Icma.az
close
up
RU
Deputat: Suriya rəhbərinin Azərbaycana səfəri, əməkdaşlıq təklifləri İrana qarşı deyil

Deputat: Suriya rəhbərinin Azərbaycana səfəri, əməkdaşlıq təklifləri İrana qarşı deyil

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Azərbaycan hər zaman İranla dostluq və qonşuluq münasibətlərini qoruyub inkişaf etdirməyə çalışıb. Azərbaycan-İran münasibətləri bu gün heç vaxt olmadığı qədər yaxşı bir mərhələyə qədəm qoyub və biz bu münasibətlərin qorunmasında maraqlıyıq".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

O qeyd edib ki, İranın ritorikasında və davranışında son vaxtlar davamlı təxribat əlamətləri görürük:

"Bu, münasibətlərin ruhuna uyğun deyil. Azərbaycanın 12 günlük müharibə zamanı İsrailə hərbi dəstək verməsi və ərazisinin İrana qarşı istifadə olunması ilə bağlı iddiaların heç bir əsası yoxdur. Azərbaycan bu məsələyə dəfələrlə rəsmi şəkildə aydınlıq gətirib. Biz heç bir dövlətə hərbi dəstək verməmişik. Ölkəmizin ərazisindən heç bir şəkildə İrana qarşı istifadə olunmayıb. Bu məsələ Azərbaycan rəhbərliyi tərəfindən dəfələrlə dilə gətirilib, həmçinin İran rəsmiləri tərəfindən də təsdiq olunub".

Ceyhun Məmmədov vurğulayıb ki, Azərbaycan İslam dünyası ilə münasibətlərin inkişafına xüsusi önəm verir və bu istiqamətdə ardıcıl addımlar atır:

"Azərbaycan bu gün İslam dünyasında önəmli rol oynayır və müsəlman ölkələri ilə münasibətlərini ardıcıl olaraq gücləndirir. Bu əməkdaşlıq hansısa üçüncü tərəfə qarşı yönəlməyib. Suriya prezidentinin Bakıya səfəri və bu çərçivədə baş tutan görüşlər də eyni niyyətə xidmət edir".

Deputat əlavə edib ki, Azərbaycan Suriyada sülh və sabitliyin bərqərar olmasını istəyir və bu istiqamətdə dəstəyini əsirgəmir:

"Suriya rəhbərinin Azərbaycana səfəri, buradakı görüşlər və əməkdaşlıq təklifləri İrana qarşı deyil, Suriyanın və ümumilikdə müsəlman dünyasının xeyrinədir. Biz Suriyada sülh və əmin-amanlıq istəyirik. Azərbaycan bu istiqamətdə töhfə verməyə hazırdır və bu da bizim müsəlman həmrəyliyi prinsiplərimizə uyğundur".

Ceyhun Məmmədov sonda bildirib ki, bu cür əsassız ittihamlar regionda sabitliyə xidmət etmir və Azərbaycanın qonşularla münasibətlərinin pozulmasına yönəlib:

"Azərbaycanın siyasəti açıq və şəffafdır. Biz İran da daxil olmaqla, bütün müsəlman ölkələri ilə münasibətlərimizin qorunmasında maraqlıyıq. Ona görə də İran mediasında səslənən iddialar, təxribat xarakterli yanaşmalar yolverilməzdir və bu ritorikadan çəkinmək lazımdır".

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 İyul 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri