Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Dərs saatını universitet deyil, tələbə seçsin TƏKLİF

Dərs saatını universitet deyil, tələbə seçsin TƏKLİF

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Artıq bir aya yaxındır ki, universitetlərdə dərslər başlayıb. Bir sıra universitetlərimiz var ki, dərs saatlarını tələbələrin özləri müəyyənləşdirir - ADA, Xəzər, Lənkəran Dövlət Universiteti və s.

Maraqlıdır, bu təcrübə digər universitetlərimizdə də tətbiq oluna bilərmi?

Modern.az xəbər verir ki, AzEdu.az-a mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Vüsət Əzizov açıqlama verib. 

O,  bildirib ki, bu təcrübəni bütün universitetlərdə eyni vaxtda tətbiq etməkdənsə, əvvəlcə müəyyən fakültə və ixtisaslarda pilot layihə kimi sınaqdan keçirmək daha məqsədəuyğundur:

“Tələbələrin dərs saatlarını özlərinin müəyyənləşdirməsi təcrübəsi digər universitetlərdə də tətbiq oluna bilər. Lakin bunun üçün universitetlərin akademik imkanları, tədris proqramlarının xüsusiyyətləri və tələbələrin fərdi ehtiyacları nəzərə alınmalıdır

Ənənəvi təhsil modelində dərs cədvəli, əsasən, universitet tərəfindən müəyyənləşdirilir və tələbələr həmin cədvələ uyğunlaşmalı olurlar. Halbuki müasir ali təhsil sistemində tələbəyönümlü yanaşma getdikcə daha çox əhəmiyyət qazanır. Tələbələrə müəyyən seçim imkanlarının verilməsi onların vaxtlarını daha səmərəli planlaşdırmalarına, müstəqilliklərinin artmasına və təhsil prosesində məsuliyyətlərinin güclənməsinə şərait yarada bilər.

Xüsusilə işləyən, ailə öhdəlikləri olan və ya paralel şəkildə əlavə təlimlərdə iştirak edən tələbələr üçün bu model daha əlverişli ola bilər. Eyni zamanda, tələbələrin dərs saatlarını seçmək imkanının olması onların universitet təcrübəsindən məmnunluğunu da artıra bilər.

Amma burada bir məqamı nəzərə almaq lazımdır: tələbənin dərs saatını seçməsi istədiyi vaxt dərsə gəlməsi demək deyil. Bu proses universitetin müəyyən etdiyi akademik çərçivələr, qrup bölgüsü, auditoriyaların imkanları, müəllimlərin iş qrafiki və fənlərin ardıcıllığı əsasında təşkil olunmalıdır. Əks halda, dərs cədvəllərinin hazırlanmasında ciddi çətinliklər yarana bilər.

Bu təcrübəni bütün universitetlərdə eyni vaxtda tətbiq etməkdənsə, əvvəlcə müəyyən fakültə və ixtisaslarda pilot layihə kimi sınaqdan keçirmək daha məqsədəuyğundur. Bununla yanaşı, rəqəmsal dərs cədvəli sistemlərinin qurulması və tələbələrin seçimlərinin əvvəlcədən təhlil edilməsi vacibdir.

Əsas məsələ tələbələrə sadəcə seçim hüququ vermək deyil, bu seçimin keyfiyyətli təhsilə xidmət etməsini təmin etməkdir. Əgər universitetlər bu modeli düzgün təşkil edə bilsələr, tələbələrin fərdi ehtiyacları ilə tədrisin keyfiyyəti arasında daha sağlam balans yaratmaq mümkün olar. Ali təhsildə belə çevik modellərin tətbiqi müzakirə olunmalı və mərhələli şəkildə genişləndirilməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Oktyabr 2026 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see344

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see288

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see288

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see287

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see275

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see267

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see264

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see263

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see249

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see249

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see243

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see233

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see230

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see227

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see226

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see226

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see220

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see208

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see198

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri