“Deputatın partiyadan çıxarılması hüquqi baxımdan mümkündür, lakin şəffaflıq və əsaslandırma vacibdir”
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
“Hər bir siyasi partiya öz nizamnaməsinə əsasən fəaliyyət göstərir və üzvlüklə bağlı qərarları da həmin sənəddə müəyyən olunmuş qaydalara uyğun verir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında hüquq müdafiəçisi Rəşad Əliyev deyib.
O bildirib ki, partiya üzvlüyündən kənarlaşdırılma, yaxud könüllü şəkildə çıxma halları hüquqi baxımdan mümkündür:
“Bu, siyasi təşkilatların daxili idarəetmə səlahiyyətinə daxildir. Əgər deputat Elçin Mirzəbəyli partiyadan çıxarılıbsa, bu addım yalnız partiyanın nizamnaməsində nəzərdə tutulan əsaslar mövcuddursa, qanunidir. Azərbaycan Respublikasının “Siyasi partiyalar haqqında” Qanununa əsasən, üzvlüyün dayandırılması qərarı şəffaf və əsaslandırılmış olmalıdır. Əks halda, bu qərar hüquqi baxımdan mübahisələndirilə bilər. Deputatın Milli Məclisdəki statusu partiya üzvlüyündən asılı deyil və onun mandatına hər hansı təsir göstərmir. Deputat mandatını yalnız Konstitusiya və Seçki Məcəlləsində göstərilən hallarda itirə bilər. Belə situasiyalarda əsas diqqət partiyanın daxili prosedurlarının düzgün icrasına yönəlməlidir. Əgər bu prosedurlar pozulubsa, üzv məhkəmə qaydasında öz hüquqlarını müdafiə edə bilər. Hüquqi baxımdan partiyanın belə bir addım atması mümkündür, lakin bu qərarın hüquqi əsasları və səbəbləri aydın şəkildə göstərilməlidir. Əks halda, qərar subyektiv və siyasi xarakter daşıya bilər. Bu cür hallar siyasi partiya daxili münasibətlərinin tənzimlənməsi baxımından normal sayılır. Lakin hüquqi şəffaflıq və əsaslandırma prinsiplərinə əməl olunması zəruridir”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Deputatın partiyadan çıxarılması barədə yeni açıqlama: “Özü istəmişdi”
14 Oktyabr 2025 14:59
Hesablama prosesində şəffaflıq olmur
07 Yanvar 2025 15:40
Şəffaflıq və idarəetmə alətlərinin təkmilləşdirilməsi zəruridir
03 İyun 2025 13:12
Türkiyə siyasətində Kılıçdaroğlu fırtınası: CHP nin parçalanmasının müzakirəyə çıxarılması mümkündür
02 Aprel 2025 17:01
Ölkələr tam şəkildə şəffaflıq göstərməlidirlər
16 Noyabr 2024 16:09