Deputatdan TÖVSİYƏ: Uşaqları rəqəmsal asılılıqdan qorumaq üçün...
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Müasir dövrdə uşaqların rəqəmsal asılılığının hansı səviyyədə olduğu gündəlik həyatda əyani şəkildə görünür.
Bakıvaxtı.az xəbər verir ki, bunu millət vəkili Azər Allahverənov Milli Məclisdəki çıxışı zamanı deyib.
A.Allahverənov bildirib ki, bu baxımdan, müəyyən məhdudiyyətlərin tətbiq olunması bir nəzarət mexanizmi və müdafiə tədbiri kimi zəruridir.
Millət vəkili rəqəmsal asılılıqla mübarizədə beynəlxalq təcrübəyə toxunaraq Avstraliya, Fransa, Böyük Britaniya və xüsusilə bu sahədə kəskin addımlar atan Çin kimi ölkələrin nümunələrini çəkib. Bu cür məhdudiyyətlərin tətbiqi uşaqları rəqəmsal asılılıqdan müəyyən qədər azad edə bilər. Lakin beynəlxalq təcrübə öyrənilərkən fraqmentar deyil, daha geniş təhlillər aparılmalı, tətbiq olunan qadağaların hansı müsbət nəticələr verdiyi və ya hansı reaksiyalarla qarşılaşdığı dərindən araşdırılmalıdır.
Sürətli texnoloji inkişafın gətirdiyi risklərdən danışan deputat vurğulayıb ki, yeni tətbiqlər ilk mərhələdə tamamilə zərərsiz görsənsə də, geniş istifadəçi kütləsi topladıqdan sonra onların daxili kontenti asanlıqla mənfi istiqamətə dəyişdirilə bilir. Buna görə də müvafiq dövlət strukturları tərəfindən vaxtaşırı olaraq ciddi monitorinqlər aparılmalıdır:
“Qadağalardan yayınmaq üçün marketinq şirkətləri öz məhsullarını yaymağın yeni və gizli üsullarını düşünə bilərlər”.
Xüsusilə şüuraltına təsir edən məşhur "25-ci kadr" effekti və buna bənzər gizli metodların işə salınması riskinə diqqət çəkən deputat, uşaqların təhlükəsizliyini tam təmin etmək üçün qanunvericiliyin və nəzarət mexanizmlərinin çevik, monitorinqlərin isə daimi olmasının qaçılmazlığını vurğulayıb.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 08 İyun 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















