Icma.az
close
up
RU
Deputatları yayda pulsuz işləmək üçün hansı səmtə göndərək?.. TƏKLİF

Deputatları yayda pulsuz işləmək üçün hansı səmtə göndərək?.. TƏKLİF

Icma.az, Moderator.az saytına istinadən bildirir.

“Ən yaxşı tərbiyə metodu şəxsi nümunədir. Əgər deputatlarımız bu yay özləri könüllü şəkildə maaşlarından imtina edib, ölkənin ən çətin sahələrində pulsuz işləməyə yollansalar, növbəti yay tələbələr növbəyə duracaqlar...”

“Məsələn, mən təklif edərdim ki,   ən yaxşı variantlardan biri kimi "Kürdəmir istisi" terapiya mərkəzini...”

“Bir qrup deputatı da yığıb göndərməlisən ucqar dağ kəndlərinə. Ciblərinə də cəmi 300 manat pul qoymalısan ki, "bax, bu, sənin bir aylıq yaşayış minimumundur, get dolan...".

**** *** ***

Deputatların bu ayın 15-dən tətilə çıxacağı haqda xəbər yayılanda yenə dəyərli deputat-yazıçımız Aqil Abbasın parlamentdəki son çıxışlarından birində yay tətilində tələbə gənclərin işğaldan azad torpaqlardakı quruculuq işlərinə qatılması barədəki təşəbbüsünü xatırladım. Aqil müəllimi 90-cı illərdən- artıq bir qərinədir ki, tanıyıram. Hələ  baş redaktoru olduğu “Ədalət” qəzetinin ölkədə ən populyar, oxunaqlı bir qəzet olduğu vaxtlardan… Məndən xeyli yaşlı olsa da, birlikdə çox çörək kəsmişik… Bəzən mübahisələrimiz də olub. Bilirəm ki, yüksək yumor hissinə, yaradıcılıq istedadına malik olan Aqil müəllim boşuna söz deməz. Özü də 1 apreldə doğulub deyə, çox şirin adamdır. İnsanları, kütləni ələ almağı, hər kəsə öz yerini, işini-gücünü göstərməyi bacarır. Başqa sözlə, yolda durub yoldan keçənə yumaq sarıtdırır…  

Xülasə, Aqil Abbasın söylədiyi hər bir sözdə Vətən, dövlət, xalq üçün, xüsusən Qarabağ üçün az da olsa, bir fayda olmalıdır. Yeri gəlmişkən, onu da əlavə edim ki, yaxşı ki, “Milli” adlanan Məclisimizdə Aqil müəllim kimi deputat əyləşib. Yoxsa, vallah, o deputatların yığıncağına xalqda zərrə qədər də maraq olmazdı. Deyərdim ki, Aqil Abbas Milli Məclisin duzu-istiotudur… 

Əlqərəz, sozümün canı nədir? Dəyərli Aqil müəllimə deyərdim ki, gənclərin, tələbələrin yığışıb Qarabağda, Zəngəzurda quruculuq işlərindəki iştirak etməsi gözəl təşəbbüsdür. Ancaq hesab edirəm ki, tələbələrin az da olsa, təqaüd aldığı, valideynlərinin işsiz-gücsüz olmadığı sovet dövründən fərqli olaraq indiki dövrdə işğaldan azad torpaqlarda işləyəcək gənclərə mütləq zəhmət haqqı vermək lazımdır. Gənclərimizin xeylisi siz deyən kimi boş-bekar da deyil. Xeyli tələbə gənc tanıyırıq ki, yay tətilində valideynlərinin də üzünə həsrət qalır, rayona getmir, Bakıda qalıb restoranlarda ofisiantlıq, bazar-dükanlarda hambalçılıq edir….

 İkincisi də, hesab edirəm ki, Vətənə pulsuz xidmət işində öncə ölkənin ən çox əmək haqqı olan kateqoriyalarından biri kimi məhz deputatlar nümunə göstərməlidirlər. Necə deyərlər, yol böyüyündür- su, kiçiyin… Həm də, yaxşı yadıma düşdü, bunların çoxu elə deputat kürsüsündə az qala xorna çəkib yatır. İşləri-gücləri aradabir düymə basmaqdır. Yəni ilboyu istirahətdədirlər... Heç olmasa, bir neçə ay gedib xalqa, dövlətə bir fayda versinlər... Ona görə də əziz Aqil müəllim, gəlin, birlikdə düşünək görək(siz yaşda deputatlarla işimiz yoxdur- siz Bakıda, yaxud xaricdə oturub koordinatorluq edin) 60 yaşadək olan parlament üzvlərini hara işləməyə göndərək ki, bu dövlətə, vətənə, xalqa az da olsa, bir faydaları dəysin…

Məsələn, mən təklif edərdim ki,   ən yaxşı variantlardan biri kimi "Kürdəmir istisi" terapiya mərkəzini:

Deputatların bəziləri yay gələn kimi "Antalya yandı", "Bodrumda nəfəs almaq olmur" deyə gileylənirlər. Onları bir aylıq göndərmək lazımdır Kürdəmirin, Sabirabadın, Salyanın pambıq tarlalarına. Bilirik ki, sovet dövründəki pambıq toplanışını bərpa etmək dövlətimizin qarşıda duran strateji vəzifələrindən biridir. Elə sovet vaxtı tələbələrimizin dəstə-dəstə göndərildiyi işlərdən biri də pambıq toplanışı idi...  Deputatları pambıqçılıq tarlalarına göndərməkdə məqsəd odur ki, onlar kondisionerli xidməti maşınlardan düşüb, xalqın neynədiyini, nələr çəkdiyini bilsinlər...

Faydası da böyük olar: Günün altında pambıq yığa-yığa seçicinin dərdini elə dərindən hiss edərlər ki, payız sessiyasında qanun layihələri pambıq kimi yumşaq və xeyirli çıxar...

Pambıq sahələri, taxıl zəmiləri, tütün tarlaları işçi qüvvəsi gözləyir. Deputatlar regionlara gedib yerli camaatla çiyin-çiyinə, günün altında pulsuz işləsələr, həm kəndlinin dərdini kabinetdən yox, yerindəcə hiss edərlər, həm də kənd təsərrüfatına real töhfə verərlər. Aqil müəllim demişkən, "bekar qalmaqdansa", pambıq yığmaq həm bədən tərbiyəsidir, həm də vətənə xidmət...

Digər təklifimiz:

"Sumqayıt marşrutu" ekstremal turizm...

Bəzi deputatlar parlamentdə elə danışırlar ki, elə bil, ölkədə hamı "Bentley" sürür. Onları yay tətilində Sumqayıt-Bakı marşrutunda işləyən 199 nömrəli avtobuslara təyin etmək lazımdır. Amma sürücü yox, sərnişin qismində!.. 

Deputatlarımızı yay aylarında pik saatlarda avtobuslara "könüllü bələdçi" və ya sürücü köməkçisi də təyin etmək olar. Həm gediş-gəliş qaydalarına nəzarət edərlər, həm də xalqın nəbzi ilə birbaşa tanış olarlar. Kondisionersiz avtobusda pulsuz fəaliyyət deputatlara xalqın içindən keçən qanunları yazmaqda əsl ilham mənbəyi olar...

Şərtlər: 

Səhər saat 08:00-da, o 40 dərəcə istidə, bir ayaq üstə qapıdan sallanmalıdırlar...

Nəticədə nəqliyyat sistemindəki islahatlar cəmi üç günə bitər. "Tələbə-inşaat dəstəsi" nədir, deputat-avtobus dəstəsi lap yerinə düşər!..

 "Sosial yardım" təlim düşərgəsi...

Bir qrup deputatı da yığıb göndərməlisən ucqar dağ kəndlərinə. Ciblərinə də cəmi 300 manat pul qoymalısan ki, "bax, bu, sənin bir aylıq yaşayış minimumundur, get dolan"...

Proqram isə belə olmalıdır: 

Səhər tezdən durub un növbəsinə durmaq, qaz xətti olmayan kənddə eşşək palanlamağı öyrənib meşəyə gedib cərimələnməkdən qorxa-qorxa odun yarmaq, sonra onları eşşəyə yükləyib tər içində evə gətirmək... 42 dərəcədə, qızmar günün altında dəryazla ot biçib sonra yaba ilə həmin otları toplayıb “xorum” deyilən dəstlərlə bükmək...

Sosial sığınacaqlarda və Ahıllar evlərində xidmət...

Yüksək maaşlı vəzifələrdə oturanların hərdən mənəvi detoks mühitinə də ehtiyacı olur. Deputatların yay tətili dövründə sosial sığınacaqlarda, qocalar evlərində təmizlik, yemək paylanması və baxım işlərində könüllü işləməsi əla ideyadır. Bu həm dövlət büdcəsindən sosial xidmətlərə ayrılan xərclərə qənaət olar, həm də deputatların empatiya hissini maksimuma çatdırar...

Şəhərsalma və "abadlıq" tikinti dəstələri...

Tələbələri tikintiyə göndərməzdən əvvəl deputatlardan ibarət "Xüsusi tikinti briqadası" yaratmaq olar. Şəhərdə sökülən yolların, yenidən qurulan parkların kərpicini daşımaq, asfaltını hamarlamaq işini deputatlara tapşırmaq olar. Kostyumları çıxarıb, kombinezonları geyinib, əllərinə bel alaraq paytaxtın infrastrukturunda pulsuz tərləmək, əsl "xalqın vəkili" olmağın fəlsəfəsini nümayiş etdirər...

Bütün bunların nəticəsində Aqil müəllimin dediyi o gənclər var ey, tikintidə işləyənlər – bax, o gənclərin aldığı maaşın nəyə çatdığını deputatlarımız canı-dildən dərk edərlər...

Sonda...

Aqil müəllim çox haqlıdır, işləmək lazımdır. Amma gənclər, tələbələr onsuz da işləyir – öncə dediyim kimi, kuryerlik edir, ofisiantlıq edir, diplomu ola-ola tikintidə fəhləlik edir. Biz gəncləri yox, yayda harada dincələcəyini seçə bilməyən, seçicinin üzünü seçkidən-seçkiyə görən o deputatları göndərməliyik "təcrübə ruzigarina". Görək, o zaman payızda Milli Məclisin tribunasından hansı "inşaatın" hesabatını verəcəklər?..

Gəncləri əməyə səsləmək asandır. Amma ən yaxşı tərbiyə metodu şəxsi nümunədir. Əgər deputatlarımız bu yay özləri könüllü şəkildə maaşlarından imtina edib, ölkənin ən çətin sahələrində pulsuz işləməyə yollansalar, növbəti yay tələbələr növbəyə duracaqlar...

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 İyul 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri