Icma.az
close
up
RU
Dərs yükü və çanta altında əzilən uşaqlar...

Dərs yükü və çanta altında əzilən uşaqlar...

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Son illər məktəblərlə bağlı müxtəlif məsələlər müzakirə obyektinə çevrilir. 

Aktual olan mövzulardan biri də tədris proqramının ağır olması, dərs vəsaitlərinin sayının çoxluğu, bunun müqabilində məktəb çantalarının ağırlığıdır. Hətta bu məsələlər İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb. 

Burada şagirdlərin çanta yükünün azaldılması üçün məktəblərdə yığcam tərtibatlı dərs materiallarından istifadə olunması təklif olunur. Belə ki, tədris proqramının ağır olmasının, bu səbəbdən də dərs vəsaitlərinin və onun komplektlərinin çoxluğunun xüsusən ibtidai siniflərdə təhsil alan şagirdlərin çantalarının artıq yüklənməsinə və nəticədə onların sağlamlıq vəziyyətinə, fiziki inkişafına neqativ təsir göstərdiyini nəzərə alaraq, tədris proqramının optimallaşdırılması, eyni fənn üzrə bir neçə əlavə vəsait əvəzinə inteqrasiya olunmuş, daha yığcam tərtibatlı dərs materiallarından istifadə edilməsi təklifi irəli sürülüb. 

Həmçinin, rəqəmsal resurslardan istifadənin genişləndirilməsi və bununla əlaqədar təhsil müəssisələrində maddi-texniki bazanın gücləndirilməsi, şagirdlərin gündəlik istifadə etmədikləri vəsaitləri məktəbdə saxlaya bilmələri üçün dolabların quraşdırılması da bildirilib.

Uzun müddətdir ki, müzakirə olunan və şagirdlərin sağlamlığı üçün problemə çevrilən məsələnin həlli ilə bağlı təkliflərin icrası mümkündürmü və tədris proqramının optimallaşdırılması mövcud problemi həll edəcəkmi?

Məsəslə ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, bu mövzu aktualdır və xüsusilə də ibtidai siniflərdə problem yaradır: 

“Ancaq bu məsələyə müəyyən qədər praktiki yanaşmaq olar. Tətbiqi mümkündür, burada müəyyən şərtlər olmalıdır. Düşünürəm ki, proqram real şəkildə yüngülləşdirilməlidir. Sadəcə kitabın həcmini kiçiltmək çıxış yolu deyil. Əgər məzmun dəyişmirsə, müəllim yenə əlavə vəsait tələb edəcəksə, nəticə dəyişmir. 

Optimallaşdırma o deməkdir ki, təkrar mövzular çıxarılsın və fakt yüklü, ancaq praktik faydası olan hissəsi azaldılsın. Yaş xüsusiyyətinə uyğun yenidən qiymətləndirilsin. Əks halda, yığcam kitab sadəcə daha sıx şriftli kitab olacaq. Müəllimlərin yanaşması dəyişməlidir. 

Reallıq odur ki, bəzən əsas yükü dərslik yox, əlavə test topluları, köməkçi vəsaitlər yaradır. Əgər məktəbdaxili qayda ilə əlavə materiallar məhdudlaşdırılmazsa, çanta yenə də ağır olacaq. İnfrastruktur olmalıdır və təbii ki, burada dolabların quraşdırılmasının çox effekti ola bilər.  Ancaq bütün məktəblərdə buna şərait varmı, təhlükəsizlik necə təmin olunacaq, region məktəbləri üçün vəsait haradan ayrılacaq? 

Bu suallar cavabsız qalarsa, təbii ki, təklif kağız üzərində qalacaq. Tədris proqramının optimallaşması mövcud problemi tam yox, qismən həll edər. Çünki problemin kökü yalnız kitabın çəkisi deyil, proqramın həddindən artıq akademik olmasıdır. 

Ümumiyyətlə, ibtidai sinifdə uşağın inkişaf mərhələsinə uyğun olmayan yüklənmə var. Testyönümlü sistem olduqca, əlavə materiallara ehtiyac yaranır".

O bildirib ki, valideyn təzyiqi də var: 

"Daha çox kitab daha keyfiyyətli təhsil düşüncəsi yaradır. Rəqəmsal imkanların zəifliyi var. Planşet və məktəbdaxili elektron sistem yoxdursa, rəqəmsallaşma real alternativ kimi görünmür. Rəqəmsal resurlara çıxış imkanı əldə olunsa belə, bu çıxış yolu ola bilərmi? Əslində prinsipcə, bəli.  Ancaq tam keçid risklidir. 

Bununla yanaşı, uşaqların ekran vaxtı artır, regionlarda internet problemi var, texniki  nasazlıq dərsi iflic edə bilər. Yəni bu, mərhələli və həm çap, həm də rəqəmsal, qarışıq model olmalıdır. Bu məsələdə tənqidi yanaşma daha effektli olar. Çünki sadəcə “yüngülləşdirilməlidir” demək kifayət deyil. 

Konkret mexanizm tələb etmək lazımdır və pilot layihə təklif edilə bilər. Məsələn, ilk olaraq 1-2 regionda tətbiq edilə bilər. Əslində bunu reallaşdırmaq mümkündür. Proqram optimallaşdırılırsa, prolem azala bilər. Ancaq sistem dəyişməzsə, çantanın çəkisi başqa formada, həmin ağırlıqda geri qayıdacaq”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Mart 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri