Icma.az
close
up
RU
Deputatlar tətildən təkliflərlə qayıdırlar: Müəllimlər, Böyük Qayıdış, nəqliyyat...

Deputatlar tətildən təkliflərlə qayıdırlar: Müəllimlər, Böyük Qayıdış, nəqliyyat...

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gündən Milli Məclisin deputatlarının tətil müddəti başa çatır. Parlamentin Daxili Nizamnaməsinə uyğun olaraq, deputatlar payız sessiyasına hazırlıq məqsədilə komitə iclaslarına başlayacaqlar. 
Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Sessiya çərçivəsində plenar iclasların keçirilməsi, bir sıra qanun layihələrinin müzakirəsi və qəbul olunması nəzərdə tutulur. Hər yeni sessiya cəmiyyətin gündəmində dayanan məsələlərin qanunvericilik müstəvisində əksini tapması baxımından xüsusi əhəmiyyət daşıyır.
Modern.az saytı deputatlarla əlaqə saxlayaraq, onların yeni sessiya üçün irəli sürməyi planlaşdırdıqları qanun layihələri barədə fikirlərini soruşub. 

Pərvanə Vəliyeva:
"Payız sessiyası zamanı təmsil etdiyim Səhiyyə komitəsində “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbul edilməsini irəli sürəcəyəm. Çünki cəmiyyətin reallığı, günün tələbi olan süni mayalanma və sonsuzluq üzrə bir çox müalicə metodları hazırda yalnız özəl sektorda təmin edilir. Qanunla tənzimləmə mövcud olmadığı üçün dövlət tibb müəssisələri bu kimi xidmətləri icbari tibbi sığorta çərçivəsində, ödənişsiz və ya müştərək maliyyələşmə üsulu ilə təklif edə bilmir. Sonsuzluğun müalicəsi prosedurları pasiyentləri maliyyə yükü ilə qarşı-qarşıya qoymaqla yanaşı, bu prosedurların mənfi fəsadları araşdırılmır, post-müalicə dövrü və reabilitasiyası da aparılmır. Nəticədə uğursuz prosedurlardan sonra ana olmağa hazırlaşan şəxslər ciddi psixoloji (mental) sağlamlıq problemləri ilə üz-üzə qalırlar. Ona görə də bu xidmətlərin hüquqi bazasının olması olduqca vacibdir. 

Ölkəmizdə ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi, pasiyentlərin cərrahiyyə əməliyyatlarından sonra ailə həkimi tərəfindən təqib olunmasının təmin edilməsi barədə təkliflə də çıxış etmək istərdim. Bir çox hallarda, ağırlaşma halları və həyatını itirmə məhz cərrahiyyə əməliyyatlarından sonra pasiyentlərin evdə tibbi xidmətlərə əlçatanlığının olmaması, onlara gündəlik nəzarətin aparılmaması səbəbiylə baş verir. Adətən əməliyyatlardan sonra 1 və ya 2 gün pasiyent stasionarda saxlanılır və evə buraxılır. Bu, səhiyyə xərclərini azaltsa da, sağalmanı görmək üçün yetərli zaman deyil. Beynəlxalq təcrübə deyir ki, xəstə sağalanadək ailə həkiminin yaxın nəzarətinə verilməli və xəstə izlənilməlidir. 

Bundan başqa, təmsil olunduğum Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində də qanun layihələrinin müzakirəsində yeni təşəbbüslər irəli sürməyi planlaşdırıram". 
 

Zahid Oruc:
"Parlamentdə təmsil olunan biri kimi mən həmişə bir sıra yeni layihələrin təşəbbüsü ilə çıxış etməyə çalışıram. Qanunvericilik sahəsində mühüm məsələlərdən biri ötən dövrlərdə işğal reallığının gətirdiyi beynəlxalq konvensiyalara və qanuni aktlara, protokollara qoşularkən qeyd-şərtlərlə bağlı məsələlərdir. Biz hüquqi aktlarımızı da işğalın rellığından təmizləməliyik, bu yöndə aspektli məsələri irəli sürəcəyik. Sözsüz ki, sessiyalar arası dövrdə, Prezident İlham Əliyevin məlum üçtərəfli görüşü, sülh sənədinin paraflanması, Amerika ilə münaisbətlər, 907-ci düzəlişin dayandırılması ilə bağlı addımlar istiqamətində yeni təşəbüslərimiz, layihələrin irəli sürülməsi ilə bağlı addımlarımız olacaq. Lakin ictimai həyatın və bütün dövlət idarəetmə sisteminin hüquqi prinsip və normaları yenilənməyə ehtiyac duyur. Bu yöndə, xüsusilə beyin mərkəzlərinin, siyasi institutların fəaliyyəti ilə bağlı məsələlərə diqqət göstərilməsi, onunla bağlı qanunvericiliyin hazırlanması zəruridir. Digər tərəfdən, Böyük Qayıdışla bağlı qanun layihələrinin silsilə toplusunun hazırlanmasını önə sürmüşdük. Oraya qayıdan insanlarımızın fəaliyyətinin hüquqi qüvvəyə minməsi çox vacibdir. Təmsil etdiyim komitədən qaynaqlanaraq bizim qarşıdakı dövrdə, xüsusi ilə insan hüquqları və azadlıqlarının təminatı yönündə təkilflərimiz olacaqdır". 
 


Hikmət Babaoğlu:
"Azərbaycan yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. İqtisadiyyatın böyüməsi, həm də coğrafi baxımdan əhatəsinin genişlənməsi üçün yeni imkanlar açılıb. Ona görə də, iqtisadi fəaliyyətin stimullaşdırılması üçün işğaldan azad olunmuş ərazilərimizdə iqtisadi münasibətləri təşviq edən qanun layihəsinə ehtiyac var ki, yerli investorlar o torpaqlara yatırım qoymaqla bütövlükdə sənayeləşmə baxımından Azərbaycan iqtisadiyyatını dirçəltsin. İkinci tərəfdən, vergi diferensiallaşması ilə bağlı qanun layihəsinin qəbul olunmasına ehtiyac var. Paytaxata uzaqlığına görə ayrı-ayır regionlarda vergilərin azaldılması, iqtisadi fəaliyyəti stimullaşdıra bilər. Digər tərəfdən, təhsil sistemində müəyyən məsələlərə aydınlıq gətirəcək qanunların qəbul edilməsi və ya aidiyyatı qanunlara düzəliş edilməsinə ehtiyac var. Bura çoxpilləli təhsil sistemi, onun səmərəliliyi, eyni zamanda ixtisaslaşmalarda dövlət sifarişli yerlərin iş təminatının yaradılmasını nəzərdə tutan qanun layihəsinə ehtiyac ola bilər. Yol nəqliyyat sistemi ilə bağlı yeni qanunun yaradılmasına da zərurət var, yolların idarə olunması üzərində nəzarət mexanizmi həyata keçirən strukturların kordinasiya edilməyən fəaliyyətləri nəqliyytın idarə olunmasında problemlər yaradır və tıxacların çoxu bununla bağlıdır. Bura yolların işarələnməsi, yol - nəqliyyatını tənzimləyən işarələrin yerli-yersiz qoyulması və yol istismarının təşkili – hər biri müxtəlif qurumlar tərfindən həyata keçirilir və nəticədə bəlli olur ki, hər qurum öz mövqeyindən çıxış edərək, ictimai mövqe kənarda qaldığı üçün nəqliyyat iflic vəziyyətinə qalır". 
 

Günay Ağamalı:
"Bizim ən mühüm vəzifələrimizdən biri dövlətimizin mənafeyini qorumaq, milli-mənəvi dəyərlərimizi möhkəmləndirməkdir. Dövlətin mənafeyi yalnız iqtisadi güclə deyil, həm də möhkəm ailə institutunun varlığı ilə qorunur.
Yeni sessiyada qanunvericilik təşəbbüslərimi məhz bu prinsip üzərində qurmağı planlaşdırıram. Ailə institutunun möhkəmləndirilməsi, gənc nəslin milli kimliyə sadiq şəkildə böyüməsi, ailədaxili münasibətlərin sağlam mühitdə formalaşması dövlətin strateji maraqlarına xidmət edən ən mühüm amillərdən biridir. Ailə sağlam olduqda, dövlət də möhkəmlənir, cəmiyyət də sabit və güclü olur".
 


Arzuxan Əlizadə:
"Parlamentin payız sessiyası sentyabrın 30-u başlayır, təbii ki, təkliflərimiz olacaq. Bununla bağlı fikirlərimizi yekunlaşıdırırıq. Bizə gələn təkliflər əsasında prioritet olaraq təkliflər paketi formalaşdırırıq. Partiya üzvlərimizin də məsələ ilə bağlı fikirlərini diqqətə alırıq. Bu yaxınlarda Milli İstiqlal Partiyasının qurultayı da keçiriləcək, bununla bağlı hazırda rayonlardayıq və keçirdiyimiz görüşlərdə bizə bildirilən məsələlər əsasında da təkliflərimizi hazırlayırıq. Tam formalaşdıqdan sonra həmin təkliflər əsasında qanunvericilik müstəvisində müəyyən dəyişikliklərin edilməsi yönündə fəaliyyətimiz olacaq. Təkliflər tam müəyyənləşməyib deyə, konkret nəsə demək hazırda çətindir".  
 

Tənzilə Rüstəmxanlı:
"Azərbaycanda deputatın qanunvericilik təşəbbüsü hüququ konstitusion hüquq kimi təsbit olunub. Bir illik parlament fəaliyyətimdə həm büdcə layihəsinin müzakirəsində, həm qanunların komitələrdə müzakirəsində, həm də Milli Məclis iclaslarında bir çox təkliflərlə çıxış etmişəm və bunların da bir hissəsi nəzərə alınıb. Mənim fikrimcə, deputat hazırladığı layihəni qurumlarla razılaşdırmamalıdır. Layihəyə rəyi ən azından Milli Məclisin komitələri və ya şöbələri almalıdır. Təhsil sahəsi, xüsusilə kənd məktəblərində dərs deyən müəllimlərlə bağlı, gənc ailələrə sosial dəstəklə əlaqədar müəyyən təkliflərim var və bunu parlamentin yeni sessiyasında səsləndirəcəm. Deputat seçildiyim Neftçala rayonunun sosial-iqtisadi inkişafı ilə əlaqədar təkliflərim də müvafiq qurumlara göndərilir". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Avqust 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see191

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see168

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see136

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see135

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see135

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri