Dezinformasiyalar artıq qanlı müharibələr qədər təhlükə yaradır EKSPERT
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
“Dünyanın belə gərgin, müharibə kimi dəhşətli prosesləriin adiləşdiyi məqamda qlobal medianın, ümumilikdə vətəndaş cəmiyyəti institutlarının üzərinə böyük məsuliyyət düşür”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli Şuşada keçirilən IV Qlobal Media Forumu barədə danışarkən dedi. Birlik sədri qeyd etdi ki, məhz belə məqamda Şuşa şəhərində IV Qlobal Media Forumu keçirilir:
- İşğaldan, təcavüzdən azad olunmuş Şuşa kimi bir şəhərdə belə tədbirin keçirilməsinin böyük tarixi əhəmiyyəti var. Şuşa Forumu həm də məsuliyyətli kommunikasiyanın dərinləşməsində mühüm mərhələ olacaq. Toplantını imkan çatan qədər izləməyə çalışdıq. Şuşadan dünyaya bəşəriyyəti narahat edən məqamlarla bağlı sülh mesajları səsləndirildi. Heç şübhəsiz ki, manipulyasiyadan uzaq olaraq həqiqətin ifadə olunması, məsuliyyətli davranış media subyektləri üçün zəruridir.
Dialoq mühitinin formalaşmasında, əməkdaşlıq üçün yeni imkanların müzakirəsində Şuşa əhəmiyyətli platformadır. Hazırda cəmiyyətlərə, insanların həyatına dezinformasiyalar qanlı müharibələrin gətirdiyi qədər fəlakətlər gətirir. Bəzən qlobal miqyasda dezinformasiyaların idarə olunması bəzi dairələrin gündəlik fəaliyyət istiqamətinə çevrilir. Belə qorxulu tendensiyalardan qorunmaq üçün Şuşa Qlobal Media Forumu əhəmiyyətli müzakirə məkanına çevrildi. Ötən gün forum şərçivəsində Azəbaycan Prezidentinə ünvanlanmış suallar və dövlət başçısının çox məntiqli cavabları Şuşadan dünyaya ötürülən bəşəriyyət üçün zəruri olan sülh, əməkdaşlıq, təhlükəsizliklə bağlı mühüm mesajlar idi. Yəqin ki, media təmsilçiləri, toplantı iştirakçıları və geniş auditoriya bu məqamlara diqqət yetirəcək. Şuşa Forumu həm də məsuliyyətli kommunikasiyanın dərinləşməsində mühüm mərhələ olacaq. Əhəmiyyətli məqamlardan biri odur ki, 53 ölkədən gələn media təmsilçiləri, digər qonaqlar işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işləri, əhalinin məskunlaşma məsələləri ilə yaxından tanış olacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 14 İyul 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















