Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Maskın raketi suya düşərək partladı Video

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

Tikinti sektorunda yeni dələduzluq (Video)

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

Bakıda artan kreditin nəticəsi TIXAC

Deputat: Tarix unudulduqda…

Deputat: Tarix unudulduqda…

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bu tarix yalnız keçmişin acı xatirəsi deyil, eyni zamanda milli yaddaşın qorunması, tarixi həqiqətlərin dünyaya çatdırılması və ədalətin bərpası uğrunda davam edən mübarizənin simvoludur. Xalqımıza qarşı əsrlər boyu yeridilmiş etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri məhz, 1918-ci ilin mart-aprel aylarında yaşanıb.  

Ümummilli Lider Heydər Əliyevin qətiyyəti sayəsində bu qanlı tarixə əsl siyasi-hüquqi qiymət verilmişdir. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla martın 31-i dövlət səviyyəsində Soyqırımı Günü kimi təsis olundu. Bu qərar uzun illər gizlədilən, təhrif edilən və ya diqqətdən kənarda saxlanılan tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində mühüm dönüş nöqtəsi idi. Məhz, bundan sonra azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar sistemli şəkildə araşdırılmağa, sənədləşdirilməyə və beynəlxalq ictimaiyyətə təqdim olunmağa başlandı”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

Deputat bildirib ki, Azərbaycan xalqının başına gətirilən bu dəhşətli faciə təsadüfi xarakter daşımırdı: “Tarixi faktlar göstərir ki, türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə 1918-ci ilin mart hadisələri ilə məhdudlaşmır. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi... xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.”

1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin törətdiyi qırğınlar isə xüsusi qəddarlığı ilə seçilir. Bakı şəhərində və ətraf bölgələrdə, o cümlədən Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə on minlərlə dinc azərbaycanlı yalnız milli və dini mənsubiyyətinə görə qətlə yetirildi. Yaşayış məntəqələri dağıdıldı, məscidlər, tarixi abidələr və qəbiristanlıqlar yerlə-yeksan edildi.
Şamaxıda yüzlərlə kəndin yandırılması, minlərlə insanın vəhşicəsinə qətlə yetirilməsi, Qubada aşkar edilmiş kütləvi məzarlıq bu cinayətlərin miqyasını açıq şəkildə göstərir. Aparılmış araşdırmalar sübut edir ki, qurbanlar arasında qadınlar, uşaqlar və qocalar üstünlük təşkil edib. Bu faktlar hadisələrin hərbi qarşıdurma deyil, məqsədli şəkildə həyata keçirilmiş soyqırımı olduğunu təsdiqləyir”.

Deputat əlavə edib ki, müstəqil Azərbaycan dövləti xalqımıza qarşı törədilmiş bu soyqırımı cinayətlərinin dünya ictimaiyyətinə çatdırılmasını özünün əsas vəzifələrindən biri hesab edir: “Bu istiqamətdə dövlətin apardığı siyasətlə yanaşı, hər bir vətəndaşın, xüsusilə xaricdə yaşayan azərbaycanlıların üzərinə mühüm məsuliyyət düşür. Tarixi faktlara əsaslanan obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması, illərlə formalaşdırılmış yanlış təsəvvürlərin aradan qaldırılması zaman və səbir tələb etsə də, bu, həm də mənəvi borcdur.

Quba şəhərində yaradılmış Soyqırımı Memorial Kompleksi, aparılan elmi tədqiqatlar və üzə çıxarılan yeni faktlar bu istiqamətdə görülən işlərin əyani göstəricisidir. Bu fəaliyyət yalnız keçmişi anmaq deyil, həm də gələcək nəsillərin milli yaddaşını qorumaq məqsədi daşıyır.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü bizə xatırladır ki, tarix unudulduqda təkrarlanma riski artır. Bu dəhşətli hadisələrin bir daha təkrarlanmaması üçün milli birlik və güclü dövlətçilik ən etibarlı təminatdır”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 Mart 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

28 Sentyabr 2026 07:50see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri