Deputat: Orqan transplantasiyasında yeniliklərin icra edilməsi üçün müzakirələr aparılmalıdır VİDEO AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 10 dekabr, AZƏRTAC
“Milli Məclisdə orqan transplantasiya ilə bağlı qəbul edilən qanun hər kəs üçün vacibdir. Ancaq qanunun qəbul edilməsi məsələnin həlli demək deyil”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfransda jurnalistlərə müsahibəsində Milli Məclisin deputatı Soltan Məmmədov söyləyib.
Deputat qeyd edib ki, tibbi yeniliklər, icbari tibbi sığortanın tətbiq edilməsi dövlətimizin səhiyyə sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir: “Transplantasiya sahəsində qanunun tətbiq edilməsi üçün ölkəmizdə genişmiqyaslı işlər görülür. Xüsusilə kadr potensialının artırılması, tibbi müəssisələrin təkmilləşdirilməsi ilə bağlı bir çox yeni layihələr həyata keçirilib.
Düşünürəm ki, bu konfrans beynəlxalq təcrübənin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Çünki digər sahələrdə olduğu kimi orqan transplantasiyasında yeniliklərin icra edilməsi üçün müzakirələr aparılmalıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 10 Dekabr 2024 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















