Icma.az
close
up
RU
Bu ərazilərə də Böyük Qayıdış olacaq Deputatlar DANIŞDI

Bu ərazilərə də Böyük Qayıdış olacaq Deputatlar DANIŞDI

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2020-ci ildə Vətən müharibəsində Azərbaycanın qazandığı qələbədən sonra işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur bölgələrinə vətəndaşların təhlükəsiz və davamlı şəkildə qayıdışı üçün dövlət genişmiqyaslı layihələr həyata keçirir. Həmin ərazilərdə yaşayış yerləri, yol, məktəb, bağça, iş yerləri və digər vacib işlər görülüb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisdə Cəbrayıl rayonunu təmsil edən deputat Ceyhun Məmmədov bildirdi ki, Qarabağa köç edən vətəndaşların rahat məskunlaşması üçün dövlət hər cür şərait yaradır:

"Bu gün deyə bilərik ki, Qarabağda köç ən sürətli formada həyata keçirilir, quruculuq və abadlıq işləri sürətli formada baş tutur. Bu gün artıq Cəbrayılda da köç var və sakinlər artıq öz doğma yurdlarına köçüb, orada yaşayırlar. Cəbrayılda 33 bina inşa olunub və artıq 700-dən artıq ailə köçüb. Bu gün Cəbrayılda yollar təmir olunub və ya yenidən qurulub, dəmiryolu xətti ən yüksək formada inşa olunur, elektrik təchizatı yüksək səviyyədədir. İnsanların məskunlaşmasına nail olmaq üçün gərəkən bütün addımları dövlət atır. Buna görə tədbirlər dövlətimiz tərəfindən təmin olunur, həyata keçirilir. İnsanların məskunlaşması üçün lazımlı olan tədbirlər ardıcıllıqla və məqsədyönlü şəkildə atılır. Bu da onu deməyə əsas verir ki, bu gün quruculuqla, abadlıqla bağlı lazım olan hər bir məsələ dövlətin diqqətində, nəzərindədir. Cəbrayılın mərkəzində məktəb, bağça inşa olunub, digər infrastruktur layihələri də düzəlir. Şükürbəyli, Mahmudlu kəndləri yenidən qurulur, inşa olunur". 

Xocalıdan olan Milli Məclisin deputatı Elman Məmmədovun sözlərinə görə, yaxın vaxtlarda bu proses daha da sürətlənəcək.

"Hazırda Xocalı rayonunda "Böyük Qayıdış"la bağlı işlər gedir. Yaşayış məntəqələrinə, Xocalı şəhərinin özünə və Xocalı rayonunun kəndlərinə əhalinin köçürülməsi prosesi davam edir. İndiyə qədər Xocalı şəhərinin özünə və Xocalı rayonunun Ballıca kəndinə köç olub. Yaxın vaxtlarda başqa yerlərə də köçkün olması gözlənilir. Şəhərin özünə, Ballıca, Badara, Təzəbinə, Naxçıvanlı, Seyidbəyli, Xanyurdu, Şuşakəndə və bir neçə başqa kəndlərə böyük qayıdış gözlənilir. Yəqin ki, üzümüzə gələn aylar ərzində hamımız bunun şahidi olacağıq".

E.Məmmədov bildirdi ki, deputat kimi təmsil olunduğu Ağdam rayonu üçün də məlumatlar var.

"Gözlənilir ki, yaxın aylar ərzində Ağdam rayonunun Xıdırlı, Sarıcalı, Kəngərli kəndlərinə "Böyük Qayıdış", köç olacaqdır. Yəni əhalinin qayıdışı üçün işlər görülür. Bu, təkcə mənzillərin tikintisi ilə bağlı deyil, eyni zamanda əhalinin məşğulluq məsələləri də çox ciddi şəkildə nəzərə alınır. Burada yeni iş yerlərinin yaradılması, təhlükəsizlik məsələləri, bütün infrastrukturların yaradılması, yüksək səviyyədə təmin olunması, elektrik enerjisi, qaz təminatı, su təminatı, rabitə məsələləri, yol tikintisi işləri kompleks şəkildə paralel olaraq aparılır. Bu il, 2025-ci ildə çox sayda əhalimizin qayıdışı gözlənilir və olacaq. Mən də gözləyirəm ki, evlərimizin işləri tezliklə başa çatsın, doğma yurdumuza gedim", - deyə millət vəkili qeyd etdi.

Türkan İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"" mövzusunda dərc olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Yanvar 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri