Icma.az
close
up
RU
Deputatlarla işləməyən icra başçıları Mehriban

Deputatlarla işləməyən icra başçıları Mehriban

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycanda icra başçıları ilə deputatlar arasındakı münasibətlər daim müzakirə mövzusu olub. Bəzi hallarda deputatlar icra hakimiyyəti orqanlarının onlarla əməkdaşlıq etmədiyini, hətta rəsmi tədbirlərə dəvət olunmadıqlarını bildirirlər. Onların sözlərinə görə, bəzi icra başçıları qanunla nəzərdə tutulan öhdəliklərə əməl etmir və deputatları qəbul etməkdən yayınırlar.

Bəzi deputatlar deyir ki, bəzən icra başçıları məsələni şəxsiləşdirir, şəxsi münasibətlərə görə ümumi işə xələl gətirirlər və nəticədə seçicilərin problemlərinin həlli gecikir.

Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev hər hansı deputatla icra başçısı arasında münasibətlərdə soyuqluq olduğunu eşidəndə təəccübləndiyini bildirib:

“İcra başçısı da, deputat da xalqın xidmətçisidir. Hər iki məsul şəxs ölkənin inkişafına, insanların rahatlığının təmin olunmasına, sosial-iqttisadi inkişafın sürətləndirilməsinə xidmət edir. Buna görə də bu iki şəxs arasında heç bir ziddiyyət olmamalıdır. Hesab edirəm, belə hallar nadirən baş verə bilər. Uzun illərdir ki, parlamentdə təmsil olunuram, bir neçə icra başçısı ilə işləmişəm. Münasibətlər daim normal olub. Məqsədimiz eyni olub. Müəyyən məsələləri, insanları narahat edən problemləri bir yerdə həll etməyə çalışmışıq. Çox vaxt rayon tədbirlərində bir yerdə olmuşuq, bayramlarda, yaslarda birgə iştirak etmişik. Bu, əlbəttə ki, bizim vəzifəmiz və borcumuzdur. Bəzi hallarda eşidəndə ki, hansısa deputatla icra başçısı arasında müəyyən soyuqluq var, təəccüblənirəm. Necə ola bilər? Deputatın özünün statusu, İcra hakimiyyəti orqanının öz əsasnaməsi var. Əlbəttə ki, ayrı-ayrı səlahiyyətlər, vəzifələr olsa da, məqsəd birdir-dövlətə, xalqa xidmət. Hansısa münasibətlərdə soyuqluq varsa, burada parametrlər pozulur".

Qeyd edək ki, “Deputatın statusu haqqında” qanuna əsasən, millət vəkilləri icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən təxirə salınmadan qəbul edilməlidirlər.

Lakin bəzi deputatlar bu maddənin icra olunmadığını, icra başçılarının onlarla əməkdaşlıqdan yayınmaq üçün müxtəlif bəhanələr gətirdiklərini bildirirlər. Bu da bölgələrdə problemlərin həllini ləngidir, seçicilərlə effektiv ünsiyyət qurulmasına mane olur.

Komitə sədri vurğulayıb ki, bu hallara yol verilməməlidir: "Belə hallar mövcuddursa, aradan qaldırılmalıdır. Çünki  insanlar hər şeyi görür və duyur. Münasibətlərdə ayrı-seçkilik varsa, rayonun ümumi işinə ziyan gətirir, insanların diqqətini tamam başqa səmtə yönəldir və paralellik yaradır. Deputatın yaxınları icra başçısının gözündən düşür,  ya da icra başçısının yaxınlarına onun vəzifəyə qoyduğu adamlara deputat başqa gözlə baxır. Düşünürəm ki, belə hallar bizim ümumi mənafeyimizə, mövqelərimizə ziddir. Biz səmimi şəraitdə işləyirik. Rayonda olanda, əlbəttə, adamları qəbul edirəm, lazım olanda tək özüm kəndlərə gedirəm, məktəblərdə oluram. Müəyyən qrup insanlarla öz təşəbbüsüm ilə görüşlər keçirirəm. Lakin  rayon icra başçısını məlumatlandırıram ki, sabah mən filan yerdə insanlarla görüşəcəm. Yenə deyirəm ki, bizi ümumi məqsədlər birləşdirir".

Bir çox deputat isə təmsil olunduğu rayonun icra başçısından şikayətçi deyil, yaxşı əlaqələr qurduğunu, ciddi problem yaşamadıqlarını bildirir. Bu isə bir daha sübut edir ki, məsələ konkret icra başçılarının şəxsi yanaşmasından qaynaqlanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Mart 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri