Dərbənddə Azərbaycan teatrının açılışı olacaq Putin onlayn formatda iştirak EDƏCƏK
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin videokonfrans vasitəsilə Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının binasının yenidənqurmadan sonra açılışını edəcək.
Bizim.Media xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov “RİA Novosti”yə bildirib.
Onun sözlərinə görə, dərin köklü teatr ənənəsi, təkcə bütün rusiyalılara deyil, həm də bütün dünyada yaxşı tanınır.
Peskov bu tarixi teatrın köklərin 19-cu əsrə gedib çıxdığını bildirib:
"Vaxtilə Azərbaycan ziyalılarının nümayəndələri Dərbənddə bir türk dərnəyi yaratmışdılar ki, bu da sonradan Azərbaycan teatrına çevrilmişdi. Yeri gəlmişkən, bu gün Azərbaycandan gələn qonaqlar bu mühüm mədəni məkanın açılışını qeyd etmək üçün Dərbənddə olacaqlar".
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 27 Mart 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















