Dilə alınma sözlər nə qədər çox daxil olarsa, bu, dilin korlanmasına gətirib çıxara bilər
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan dilinin qorunması və yad təsirlərdən uzaq saxlanılması məsələsi hər zaman dövlətin və cəmiyyətin diqqət mərkəzində olub. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ana dilimizin milli kimliyimizin əsas dayaqlarından biri olduğunu vurğulayaraq, onun qorunmasının hər bir vətəndaşın borcu olduğunu xüsusi qeyd edib.
Mövzu ilə bağlı Redaktor.az-la fikirlərini bölüşən filologiya üzrə fəlsəfə doktoru Elşad Abışov qeyd etdi ki, dil xalqın milli kimliyinin əsas göstəricilərindən biridir:
"Hələ XVI əsrdə Şah İsmayıl Xətai qeyd edirdi: “Mən sizə üç əmanət qoyub gedirəm: dilimiz, torpağımız, qeyrətimiz. Bu üç əmanətə sahib çıxın”. Azərbaycan dili zaman-zaman ağır sınaqlardan keçib. Ərəb işğalı dövründə dilimiz ərəb dilinin, ondan sonrakı mərhələdə isə fars dilinin təsirinə məruz qalıb. Həmin dövrləri nəzərdən keçirəndə görürük ki, dilimizdə ərəb-fars sözləri həddindən artıq çoxdur. Təxminən o dövrün leksikasını təhlil etsək, görərik ki, dilimizdəki sözlərin təxminən 50-60 faizi ərəb-fars mənşəlidir. Sonrakı mərhələdə sovet hakimiyyəti dövründə dilimizə rus sözləri daxil olmağa başladı. Xoşbəxtlik ondadır ki, biz müstəqillik əldə etmişik və bu, böyük bir nemətdir. Bu gün dilimiz həm ərəb, həm fars, həm də rus dillərinin təsirindən azad olaraq müstəqil bir dövlət dili kimi inkişaf etməkdədir. Müstəqillik dövrü millətimizin qarşısında yeni vəzifələr qoyur. Bu vəzifələrdən biri də öz milli kimliyimizə, yəni dilimizə sahib çıxmaqdır".
Müsahibimiz əlavə etdi ki, biz hamılıqla, bütöv bir millət kimi öz dilimizi, yəni milli kimliyimizi yad təsirlərdən qorumalıyıq və bacardığımız qədər çalışmalıyıq ki, dilimiz alınma sözlərin təsirinə məruz qalmasın:
"Çünki dilə alınma sözlər nə qədər çox daxil olarsa, bu, dilin bir o qədər korlanmasına və çirklənməsinə gətirib çıxara bilər. Bundan əlavə, ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, dilin qorunması üçün müxtəlif ictimai qurumların və elmi mərkəzlərin fəaliyyət göstərməsi də vacibdir. Məsələn, Türkiyədə türk dilinin yad təsirlərdən qorunması üçün Türk Dil Qurumu fəaliyyət göstərir. Bu qurumun türk dilinin inkişafında, zənginləşməsində və saflaşmasında çox böyük rolu olub. O cümlədən Yaponiyada da xüsusi komissiya fəaliyyət göstərir. Həmin komissiya dilə daxil olan yad, əcnəbi sözləri qeydə alır və bu sözlərin qarşısının alınması istiqamətində tədbirlər görür".
Nuriyyə NATİQQIZI
Baxış sayı:34
Bu xəbər 07 Yanvar 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















