Qərbi Azərbaycan Xronikası: “Böyük Ermənistan“ nağılı Avropa masalarında yazılıb“
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.
Moderator.az xəbər verir ki, verilişdə Qafqaz Tarixi Mərkəzinin rəhbəri, tarixçi Rizvan Hüseynov erməni "dövlətçiliyi" anlayışı haqqında danışıb.
O bildirib ki, erməni "dövlətçiliyi" anlayışı tarixi fakt deyil, siyasi layihədir: "25 illik yarımmüstəqillik "minillik dövlət" nağılına çevrilib. Roma və Parfiya arasında kimsəsiz ərazi erməni dövləti kimi təqdim olunub. Kilikiya dövləti erməni dövləti yox, səlibçilərin forpostu idi. Səlib yürüşləri erməni tarixini yenidən yazıb. "Kilikiya layihəsi" müsəlman türk dövlətlərinə qarşı rol oynayıb".
Onun sözlərinə görə, orta əsrlərdə real erməni dövləti axtarışı nəticəsiz qalıb və Avropa erməni kartını geosiyasi alətə çevirib: "Avropa ermənilərdən istifadə edib. Roma Papasının Osmanlı və Səfəvilərə qarşı gizli "erməni" planı vardı. "Böyük Ermənistan" nağılı Avropa masalarında yazılıb".
R.Hüseynov "Böyük" Tiqranın kimliyi və erməni tarixinin mərkəzinə yerləşdirilməsi, Baqratilər dövlətinin kimlərə məxsus olması və erməni adlandırılması, Vatikan sənədlərində erməni icmasına dair etiraflar, eləcə də erməni uşaqlarının ideoloji layihənin subyektinə çevrilməsi ilə bağlı fikirlərini bölüşüb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 15 Yanvar 2026 08:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















