Icma.az
close
up
RU
Deputat QHT sədrinə hirsləndi: “Kiminlə kimi müqayisə edirsiniz? Şəxsən mənim üçün ayıbdır Moşşennik”dir

Deputat QHT sədrinə hirsləndi: “Kiminlə kimi müqayisə edirsiniz? Şəxsən mənim üçün ayıbdır Moşşennik”dir

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İstintaqa cəlb olunan “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov 2022-ci ildə Türkmənistanın o zamankı prezidenti Qurbanqulu Berdiməhəmmədovu saxta “Dədə Qorqud” ordeni ilə təltif etməsi barədə yayılan iddialardan sonra Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin onun barədə dediklərinə etiraz edib.

E.İsmayılov Eldar Quliyevin onu əvvəlcədən tanıdığını, Türkmənistanda sözügedən tədbirdə birgə iştirak etdiklərini bildirib.

Mia.az xəbər verir ki, Eldar Quliyev Pravda.az-a açıqlamasında E.İsmayılovun dediklərini yenidən şər-böhtan adlandırıb.

 “Kiminlə kimi müqayisə edirsiniz? Şəxsən mənim üçün ayıbdır. Elmlər doktoru, professoram. 25 ildir, millət vəkiliyəm. Azərbaycanda tanınmış simayam. Ağsaqqallar Şurasının sədriyəm. Eldar İsmayılov avaranın biridir. İndi mənə nə qədər adam zəng edir ki, onlara da medal verib, pul alıb. “Moşşennik”dir. Azərbaycanda bu adam nəçidir? 80-ə yaxın yaşı var. Yalandan deyir ki, Eldar Quliyev Türkmənistana mənimlə gedib. Həqiqətən, bizimlə getməyib, bizimlə də gəlməyib. Qayıdanda mənə dedi ki, keçmiş Krasnovodskdan (indiki Türkmənbaşı) gedəcək.  Guya mən Berdiməhəmmədovla görüşdə 18 dəqiqə çıxış edəcəyimi demişəm. Mən çıxışımda Türkmənistanla əlaqələrdən, Turandan danışmışam. Bunlar onunla pul qazanırlar. Biz qazanmırıq ki. Tanınmış ağsaqqallarımızı təltif edirik, fəxri fərmanlar veririk. Mən onun səviyyəsinə düşmək istəmirəm. Bakıda böyümüş adamam, Eldar İsmayılovu heç vaxt tanımamışam. Özünə fond yaradıb. Heç kimə də lazım deyil. Camaatdan pul alıb, medallardan verib. Bir də yaddan çıxarmayın, mən bilirəm ki, qanun var. Medal və ordenləri kimlər verə bilər. Bizim Nizamnaməmizdə döş nişanları var. Bunlar isə ictimai təşkilatdırlar, “moşşennik”lik edib pul qazanırlar. Biz belə şeylərə getmirik”.

Qeyd edək ki, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov deputat Eldar Quliyevin dedikləri ilə bağlı mövqeyi belə olub:

 “Ağsaqqal öz müdrikliyi və ağlı ilə fərqlənməlidir. Yalan, paxıllıq və qeyri dürüstlüyü ilə seçilən insanlar var. Vətənini, Dövlətini, Millətini düşünmədən öz “kreslo”sunu düşünən insanlar da var. Belələri olub da cəmiyyət içərisində “biabırçılıq” nüfuzu yaratmaqdansa olmasaydılar kaş ki. Bu gün saytların birində Azərbaycan “Ağsaqqallar” şurasının sədri, Milli Məclisin deputatı, Kooperasiya Universitetinin rektoru, “Azərittifaq”ın sədri, 2022-ci ildə cənab Prezidentin göstərişi ilə Türkmənistana birlikdə səfər etdiyim Eldar Quliyevin müsahibəsini gördüm. Oxudum və mat-məəttəl qaldım. Adam deyir, məni tanımır, sadəcə orada səhnədə ani olaraq görüb məni. Halbuki, biz onunla səfərə çıxmamışdan qabaq Bakıda, Türkmənistana gedərkən bütün yol boyu və Türkmənistanda forum qurtaranadək birgə olmuşuq. Hələ mənə çıxışından qabaq “göstəriş” də verdi ki, Eldar müəllim, siz 4 dəqiqə danışarsınız, mənsə 18 dəqiqə danışacam.

Sonda özü 18 dəqiqə yox, heç 4 dəqiqə güclə öz “mükəmməl” rus danışıq tərzi ilə danışa bildi. Mən başa düşürəm ki, insan 4 vəzifə daşımaq üçün ya çox ziyalı və ağıllı olmadır ya bu Eldar Quliyev kimi… Bu insan görəsən düşünmür ki, mənə qara yaxmır, dövləti nüfuzdan salmağa çalışır. Bu gün Azərbaycanda “Ağsaqqal” adı verilən bu adamın heç ağsaqqallıq statusundan, ağsaqqalın böyüklüyündən xəbəri belə yoxdur. Eyibdir Eldar Quliyev, dövlətin verdiyi statusa hörmətsizlik etmək olmaz. Ağsaqqal yalan danışmaz”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://mia.az
archiveBu xəbər 07 Oktyabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri