Icma.az
close
up
RU
DİN Yeni il ərəfəsində kiberdələduzluq hallarına qarşı xəbərdarlıq edib

DİN Yeni il ərəfəsində kiberdələduzluq hallarına qarşı xəbərdarlıq edib

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında “onlayn mağaza” adı altında fəaliyyət göstərən ayrı-ayrı səhifələr vasitəsilə vətəndaşların aldadılması, əvvəlcədən ödəniş etdikdən sonra pul vəsaitlərinin mənimsənilməsi halları qeydə alınır.

DİN Mətbuat Xidmətindən APA-ya bildirilib ki, bu cür səhifələr əsasən Yeni il ərəfəsində daha aktiv fəaliyyət göstərir, “xüsusi bayram endirimi”, “məhdud sayda məhsul”, “yalnız bu gün üçün kampaniya” kimi cəlbedici elan və paylaşımlar vasitəsilə vətəndaşların diqqətini cəlb etməyə çalışırlar. Sifariş qəbul edildikdən sonra isə məhsullar göndərilmir, səhifələr deaktiv edilir və ya vətəndaşlarla əlaqə tamamilə kəsilir.

Buna görə kiberdələduzluq hallarının qarşısının alınması və pul vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aşağıdakılara riayət edilməsi vətəndaşlara tövsiyə edilir:

- Tanımadığınız, rəsmi qeydiyyatı və etibarlılığı şübhə doğuran səhifələr vasitəsilə alış-veriş etməyin;
- Məhsulu faktiki olaraq görmədən və satıcının etibarlılığından əmin olmadan təqdim edilən bank kartlarına əvvəlcədən pul köçürməyin;
- Şəxsi məlumatlarınızı, bank kartı rekvizitlərini, kartın üzərindəki CVV/CVC kodunu və birdəfəlik təsdiq şifrələrini üçüncü şəxslərlə paylaşmayın;
- Alış-veriş zamanı yalnız rəsmi sayt və platformalardan, ödəniş təhlükəsizliyi təmin olunan sistemlərdən istifadə edin.

Vətəndaşlardan sosial şəbəkələrdən istifadə zamanı daha diqqətli olmaları, şübhəli elan və səhifələrə qarşı ehtiyatlı davranmaları, qeyd olunan hallarla üzləşən şəxslərin dərhal polisə müraciət etmələri xahiş olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Dekabr 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri