Anar Məmmədov fikirlərini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see253

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see247

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see194

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see164

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see160

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see156

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see150

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see145

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see143

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see140

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see139

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see138

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see137

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see137

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see136

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see134

Odessanın liman infrastrukturu ballistik raketlərlə vurulub, ölənlər var

20 Dekabr 2025 08:15see133

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see131

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see130

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri