Icma.az
close
up
RU
Deputat: Türk dünyasının daha qətiyyətlə inkişafı və iqtisadi artımın inkişafı üçün regiona sülhün gətirilməsi vacibdir

Deputat: Türk dünyasının daha qətiyyətlə inkişafı və iqtisadi artımın inkişafı üçün regiona sülhün gətirilməsi vacibdir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 22 may, AZƏRTAC

Macarıstanın beynəlxalq əməkdaşlığa yanaşması, onun “Şərq açılışı” siyasətinin yürüdülməsi və Türk dövlətləri ilə spesifik əlaqələri bu gün diqqət mərkəzindədir. Macarıstanın siyasi diskursunda macarların Şərq mənşəyini vurğulayan qədim “turançılıq” refleksi Türk Dövlətləri Təşkilatı çərçivəsində bu gün özünü daha aydın büruzə verir. Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşdən sonra Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının ikinci qeyri-rəsmi Zirvə görüşünün Macarıstanda keçirilməsi bir sıra mühüm hadisələlərdə yadda qaldı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, görüşdə 71 bənddən ibarət Bəyannamə imzalanarkən dövlət başçılarının bir daha Naxçıvan Sazişinin prinsiplərinə sadiqliklərini ifadə etmələri, obrazlı şəkildə ifadə etsək, “and yeri” kimi qəbul olunmalıdır. Türk dövlətləri siyasi strukturlarına, coğrafiyalarına və xarici siyasət ənənələrinə görə kifayət qədər müxtəlif olsalar da, tarixi köklərimiz hər şeyin fövqündə dayanmağı bacarır. Bu baxımdan “Türk Dünyası Xartiyası” bizim ümumi yol xəritəmizdir. Son dörd il ərzində Qırğızıstanın TDT üzv dövlətləri ilə ticarət dövriyyəsinin demək olar iki dəfə artması, Qazaxıstanın Naxçıvan Sazişinə dəyişikliklərin edilməsi haqqında Protokolu ratifikasiya etməsi, təşkilatda daimi nümayəndəsini təyin etməsi və yaxın zamanda daimi nümayəndəliyin açılmasının nəzərdə tutulması, üzv dövlətlərin ayrı-ayrı beynəlxalq təşkilatlara üzvlüyə namizədliklərinin bu görüşdə də dəstəklənməsi TDT-nin daha fundamental əsaslarla inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Bu addımlar həm də ümumi iradə və istəyin göstəricisidir.

Deputatın sözlərinə görə, TDT-nin özü bir sıra maneələrlə üzləşir ki, bu, xarici qüvvələrin təzyiqi, xüsusən də Mərkəzi Asiyanın cəlb olunduğu regionlarda kənar aktorların rolu ilə bağlıdır. Bütün bunlara baxmayaraq, tarix boyu əlaqələrimizin tamamilə kəsilməməsi, xüsusilə Azərbaycanın 44 günlük müharibədə Qələbə qazanmasından sonra Zəngəzur dəhlizinin və Qafqaz regionunda digər qarşılıqlı əlaqələrin inkişafı planları fundamental qaydada yenidən formalaşdırılıb. Bu gün əsas məsələlərdən biri limanların və logistika imkanlarının genişləndirilməsidir ki, Mərkəzi Asiya ilə Qafqaz arasında əlaqənin Xəzər dənizindən keçməsi sahilyanı ölkələrdə əlavə investisiyaların yatırılmasını tələb edir. Qlobal iqtisadi əməkdaşlığın əksər formaları indiyədək bir-birindən uzaq olan ölkələri əhatə etməsə də, hətta TDT üzvləri arasında coğrafi bölgülər kifayət qədər əhəmiyyətli olsa da, bu fərqləri aradan qaldırmaq üçün bu gün göstərilən birgə səylər irəliləyişə gətirib çıxarır. Bu ölkələrin əməkdaşlığa can atmalarının səbəbi isə Türk xalqlarının mədəni ölçüsünə əsaslanır. Belə ki, əməkdaşlığın əsasını coğrafi yaxınlıq və ya asanlıqla qarşılıqlı əlaqə quran iqtisadiyyatlar deyil, ortaq mədəni mənşəyimiz təşkil edir.

“Əminliklə demək olar ki, TDT-nin mədəni cəhətdən müəyyən edilmiş hər hansı bir təşkilatdan daha yüksək məqsədləri və mürəkkəb kooperativ strukturları var. Bir sözlə, coğrafi maneələri, üzv dövlətlərin fərqli siyasi və xarici siyasət ənənələri ilə bağlı olması reallığını da nəzərə alaraq TDT kifayət qədər yaxşı inkişaf etməyi bacarır. Eyni zamanda, infrastruktur investisiyaları vasitəsilə məsafə problemlərini həll etməyə çalışır. Prezident İlham Əliyevin Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlərin davam etdirildiyini bildirməsi bu səylərin əyani göstəricisidir”, - deyə o əlavə edib.

TDT çərçivəsində Azərbaycanın daha da fərqləndiyini deyən A.Badamov diqqətə çatdırıb: “Dövlətimiz güclü mədəniyyətə malik Qafqaz ölkəsi olaraq fərqli siyasi baxışları da, təzyiqləri də TDT-ə gələnə qədər dəf etməyi bacarır. Hadisələrin mövcud durumunda müsbət amil də mövcuddur. Belə ki, indiki Rusiya-Ukrayna münaqişəsi Mərkəzi Asiya-Qafqaz-Anadolu marşrutunun aktuallığını daha da vacib edir və bu coğrafi bölgələr məhz TDT ölkələrinin yerləşdiyi məkandır. Mərkəzi Asiya önəmli regiondur. İndiki şəraitdə böyük güclərin yaxınlığı və onların rəqabəti Mərkəzi Asiyanın iqtisadi inkişafına mane olmur, əksinə, dəstək verir. TDT həm iqtisadi, həm də siyasi mərkəz kimi çıxış etmək üçün güc və iradə nümayiş etdirir, iqtisadi faydaları maksimuma çatdırmaqla yanaşı, arzuolunmaz təsirləri minimuma endirməyi bacarır. Bir mühüm məsələ də odur ki, ticarət, logistika və digər əməkdaşlıq formalarını inkişaf etdirəcək vahid blok yaradılması üzərində iş gedir”.

Deputat vurğulayıb ki, Macarıstanın yürütdüyü müstəqil xarici siyasət, habelə Avropa İttifaqının inteqrasiya strukturlarında olan yeri də nəzərə alınaraq onun Şərqə yenidən marağının artması daha çox iqtisadi praqmatizmlə diktə olunur. Macarıstanın xarici siyasəti, ölkənin xarici əlaqələrinin bütün strukturuna nüfuz edən çox güclü xarici iqtisadi ölçü ilə tamamlandı. Macarıstanın “Şərq açılışı” siyasəti təkcə iqtisadiyyat sahəsi ilə məhdudlaşmır. Dünya getdikcə çoxqütblü bir şəkildə böyüdükcə və güc rəqabəti beynəlxalq sistemin əsas xüsusiyyəti kimi geri döndükcə, Mərkəzi Asiya yenidən beynəlxalq siyasətin mərkəzi sahəsinə çevrilir. Macarıstanın Türkiyə və Azərbaycanla çox daha dərin və əhəmiyyətli xarici siyasi, iqtisadi əlaqələri mövcuddur. Qazaxıstanın buğda istehsal edən torpaqlarının sahəsinin Macarıstanın bütün ərazisindən 150 faiz böyük olduğunu nəzərə alsaq, əməkdaşlığın yüksək perspektivli sahələrindən birinin kənd təsərrüfatı olduğunu görərik.

Onun sözlərinə görə, Macarıstan beynəlxalq əməkdaşlığa yanaşma baxımından Avropa kontekstində orta ölçülü bir ölkə olmaqla yanaşı, Avropanın ən açıq iqtisadiyyatlarından biridir. Məhz bu amilin özü iqtisadi əməkdaşlıq məsələsini ölkənin xarici siyasətinin açarı edir.

“Regionumuz düyün nöqtəsidir. Həm Türk dünyasının daha qətiyyətlə inkişafı, həm də beynəlxalq əməkdaşlığın və iqtisadi artımın inkişafı üçün regiona sülhün gətirilməsi vacibdir. Prezident İlham Əliyev dünya birliyi tərəfindən bunu bacaran yeganə Lider kimi görünür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da bildirdiyi kimi, Müzəffər Prezidentimiz İlham Əliyev regiona sülh gətirəcək Lider kimi adını tarixə bir daha qızıl hərflərlə yazdıracaq. Dövlətimizin başçısının yürütdüyü çoxşaxəli xarici siyasət kursu saysız-hesabsız talelərin yenidən xoşbəxt gələcək üzərində qurulmasına gətirib çıxardacaq”, - deyə A.Badamov vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see143

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

04 Oktyabr 2025 10:56see142

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see142

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see134

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see133

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see132

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see131

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see131

Ən faydalı turşu

04 Oktyabr 2025 10:00see130

“Hicab artıq məcburi deyil” − Bahoner

04 Oktyabr 2025 19:47see130

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see128

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see127

Yurdumuzun geotermal enerji potensialı

04 Oktyabr 2025 10:08see125

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see123

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see123

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see122

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see121

Tibbdə YENİLİK: Sümük snıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

04 Oktyabr 2025 23:08see121

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see120

Azərbaycanın 5 güləşçisi medal qazanıb YENİLƏNİB 2

04 Oktyabr 2025 18:53see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri