Icma.az
close
up
RU
“Dərdləşmə”: acı həqiqətlər, kəskin etirazlar, üstüörtülü etiraflar Abid Tahirli yazır

“Dərdləşmə”: acı həqiqətlər, kəskin etirazlar, üstüörtülü etiraflar Abid Tahirli yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Abid TAHİRLİ

İstiqlalçı mühacirlər arasında iki dəfə - ötən əsrin 20-ci illərində və 50-ci illərinin əvvəllərində kəskin qarşıdurma, ciddi fikir ayrılığı olub. İlk münaqişə maddi sıxıntılar, maliyyə problemləri, “milli sənədin yoxa çıxması”, istiqlalın bolşeviklərə satılması adı altında ortaya ittihamların, iftiraların irəli sürülməsi və sair məsələlər ucbatından Türkiyədə məskunlaşan mühacirlərin öz aralarında baş verib. İkinci qarşıdurma 1951-ci il noyabrın 7-də Almaniyanın Visbaden şəhərində beş rus və beş qeyri-rus millətlərə mənsub mühacir təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən Visbaden konfransında qəbul edilən bəyannamədən sonra Türkiyədəki mühacirlərlə Avropadakı soydaşlarımız arasında yaranıb. Həmin sənədin Avropadakı mühacirlərin nümayəndələri tərəfindən imzalanması Ankaradakı soydaşlarımız tərəfindən ciddi etirazla qarşılanmışdı. Bəyannaməyə əsasən qeyri-rus millətlərin mübarizəsi “Rusiyanın daxili işi” elan olunur, bununla da, faktiki olaraq rus mühacir təşkilatlarının təkid etdiyi “vahid, bölünməz Rusiya” prinsipi təsbit edilir, SSRİ-nin süqutundan sonra qeyri-rus millətlərin öz müqəddəratını təyin etməsi gələcəkdə çağrılacaq Rusiya Müəssislər Məclisinin öhdəsinə buraxılırdı. Bu müddəalar Türkiyədəki istiqlalçıları hiddətləndirmiş, mühacirlər arasında növbəti konflikt yaranmışdı. Bu konfliklə bağlı qızgın müzakirələr aparılıb, mühacirət mətbuatında qarşılıqlı ittihamlarla, iradlarla dolu çoxsaylı məqalələr dərc edilib. 

Nağı Şeyxzamanlı (1883, Gəncə − 1967, İs¬tan¬bul) “Nağı Keykurun” imzası ilə 1963-cü ildə İstanbulda nəşr etdirdiyi “Dərdləşmə” adlı kiçikhəcmli əsərini mühacirlər arasındakı ikinci qarşıdurmaya həsr edib. Bu əsər bir çox cəhətdən böyük maraq doğurur və diqqətəlayiqdir. Risalədə:

- istiqlal mübarizəsi tarixində mühacirlərin Türkiyə qrupu ilə Avropa qanadı arasında ciddi problemlər, fikir ayrılığı və ixtilaflar yaratmış “Visbaden anlaşması”nın mahiyyəti, məğzi, məzmunu dərindən açılır, dəyərləndirilir;

- müəllif 1934-cü ildə “Biz və onlar” kitabında silahdaşlarının, xüsusən M.Ə.Rəsulzadənin və M.B.Məhəmmədzadənin fəaliyyəti ilə bağlı irəli sürdüyü ittihamların, böhtan və şərlərin əvəzinə istiqlal mücadiləsi tarixində onların yerini, rolunu obyektiv dəyərləndirir, həqiqəti yazır;

- N.Şeyxzamanlı qələminin bir sıra maraqlı məziyyətləri üzə çıxır;

- mühacir həyatının, mühacirlərin düşüncə tərzinin fərqli və ziddiyyətli məqamları qismən də olsa, işıqlandırılır;

 - vaxtı ilə silahdaşlarına qarşı tutduğu kəskin mövqedən çəkildiyi və yazdıqlarından peşman olduğu, üstüörtülü şəkildə olsa da, etirafları yer alıb.
Risalənin girişində müəllif bəhs ediləcək mövzuya - “Visbaden anlaşması” məsələsinə sənədin qəbul edildiyi konfransdan 12 il sonra toxunmasını belə izah edir ki, gələcəkdə bir tarixçi Azərbaycanın müasir tarixini qələmə alarsa, bu mövzu haqqında məlumata ehtiyacı olacaq. N.Şeyxzamanlı “Visbaden anlaşması”nı bir cümlə ilə, lakin obrazlı şəkildə çox sərrast ifadə edir: “Sakat (şikəst - T.A.) doğulan bu anlaşma yaşaya bilməzdi. Nitəkim (beləliklə - T.A.) yaşamadı da... “Visbaden anlaşması”nın xətalı gedişatına qarşı “Paris bloku”nun sağlam prinsipləri kaimdir (keçərlidir - T.A.). Rus olmayan rus əsiri millətlərin güvənini və hür dünyanın da dəstəyini daşıyan “Paris bloku anlaşması”na Azərbaycan istiqlaçıları adına Azərbaycan Milli Mərkəzi imzasını qoymuşdur”.

Nağı bəy bu əsəri maraqlı bir epizodla başlayır. Təhsilli 3 nəfər yurddaş Azərbaycan milli istiqlal davası ətrafında söhbət edirlər. Onlardan ikisi istiqlal davası məsələsində birləşə bilmədiklərindən üzüntülüdür, birinin mövqeyi tamamilə fərqlidir, ötən 40 ildə mühacirlərin işinə qarışmadığını, istiqlal problemi ilə maraqlanmadığını, bu məsələ ilə məşğul olanların ortaya heç bir əsər qoymadığını və mühacirlərin də birləşə bilməyəcəyini deyir. Üçüncü yurddaşın cansıxıcı sözlərindən sonra Nağı bəy adını çəkmədiyi şairdən

Ölmək elə körpüdür ki, hər kəs keçəcəkdir,
Lakin hər ölüm diqqətə sayan ola bilməz.
Cəhd eylə diriykən sənə ölmüş deməsinlər,
Səssiz yaşamaq varlığa bürhan ola bilməz -

misralarını söyləyir və üçüncü yurddaşa “Özünüzün çalışmadığınız bir yana, işləyənlərə də mane olursunuz. Ya görülən işləri görmürsünüz, ya da gördüklərinizi görməkdən məhrumsunuz” - deyir və əsl mətləbə keçir. O, əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, bolşeviklərin ölkəmizdə hakimiyyəti ələ alması və istiqlalçılara qarşı amansız tədbirlər həyata keçirməsi, AXC liderlərindən Nəsib bəy Yusifbəylinin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin qətlə yetirilməsi faktlarını xatırladır, sonra göstərir ki, rejimin təqibindən xilas olmaq üçün soydaşlarımızın bir çoxu xaricə üz tutdu. Vətəndə qalanlar isə “işğalın ilk günündən düşmənləri belə heyrətləndirən milli fəaliyyətlə məşğul olmuş”, gizli “İstiqlal” qəzetini buraxmışdı. Qəzetin 19-cu nömrəsi mətbəədə çapa hazırlanarkən ÇEKA tərəfindən ələ keçirilmişdi. Aqibətlərinin nə olacağı məlum: edamlar, həbslər, sürgünlər.

Vətəni tərk edən mühacirlərin, demək olar ki, hamısını “vətənsevər, istiqlalçı və məmləkət üçün çalışmış adamlar” adlandıran Nağı bəy onların əvvəlki kimi yenə “yurdun istiqlalının ihyası (dirçəlişi - T.A.) üçün çalışmaq əzmində” olduqlarını vurğulayır. Lakin mühacirləri bir təşkilat ətrafında birləşdirən liderin və onların mübarizəsini təbliğ edən, tanıdan qəzetin olmaması ciddi problem kimi qarşıda dururdu. N.Şeyxzamanlı yazır:

“Azərbaycan istiqlal mücadiləsinin böyük lideri M.Ə.Rəsulzadənin İstanbula gəlişi yurddaşlarda böyük bir sevinc yaratmışdı”. Milli Komitənin yaranması, “Yeni Qafqasya” məcmuəsinin nəşrə başlaması istiqlal uğrunda mücadiləyə can verdi. “Məmləkətdə istiladan sonra gizli təşkilatın başında duran Mirzə Balanın İstanbula gəlişi milli mücadiləni bir qat daha qüvvətləndirdi”. Burada qısa fasilə verib, bir məsələyə münasibət bildirmək istərdik. N.Şeyxzamanlının risalədə toxunacağı problemə uzun bir hekayətlə başlaması və burada M.Ə.Rəsulzadə və M.B.Məhəmmədzadənin adını uca tutması, fəaliyyətlərinin yüksək dəyərləndirməsi təsadüfi deyil. Bu, onun 1934-cü ildə qələmə aldığı “Biz və onlar” adlı kitabında M.Ə.Rəsulzadəyə, onun tərəfdarlarına, xüsusən Mirzə Bala Məhəmmədzadə və Mustafa Vəkilliyə təhqiramiz sözlərlə ünvanladığı ağır ittihamlardan imtinasının, peşmançılığının ifadəsi idi. Yeri gəlmişkən, onu da qeyd edək ki, N.Şeyxzamanlı gələcəkdə haqqında bəhs edəcəyimiz “Azərbaycan istiqlal mücadiləsindən xatirələr” kitabında Məhəmməd Əmin bəy və onun xidmətlərini xüsusi və daha çox qabardıb.

Qeyd etdiyimiz kimi, risalədə əsas mövzu “Visbaden anlaşması”nın mahiyyətinin açılması və ona münasibət bildirilməsidir. İkinici Dünya müharibəsindən sonra Velikorus partiyalarının beşinin millətlərin nümayəndələri bolşevik rejiminə qarşı birgə mücadilə aparmaq məqsədi ilə koordinasiya mərkəzi yaratmaq üçün 28 avqust 1951-ci il tarixində Almaniyanın Şturqart şəhərində toplantı keçirərək “Rusiya Millətlərini Qurtarma Şurası” təsis etmişlər. Təşkilat “milli ekaliyyətlərin” (milli azlıqlar - T.A.) nümayəndələrini də Şuranın fəaliyyətinə cəlb etmək üçün 1951-ci ildə Almaniyanın Visbaden şəhərində qeyri-rus millətlərə mənsub 5 təşkilatın da nümayəndələrinin iştirakı ilə konfras keçirmiş, “Visbaden anlaşması” adlı bir bəyannamə imzalamışlar. N.Şeyxzamanlı yazır: “Huviyetləri (şəxsiyyətləri) naməlum şəxslərdən ibarət olan bu uydurma müməsillər (təmsilçilər - T.A.) arasında “Azərbaycan Milli Birlik Məclisi” deyilən təşkilat adından (Azərbaycan Milli Birliyi Amerika Komitəsinin dəstəklədiyi və 12-19 sentyabr 1952-ci il tarixdə Almaniyada keçirilən konfransda təsis olunmuşdur - T.A.) Ceyhun Hacıbəyli, Əkbər Ağa Şeyşülislamov, İsmayıl Əkbər adında üç kişinin də imzası vardır. Nağı bəy özünə ünvanladığı “Visbaden anlaşması”nın istəyi nədir və aqibəti necə oldu?” - sualına cavab verərkən göstərir ki, əslində bu anlaşmada Rusiyanın 1917-ci il inqilabına qədərki torpaq bütövlüyü müdafiə olunur, eyni zamanda rus məhkumu millətlərin inqilabdan sonra qurduqları dövlətlər, o cümlədən “İslam və Türk tarixinin şanlı bir səhifəsi olan 28 May 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin quruluşu rədd edilirdi”. Ruslar qeyri-rus millətlərin öz müqqədəratını təyin etmək hüququna öncədən “yox” deyir, bu məsələyə yalnız bolşevik rejimi devrildikdən sonra baxıla biləcəkləri şərti ilə müqaviləni imzalayırlar. Qeyri-rus millətlərdən ukraynalılar bu konfransda iştirak etmir, ermənilərin, gürcülərin, Şimali qafqazlıların və türkistanlılardan tanınmış heç kimin bu sənəddə adları yoxdur. 

Kiçik bir haşiyə çıxaraq əlavə etmək istərdik ki, bir çox məsələlərdə, Milli Birliklə AMM-in (Azərbaycan Milli Mərkəzinin) mövqeləri toqquşurdu. Azərbaycan mühacirətinin Avropa qanadının - Azərbaycan Milli Birlik Məclisinin əvvəlcə - Rusiya Millətlərini Qurtarma Şurası (RMQŞ), sonra Antibolşevik Mücadilə Koordinasiya Mərkəzi (AMKM) ilə əməkdaşlıq etməsi AMM-in qəti etirazına səbəb olmuşdu və onlar opponentlərini məğlub etmək üçün təbliğat xarakterli ciddi tədbirlər həyata keçirirdilər. N.Şeyxzamanlı Milli Birliyin və onun mətbu orqanı “Azərbaycan” dərgisinin (Münhen) mövqeyini kəskin tənqid edir, fikrini ciddi dəllillərlə əsaslandırır və “milli istiqlal və özəlliklərinə sadiq qalan azərbaycanlıları bu mənfur hərəkətə qarışı ayıq olmağa çağırır. O, eyni zamanda Visbaden konfransı təşkilatçılarının və onun qəbul etdiyi “anlaşma”nın əsl mahiyyətindən bəhs edərkən göstərir ki, “bu hərəkatı sövq və idarə edən Bəyaz ruslardır və onlar antibolşevik olsalar da, Rusiya hökümətinin rəngi nə olursa olsun, ona xidmət edərlər”. 

Nağı bəy yazır ki, Azərbaycanın müstəqil dövründə başçılıq etdiyim Milli Əmniyyət təşkilatının yeganə böyük dərdi Bəyaz ruslardı. Onlar o zaman olduğu kimi, indi - mühacirətdə də milli mücadiləmizə qarşı çıxırlar. Odur ki, N.Şeyxzamanlı onlarla bir cəbhədə birləşənlərə xəbərdarlıq edərək yazırdı: “Əgər Visbadençilər və tərəfdarları “Visbaden” yolundan dönməzlərsə, onlar da bizim üçün ruslardan fərqsiz olacaqlar. Mühacirət həyatının minbir məhrumiyyət və iztirabı içində, səfalət və zərurətlərin pəncəsində inlərkən, öz maddi imkanlarımızın müsaidəsi çərçivəsində nəşr etdiyimiz qəzetlər, dərgilər, bröşürlər və kitablar sayəsində davamızı dimdik ayaqda tutduq”. N.Şeyxzamanlı “Visbadençilər və tərfdarları”, “huviyetləri (şəxsiyyətləri) naməlum şəxslərdən ibarət olan bu uydurma müməsillər”, “onlarla bir cəbhədə birləşənlər”, “istiqlalçılara qarşı zəhər saçanlar” yazanda yalnız Ceyhun Hacıbəyli, Əkbər Ağa Şeyşülislamov, İsmayıl Əkbəri yox, eyni zamanda Milli Birlik Məclisinin digər üzvlərini, “Azərbaycan” jurnalının (Münhen) əməkdaşlarını - Əbdürrərman bəy Fətəlibəyli - Düdənginski, Cahangir Kazımbəy, Rıza Takı, Əziz Alpout, Məcid Musazadə, Heydər Novruzxan, Qədir Şamil Atabəy, M.Ceyrankeçməz, M.Qarabağlı, N.Zülqədər-Sisani, Osman Cəfəroğlu və başqalarını nəzərdə tuturdu.

Onlar nəinki öz hərəkətlərinə haqq və bəraət qazandırmağa çalışır, hətta “Azərbaycan” (Münhen) və digər mühacir mətbuat orqanlarında “bu sənədlərin (Visbaden konfrasında qəbul edilən sənədlər nəzərdə tutulur - T.A.) Qafqaz millətlərinin müqəddəratları və istiqlallarına bir zərər vurmur” - yazaraq mühacirətin Ankara qanadına hücumlar da edirdilər. Beləliklə, aydın olur ki, mühacirətin hər iki qanadı - həm Avropadakılar, həm də Ankaradakılar Azərbaycanın azadlığı uğrunda mücadilə edirlər, lakin bu müqəddəs amala çatmaq üçünfərqli yol seçir.

N.Şeyxzamanlı “Azərbaycanın Milli Mücadiləsinin böyük öndəri mərhum Məhəmməd Əmin Rəsulzadənin qurmuş olduğu bu yayın sistemi günümüzə qədər davam etməkdədir. Bu yayın mücadiləsinin sırasında “Yeni Qafqasya”, “Azəri Türk”, “Odlu yurd”, “Bildiriş”, “İstiqlal” və “Azərbaycan” (Ankara) kimi qəzet və dərgilərdən başqa türkcə, farsca, almanca, lehcə, fransızca, ingiliscə və rusca intişar edən müdəadit bröşür və kitablar böyük bir kitabxana təşkil edir” - yazır və əminliklə bildirir ki, bugünkü və gələcək nəsillər şanlı istiqlal tariximizi və mücadilə uğrunda canını sevə-sevə fəda edən “qəhrəmanların yurdsevərliyin ruhunu, imanını ənənəsini öyrənəcəklər”. O, aşağıdakı cümlələrlə əsərini yekunlaşdırır:

“İstiqlalçılara qarşı zəhər saçan Visbadençilər və üz qarası olan varaqpareleri (“kağız parçası” mənasında, anlaşmaya işarədir - T.A.) bu imanımı öldürə biləcək? Bu böyük yürüyüşümü durdura biləcək? Xeyr, əsla! Bu yolda heç bir taviz (güzəşt - T.A.) tanımırıq! Yaşasın Azərbaycan istiqlal məfkurəsi!” 

“Dərdləşmə” Azərbaycan Xalq Cümhuriyyəti qurucularından, işğaldan sonra istiqlal uğrunda mücahidlərdən biri, mürəkkəb, çətin, lakin şərəfli, ziddiyyətli fikirlərlə dolu həyat yaşamış Nağı Şeyxzamanlının ömrünün sonlarına yaxın qələmə aldığı sanballı ictimai, siyasi, elmi və tarixi dəyər daşıyan, aktuallığını itirməyən əsərdir.
28.10.2025

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Noyabr 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see214

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see195

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see160

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see150

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see145

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see144

Arda Güler zədələnib

02 Noyabr 2025 16:57see137

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see136

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see135

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see134

ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı Məhsul bayramı keçirilib

02 Noyabr 2025 09:55see134

Fələstin fraksiyaları Qəzzada müvəqqəti administrasiyanın strukturunun razılaşdırılmasını müzakirə edir

02 Noyabr 2025 19:52see129

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see129

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see128

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see128

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see126

The Economist: Tayvanın B planı ...

02 Noyabr 2025 20:46see125

Elgizdən canlı yayımda iştirakçıya sərt sözlər: Sən kimsən, utanmırsan?

02 Noyabr 2025 10:21see125

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see122

Araz Naxçıvan kimyaçılar ın qonağıdır Heyətlər

02 Noyabr 2025 17:35see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri