Icma.az
close
up
RU
Dəyərlərimizə və dilimizə bağlılıq So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Dəyərlərimizə və dilimizə bağlılıq So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Günay Əfəndiyeva, millət vəkili:

- ADA İbtidai Məktəbində balaca dostlarımızla birlikdə xeyriyyə məqsədli Payız festivalı - Məhsul bayramında iştirak etdik.

ADA-da tədrisin ingilis dilində olmasına baxmayaraq, Universitetin nəzdində fəaliyyət göstərən İbtidai Məktəbdə dərslər Ana dilimizdə - Azərbaycan dilində keçirilir.

Bu yanaşma bir daha göstərir ki, biz universal dəyərlərə inteqrasiya etməklə yanaşı, milli dəyərlərimizə və dilimizə hər zaman bağlıyıq.

Zənura Talıbova, jurnalist: 

- 8 noyabr - Zəfər Günü ərəfəsində dostlar Ayaz Mirzəyev və Zəka Quluyevin hazırladığı "Yaradan" filminin təqdimatı həyata keçirildi. Maraqlı film idi. Ayazın çıxışında dediyi kimi, bu film gələcək nəsillərə əsl yaddaşdır. Uğurlar!

Belə təqdimatların daha bir yaxşı tərəfi dostları, doğmaları bir arada görməkdir 

Şəbnəm Xeyrulla, jurnalist:

- Ötənlərdə uşaqlarla birlikdə Balaxanının məşhur "Qovurma" restoranında oturmuşduq. Orada olanlar bilir, restoranın bir divarına musiqiçilərin, bəstəkar və xanəndələrin (əsasən Bakı və Abşerondan olanlar) fotoları vurulub. Birdən həmin fotolara diqqətlə baxan Canel qışqırdı:

- Mama, İsmayılın anasının şəkli!

- İsmayıl kimdir?

- İsmayıl da. "Ögey ana"dakı İsmayıl.

Canel (7 yaş 1 ay)  deyən istiqamətə baxdım. Orada Nəcibə Məlikovanın yox, Sara Qədimovanın fotosu var idi. Amma həqiqətən Sara xanım həmin şəkildə Nəcibə Məlikovaya bənzəyirdi. Canelə səhvini izah edən vaxt Cahan (5 yaş 3 ay) heç gözləmədiyim halda dedi:

- Hə, onu tanıyıram. "Pıçıldaşın, ləpələr" oxuyandır da.

Əksər müasir gənclərin heç adını eşitmədiyi mədəniyyət, incəsənət xadimlərimizi tanıma, sevmə səbəbləri əlbəttə ki, nənə-baba tərbiyəsidir. Onların baxdıqlarına baxır, dinlədiklərini dinləyirlər. Nə yaxşı ki belədir.

Qulu Məhərrəmli, professor:

- Sovet dövrü dərsliklərində yazılan "Azərbaycan xalqı bolşeviklələri gül-çiçək və duz-çörəklə qarşıladı" fikri tamamilə cəfəngiyyatdır. Xalqımız üçün bu şərəfli tarixi hamı bilməlidir ki, 1920-ci aptelin 28-də Azərbaycanı işğal edən bolşevik Rusiyasının 72 minlik zirehli qatarlı XI Qırmızı ordusuna qarşı Yalama stansiyasının 350 nəfərlik sərhəd qarnizonu 2 saat qanlı döyüş aparıb.

O əsgərlər həlak olublar, amma millətin və Vətənin heysiyyətini qoruyublar.

Bu gün Qubada davam edən I Kitab sərgisi çərçivəsində Arif Əliyevin həmin cəsur əsgərlər haqqında yazdığı kitabın təqdimatı və imza saatı keçirildi... Belə məzmunlu təqdimatları aparmağın bir ayrıca gözəlliyi vardır...

Qoşqar Salmanlı, jurnalist:

- Azərbaycanda 3 fərqli klinikada laboratoriya analizlərinin nəticələri bir-birini təkzib edir. Saytımıza  şikayət ünvanlayan vətəndaş bildirir ki, Bakıda müayinə üçün müraciət etdiyi 3 klinikadan aldığı analiz cavablarında ciddi uyğunsuzluq olub. "Bir klinika başımda, biri isə ağciyərimdə xərçəng olduğunu qeyd etmişdi. Digər məşhur klinikada isə məndə nəfəs borusunda xərçəng olduğunu qeyd etmişdi", - şikayətçi yazır. Bundan sonra şikayətçi Türkiyəyə üz tutub və Türkiyədəki bir klinikada ikinci dəfə müayinə edilib və burada sağlam olduğu təsdiqlənib. Klinikamızın vətəndaşı soymaq cəhdi ugursuzluqla nəticələnib.

Günay Rəhimova, həkim:

- Nəhayət xəbəri paylaşmaq nəsib oldu. Azərbaycanda ilk dəfə olaraq ürək transplantasiyası icra edildi.

İki böyük qürurum var.

Bunu professor Kamran Musayev icra etdi.

Pasiyent mənim təqibimdə olan, ürəyinə transplantasiyaya qədər yaşaya bilməsi üçün cihaz taxdığım gənc idi.

Azərbaycan adına möhtəşəm işdir. Vətənə, Millətə xeyirli olsun.

Asif Nərimanlı, jurnalist:

- Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsindən sonra Paşinyan iki dəfə bu haqda danışıb. Bildirib ki, "Türkiyə və Azərbaycan arasında yük daşımalarının Ermənistan üzərindən həyata keçirilməsinə hazırıq". Erməni Baş nazir hətta bunun üçün marşrut xəttini də təklif edib: Marqara-Yeqnadzor-Sisian-Gorus yolu;

Bu, Azərbaycanın jestinə adekvat reaksiya kimi görünsə də, Bakının tranzit qadağasını ləğv etmək qərarı ilə Paşinyanın təklifi arasında fərq var.

Azərbaycan qadağanı ləğv edib, lakin yüklərin sərhəddən keçidi hələ gündəmdə deyil: Qazaxıstandan (fərqli ölkə də ola bilər) Ermənistana aparılan yüklər Azərbaycana daxil olur, Gürcüstan üzərindən İrəvana aparılır. Rəsmi Bakı bununla kommunikasiya bərpası razılaşmalarını praktiki müstəviyə köçürür, hərçənd, Zəngəzur dəhlizi açılmadan birbaşa tranziti tətbiq etmir. Bu gediş Ermənistanı dəhlizi maksimum tez açmağa sövq etməyə də hesablanıb.

Ermənistanın Türkiyə və Azərbaycan arasında tranzit olmaqda israrlı mövqeyinin isə öz hədəfləri var:

- Gorusdan sərhəd keçidini açmaqla Ermənistana daşınan yüklərin də birbaşa tranzitinə nail olmaq, eyni zamanda, Marqara keçid məntəqəsini işlək vəziyyətə salaraq, Türkiyə ilə sərhədin açılması presedentini yaratmaq;

- Ankaranın sərhədin açılması üçün irəli sürdüyü "Bakı ilə razılaşmaq" şərtinin aktuallığını arxa plana keçirmək;

- Kommunikasiyanın bərpasına Zəngəzur dəhlizi açılmadan başlamaq.

Bu baxımdan, Nikol Paşinyanın Ermənistanın Türkiyə-Azərbaycan yüklərinə tranzit olmaqla bağlı israrlı açıqlamalarında məqsəd heç də "jestə qarşı jest etmək" deyil. Rəsmi Bakının məsələyə reaksiya verməməsi İrəvanın niyyətindən xəbərdar olması kimi qəbul oluna bilər. Mümkündür ki, Azərbaycan perspektivdə Ermənistan tranzitindən "pilot layihə" kimi bir, ya bir neçə dəfə istifadə etsin, lakin Zəngəzur dəhlizi açılmadan regional kommunikasiyanın bərpası reallaşmayacaq. Bakı üçün regional kommunikasiyanın paket şəkilində açılması məqbuldur.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Uzun müddət olardı ki, BMT "Kibercinayətkarlığa qarşı" Konvensiya üzərində işləyirdi.

2019-cu ildən başlanan bu prosesdə Azərbaycan da ən aktiv iştirak edənlərdən idi. Xatırlayıram ki, Azərbaycan nümayəndə heyəti - DTX, XRİTDX, DİN və XİN əməkdaşları bu konvensiyanın  hazırlanması və müzakirələrində aktiv iştirak edib və bununla bağlı açıqlamalar olub. Bu isə, ölkəmizin kiber sahədə hüquqi və texniki mövqeyinin beynəlxalq səviyyədə qəbul olunmasının göstəricisidir.

Ötən gün artıq məlumat verilib ki , Vyetnamın paytaxtı Hanoy şəhərində BMT "Kibercinayətkarlığa qarşı" Konvensiyasının dövlətlər tərəfindən təntənəli imzalanma mərasimi keçirilib.

Beş illik danışıqların və geniş müzakirələrin nəticəsi olaraq hazırlanan bu sənəd artıq 72 ölkə tərəfindən imzalanıb.

Konvensiyanı Azərbaycan adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev imzalayıb.

Yeni Konvensiya kibercinayətkarlığın qarşısının alınması, elektron sübutların beynəlxalq mübadiləsi, dövlətlər arasında hüquqi əməkdaşlıq, eləcə də inkişaf etməkdə olan ölkələr üçün texniki yardım və potensialın artırılmasını nəzərdə tutur.

Yeri gəlmişkən, Avropa Şurasının 2001-ci ildə qəbul edilən "Kibercinayətkarlığa qarşı mübarizə" haqqında Budapeşt Konvensiyasından fərqli olaraq, BMT Konvensiyası bütün dünya ölkələrini əhatə edən ilk universal sənəd sayılır.

Əgər Budapeşt Konvensiyası əsasən Avropa hüquq sistemi və insan hüquqları kontekstində, daha dar və texniki konteksdə formalaşmışdısa, BMT Konvensiyası daha geniş - qlobal ədalət və kollektiv müdafiə prinsiplərinə əsaslanır. Dövlətlərarası əməkdaşlıq, texniki yardım, potensialın artırılması, və daha geniş beynəlxalq əməkdaşlıq aspektlərini əhatə edir.

Bu sənədin qəbul edilməsilə rəqəmsal təhlükəsizliyə dair beynəlxalq əməkdaşlığın yeni mərhələsi başlayacaq.

Azərbaycanın bu prosesdə fəal iştirakı ölkəmizin kiberdayanıqlıq, beynəlxalq etimad və rəqəmsal diplomatiya sahəsində artan nüfuzunun bariz göstəricisidir.

İbrahim Nəbioğlu, jurnalist:

- Nobel mükafatı laureatı, görkəmli yazıçı və filosof Elias Kanetti "Mərakeşin səsləri" (Die Stimmen von Marrakesch, 1967) adlı səyahət kitabında belə yazırdı:

"Bu dövr yeni əşyaların dövrüdür, amma heç də yeni fikirlərin deyil"...

Kanetti bu cümlə ilə zəmanənin paradoksunu açır:

Bəşəriyyət hər il minlərlə yeni əşya - cihaz, texnologiya, mexanizm yaradır...

Amma insan beyninin köhnə strukturları dəyişmir.

Biz daha sürətli düşünsək də, daha dərin düşünə bilmirik...

Yeni avtomobillər, yeni telefonlar, yeni şəhərlər - hamısı formadır.

Amma forma dəyişdikcə məna yox olur.

Düşüncə, ideya, mənəvi səviyyə yerində sayır.

Sanki texnologiya ağlı əvəz edib, tərəqqi ideyasını tərəqqinin oyuncağına çevirib.

Kanetti bu sətirləri ötən əsrin 60-cı illərində yazırdı - televiziyanın, reklam sənayesinin yüksəlişi dövründə. Kanetti artıq o zaman hiss etmişdi ki, "yenilik" kəlməsi mənəvi dəyərini itirir. İndi bu fikir daha kəskindir: biz əşyaların təzəliyi ilə ruhumuzun köhnəliyini gizlədirik.

Yeni düşüncə yaratmaq əvəzinə, biz köhnə ideyaları yeni ekranlarda təkrar edirik.

İnsan "yeni"ni artıq "başqa" anlamında yox, "daha parlaq, daha sürətli" mənasında anlayır.

Kanettinin bu müşahidəsi sadəcə tənqid deyil.

O, əşyaların çoxluğu ilə fikrin azlığının yaratdığı mədəni boşluğu göstərir.

Yeni şeylər çoxaldıqca, insan öz mənasını əşyaların arasında itirir.

Bu, həm istehlak cəmiyyətinin, həm də "düşünməyə vaxtı olmayan" insanın faciəsidir.

Kanetti üçün Marrakeş səslə sükutun, insanla əşyanın qarşılaşdığı bir məkandır.

O, orada bazarların səs-küyündə insanlığın əzəli səslərini axtarır.

Yeni şeylər - ipə-sapa gəlməz, parıltılı, çoxaldılmış, amma mənasız səslər kimi səslənir.

Buna qarşı o, susmaq və dinləmək mədəniyyətini qoyur.

Kanettinin bu fikri indi bəlkə daha doğrudur.

Biz smart telefonlarla düşünür, ağıllı evlərdə yaşayırıq,

amma ağılsız səssizliyə çevrilmişik.

"Əşyaların yeniliyi insanın köhnəliyini gizlətmir, əksinə, onu daha açıq göstərir"...

Və bəlkə də dövrümüzün əsl dramı da elə bundadır - biz yeni şeylər içində köhnə düşüncələr kimi yaşayırıq...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Noyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see216

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see204

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see204

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see180

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see179

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see171

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see163

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see157

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see148

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see145

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see145

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see132

Emil qayınatası ilə qızının fotosunu yayımladı

18 Dekabr 2025 12:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri