Icma.az
close
up
RU
Dezinformasiya yaymaq “Deutsche Welle” kimi nüfuzlu media qurumu üçün rüsvayçılıqdır

Dezinformasiya yaymaq “Deutsche Welle” kimi nüfuzlu media qurumu üçün rüsvayçılıqdır

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Almaniyanın “Deutsche Welle” media qurumunun "Ermənistanın Qafqazda torpaq və kimlik uğrunda mübarizəsi" adlı sənədli filmini yayımlaması bu qurumun da keçmiş USAID ilə, "Azadlıq radiosu" və "Amerikanın səsi" radiosu ilə, "Le Figaro" qəzeti ilə eyni mənbədən - erməni lobbisindən "qida"landığını göstərir. Bu cür ermənipərəst KİV-lər və qurumlar üçün müqəddəs heç nə yoxdur. Onlar ötən əsrin 90-cı illərinin əvvəllərində təcavüzkar Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalını "azadlıq uğrunda mübarizə" adlandıracaq qədər mənəviyyatsız və vicdansızdırlar.
Erməni lobbisinə satılmış bu cür təşkilatların, kütləvi informasiya vasitələrinin (KİV) məlum hesabatlarını və reportajlarını hazırlayan əməkdaşları, əslində, 1990-cı illərin əvvəllərində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və 30 ilə yaxın işğal altında saxlanıldığını, habelə 1 milyona yaxın azərbaycanlının həmin ərazilərdən zorla köçkün düşdüyünü, 7 şəhər, 900 qəsəbə və kəndimizin erməni vandalları tərəfindən tamamilə xarabalığa çevrildiyini, məscidlərimizin dağıdıldığını, qəbiristanlıqlarımızın məhv edildiyini, muzeylərimizin və tarixi abidələrimizin talan edildiyini, Xocalıda və digər yaşayış məntəqələrində insanlarımızın milli-etnik ədavət zəminində soyqırımına məruz qaldığını, ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildiyini yaxşı bilirlər. Lakin bütün bu faktları, tükürpərdici həqiqətləri öz hesabatlarına, çəkdikləri film və reportajlara daxil etməkdən vicdansızcasına imtina edirlər. Çünki "ağa"larından belə tapşırıq alıblar.
Vicdansızlıq o həddədir ki, onlar hətta işğalçı Ermənistan qoşunlarının Azərbaycandan çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının (TŞ) məlum dörd qətnaməsini də görməzdən gələrək və yüz minlərlə azərbaycanlının Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə siyasətinin qurbanı olması faktına qəsdən göz yumaraq Ermənistanın onilliklər boyu davam etmiş işğalçı siyasətinə və dəhşətli müharibə cinayətlərinə haqq qazandırmaq üçün öz oxucu və tamaşaçı auditoriyasında yanlış fikir formalaşdırır və keçmiş münaqişənin, guya, dini motivli münaqişə olduğunu iddia edirlər. “Deutsche Welle” də eyni sərsəm iddia ilə çıxış edib və bununla da ictimai rəydə məqsədli surətdə çaşqınlıq yaratmağa çalışıb.
Həqiqətləri bu cür açıq şəkildə təhrif etmək, dezinformasiya yaymaq “Deutsche Welle” kimi nüfuzlu media qurumu üçün rüsvayçılıqdır. Qərəzdiz və obyektiv jurnalistika standartlarını, peşə etikasını dünya erməniçiliyinin murdar maraqlarına qurban vermək olmaz. “Deutsche Welle” bu prinsiplərə də hörmət etmirsə, heç olmasa, öz izləyicilərinə, tamaşaçılarına və nəhayət, alman xalqına biraz sayğı ilə yanaşsın. Axı sıravi almanlar ödədikləri vergiləri “Deutsche Welle”nin onlara yalanları həqiqət kimi sırımağı üçün ödəmir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 Aprel 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri