Icma.az
close
up
RU
Deputatlara edilən qeyri adi müraciətlər: “İnəyimi tap.., evimi tikdir!”

Deputatlara edilən qeyri adi müraciətlər: “İnəyimi tap.., evimi tikdir!”

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisin deputatlarına fəaliyyətləri dövründə seçicilər tərəfindən saysız-hesabsız müraciətlər ünvanlanır. Bu müraciətlərin bir qismi sosial problemlər, məşğulluq, təhsil, səhiyyə, sənədləşmə və digər gündəlik məsələlərlə bağlı olur.

Seçicilər səs verdikləri deputatlardan müxtəlif məsələlərin həllində dəstək gözləyir, problemlərinin aidiyyəti qurumlara çatdırılmasını istəyirlər. Bəzən isə deputatların qarşısına elə müraciətlər çıxır ki, onların gözlənilməzliyi uzun müddət yadda qalır. Bu müraciətlər deputatın səlahiyyətlərinə birbaşa aid olmayan, hətta ilk baxışdan olduqca təəccüblü görünən xahişlərlə bağlı olur.

Bəs deputatlar illər ərzində vətəndaşlardan hansı qeyri-adi müraciətləri alıblar? Onları ən çox təəccübləndirən və yaddaşlarında qalan xahişlər nələr olub?

Modern.az saytı bu dəfə Milli Məclisin deputatlarından fəaliyyətləri dövründə seçicilərdən aldıqları ən qeyri-adi müraciətlər barədə soruşub.                    


Aqil Abbas bildirib ki, ona edilən müraciətlərin 60%-nin deputatın səlahiyyətlərinə aid olmur:

"İşlə, uşaqları müalicəsi, xəstələri olanlarla bağlı müraciətlər daha çoxdur. Ayda 20-30 belə müraciət edilir. Hələ telefonla edilən müraciətləri demirəm. Çalışırıq ki, müraciətlərə imkan daxilində kömək edək. Müraciətlərin çoxunun bizə aidiyyəti yoxdur. Deputat icra orqanı deyil. Müraciət edir ki, mənim oğluma iş düzəlt. Mən də deyirəm ki, icra orqanı deyiləm. Amma müvafiq təşkilata müraciət edib "imkan varsa, bunun uşağının işə düzəlməsinə kömək gğsstərin" deyirəm. Ümumiyyətlə, müraciətlərin 60%-nin deputatın səlahiyyətlərinə dəxli yoxdur".                  


Elman Məmmədov seçicilərin müraciətlərinin hamısının vacib və maraqlı olduğunu deyib:

"Bu müraciətlərin arasında həm asan, həm də çətin həll olunan məsələlər var. Hələ həllini tapmayanlar da var ki, biz də bundan məyus oluruq. Bütün müraciətlərə müsbət reaksiya veririk. Hazırda ən çox müraciətlər iki kateqoriyaya – işlə təminat və doğma yurd-yuvaya qayıdışla bağlıdır. Az öncə bir sakinimiz müraciət edib, deyir: "Nəvəm universiteti bitirib, hara müraciət edirik, 1 ildən artıqdır işə qəbul olunmur".
Bəzən tamamilə başqa bölgənin vətəndaşı müraciət edir. Ona bildirəndə ki sizin dairənin deputatı var, deyir "mən sizə müraciət edirəm". Belə olanda da mən deyirəm ki, yaxşı edirsən.
Keçən ay rayonlarımızın birindən müraciət etdilər, telefonla danışdıq. Telefonu səsliyə qoymuşdular, eşitdim ki, telefonun arxasında bir neçə nəfər var. Qarabağ qazisi olduğunu və şirkətdə işləsə də, iki aydan çoxdur ki, əmək haqqını ala bilmədiyini dedi. Həmin şirkətin əlaqə nömrəsini mənə göndərdilər. Mən də həmin şirkət rəhbərliyi ilə əlaqə saxladım, məsələni bildirdim. Şirkətdən təsdiq etdilər ki, belə hal var və 1 həftəyə onların əmək haqlarının ödəniləcəyinə söz verdilər. Təxminən 7-8 gündən sonra həmin qazi balamız zəng vurub təşəkkür etdi və dedi ki, "əmək haqqımız ödəndi".


Fəzail İbrahimli: “Biri deyir, mənzil ver, biri deyir, evimi təmir etdir. Bunların heç biri qanunvericilik səviyyəsində deputatın səlahiyyətinə aid deyil. Seçicilərlə son görüşlərimizdə müraciət edənlərin əksəriyyəti iş, bəziləri də daha yaxşı iş istəyib. Deputat səlahiyyətlərinin hüdudlarını seçicilərin müəyyən qismi bilir. Seçicilər hesab edir ki, onlar nə istəyirsə, deputat etməlidir. Deyir, səs vermişəmsə, sən də bunu etməlisən.

Bir neçə il bundan qabaq axşamüstü mənə zəng gəldi. 40 min nəfərdən azı 20 mini mənim telefon nömrəmi bilir. Bir xanım zəng etdi, salamsız-sabahsız dedi ki, "isti evində oturmusan, mən meşədə əsir olmuşam". Soruşdum ki, nə olub? Dedi ki, "4 inəyimi oğurlayıblar". Bunun aləmində inəyi itibsə, deputat tapıb ona verməlidir. İstədim onun ağrısına yumor qatım. Dedim ki, xanım, indi gecdir, inşallah, sabah mən də sizə qoşularam, görək tapa bilirikmi. Dedi ki, "məni ələ salma, zəhmət çək, deputat seçmişik, gəl inəyimi tap, ver". Burada belə düşünmək olar ki, bu onun son ümididir. Axı o inəklər kənd yerində yaşamaq vasitəsidir.                                

Gözümün qabağına bahalı bir maşını küçədə qoyduğumu və onun oğurlandığını xəyal etdim, düşündüm ki, mən hansı hissi yaşayaramsa, bu qadın da indi o hissi bir az daha artıq formada yaşayır. Ona dedim ki, xanım, 2-3 gün vaxt ver, bu məsələni araşdıraq, çalışıb məsələni həll edim, əgər sizin inəklərinizi tapa bilməsəm, mən söz verirəm, o inəkləri alıb verəcəyəm. O dəqiqə insan da fikrini dəyişdi, dedi, "qurban olum, mənim son ümidim sənsən".

Soruşdum ki, polisə müraciət etmisiniz? Dedi ki, "təkcə mənim deyil e, çox sayda adamın heyvanları oğurlanır". Üç rayondan birinin polis rəisinə zəng etdim. Ona dedim ki, nə bildiniz, filan kənddə mənim dörd inəyim var, elə onu oğurlatdırdınız. Bunu kobud şəkildə dedim, rəis də “biz inək oğurlatdırırıq?” dedi. Söylədim ki, rayondakı bütün oğrulara görə cavabdeh sizsiniz, xahiş edirəm, filankəs mənim qohumumdur, ona kömək edin. Əslində isə o qadının adını il dəfə idi ki, eşidirdim. Ancaq başqa çarəm yox idi. Rəisə dedim ki, inciməyin, inəklər tapılmasa, nazirə müraciət edəcəyəm.

O vaxt Biləsuvar, Masallı, Cəlilabad rayonlarının qovşağında deputat idim. Bu rayonlardan birinin polis rəisi ilə əlaqə saxlamışdım. Rəis dedi ki, "müəllim, vaxt verin, məsələni araşdıraq". Üç gündən sonra itən inəklərdən ikisini tapıb qaytardılar, iki inəyi kəsib satmışdılar, onların da pulunu verdilər.

Yüzlərlə belə şeylər baş verir, biz də insani müstəvidə məsələlərə yanaşırıq, əlimizdən gələni edirik. Camaat məni yaxşı tanıyır, ona görə hörmətlə, izzətlə müraciət edirlər. Qanun imkan verirsə, məsələni axıra çatdırırıq, vermirsə, səlahiyyətlərimiz daxilində xahiş edirik. Rayon rəhbərləri sağ olsunlar, vətəndaşlarımızla bağlı addımlarda əl-ələ veririk.

Keçən ay Masallı İstisuyuna getmişdim. Gördüm ki, oradan bir qadın üstümə yüyürdü. Həmin o inəyinin tapılması üçün müraciət edən qadın imiş. Məni görən kimi, ondan bir səda çıxdı, dedi, "qurban olum sənə, Allah, mənim deputatım gəldi". Elə bil ki, dünyanın ən böyük mükafatı ona verilmişdi. Fikirləşdim ki, Tanrım, nə yaxşı bu addımı atmışam. İstisuda necə hay-küy saldısa, hamı bildi ki, mən oradayam. Yəni nə edilən yaxşılıq, nə də pislik unudulmur”.

Hikmət Babaoğlu: "Seçicilər seçdikləri deputatlara qarşı çox tələbkardırlar və ən müxtəlif məsələlərin həlli üçün müraciət edirlər. Hesab edirəm ki, bu da təbiidir. Çünki deputat seçici üçün əlçatan olduqda, problemlərin həlli üçün vasitə kimi görür.
Mən qeyri-adi tələbə rast gəlməmişəm. İşsizlik, məişət problemlərinin həlli, yaşayış yerinin darlığı, maddi çətinliklərlə bağlı çoxsaylı müraciətlər, zənglər daxil olur. Biz də bu məsələləri həll etməyə çalışırıq. Bəzən sadəcə telefon zəngi, şəxsi tanışlar vasitəsilə, rəsmi məktub vasitəsilə dövlət və hökumət qurumlarının rəhbərlərinə müraciətlər etmişik. Hesab edirəm ki, bu, baş verməli olan əlaqədir. Bu vaxta qədər qeyri-adi tələb, yaxud şərtlə qarşılaşmamışam".             


Nəsib Məhəməliyev: "Bu yaxınlarda bir ana öz oğlunu tutdurmağı xahiş edib. Uşaqlarına "pampers pulu" istəyənlər olub. İstənilən belə qeyri-standart xahişlər onlara haqlı tələb kimi gəlir. Cəmiyyətdə rəngarənglik olur. Hamının dünyagörüşü, ağlı eyni deyil, ona görə insanlardan müxtəlif qəribəliklər də eşidirsən. Amma indi onlara elə gəlir ki, bütün bu məsələləri deputat həll etməlidir. Eləsi var ki, deyir "deputat mənə ev tikməlidir". Müəyyən tikinti materialları ilə kömək etməyimə baxmayaraq, heç buna görə "sağ ol" da demir. Ancaq mütləq ev tikməlisən. Əri, uşaqları var, özü də əlil, qazi deyil, heç bir sosial statusu yoxdur. Tikməsən, "telekanalları dəvət edəcəyəm" deyir".

Elşad Musayev: "Bəli, qeyri-adi müraciətlər çox olub. O müraciətlərdə deputata aid olmayan arzu və niyyətlər var. Həmin müraciətləri detallaşdırmaq istəmirəm".

Arzuxan Əlizadə: "Bəzən bizə aid olmayan məsələlərlə bağlı müraciətlər, şəxsi xahişlər də olur. Belə müraciətlərdən hər hansı birini ictimailəşdirməyi düzgün saymıram. İnsan ümid edərək nəsə istəyib. Əgər kömək etmək mümkündürsə, mütləq dəstək göstəririk. Yox, səlahiyyətlərimizi aşan məsələlərdirsə, izah edirik, onları istiqamətləndiririk, tam olaraq ümidsiz qoymuruq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Avqust 2026 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri