Icma.az
close
up
RU
“Dinamo” “Aleksandriya” ilə “Şaxtyor”un yaxınlaşmasına imkan vermədi

“Dinamo” “Aleksandriya” ilə “Şaxtyor”un yaxınlaşmasına imkan vermədi

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukraynada hesabat turu liderlərin qələbəsi ilə müşayiət olundu.

Ortabablardan “Rux”un qonağı olan “Dinamo” cari mövsümdə yalnız bu komandanın qapısına yol tapmamışdı. Bu problem çox tez – artıq 11-ci dəqiqədə həllini tapdı. Çempionatın bombardiri Vanat hesabı açdı, yarım saatın tamamında isə Buyalski fərqi artırdı. Qarşılıqlı hücumlar şəraitində keçən 2-ci hissədə hesab dəyişmədi.
Liderin ən yaxın izləyicisi “Aleksandriya” “Levıy bereq”i yeganə qolla məğlub etdi. “Şaxtyor” da iki cavabsız qolla qalib gəldi. Ancaq Marino Puşiçin komandasının oyunu yenə ümid vermədi. Qluşenko 89-cu dəqiqədə 2-ci topu “Obolon”un qapısından keçirməsəydi, bu oyun istənilən nəticə ilə bitə bilərdi.
2025-də ilk qələbəsini “Vorskla” ilə səfər oyununda qazanan “Krivbass” avrokuboklara iddiasını davam etdirir. 4-cü pillədə qərarlaşan “Polesye” ilə xal fərqini 2-yə endirən Krivoy-Roq klubunun ehtiyatda iki oyunu da var. “Polesye”dən söz düşmüşkən, bu komanda cari mövsümdə, adətən, 1-dən artıq qol vurmur. LNZ ilə oyunda da bir qol qələbə üçün kifayət etdi. Qışda “Polesye”ni “Çernomorets”ə dəyişən Emil Mustafayev, yəqin ki, indi sabiq komandasının nəticələrinə həsəd aparır. Axı “dənizçilər” hesabat turunda yeni baş məşqçi Aleksandr Kuçerin rəhbərliyi altında ilk oyuna çıxdı və darmadağın oldu – 0:4. Emil “Karpatı” ilə oyunda 61-ci dəqiqədə meydana çıxsa da, heç nə ilə yadda qalmadı.
Turun ən gözlənilməz nəticəsi “Kolos”un səfərdə “Zarya”nı darmadağın etməsidi. “İnqulets” – “Veres” oyununda isə qapılara qol vurulmadı.
22-ci tur
Rux – Dinamo 0:2

Vanat, 11. Buyalski, 30.
Dinamo: Neşeret, Dubinçak, Karavayev, Mixavko, Popov (Belovar, 81), Buyalski (Pixalenok, 70), Mixaylenko, Yarmolenko (Voloşin, 76), Vanat (Gerrero, 69), Kabayev, Şaparenko (Rubçinski, 70).
Obolon – Şaxtyor 0:2
Eginaldo, 22. Qluşenko, 89.
Şaxtyor: Riznık, Bondar, Vinisius, Qram, Pedro Enrike, Bondarenko (Nazarina, 78), Sudakov (Qluşenko, 77), Santana (Pedrinyo, 61), Kevin, Qomes, Eginaldo.
Levıy bereq – Aleksandriya 0:1
Smirnı, 13.
Vorskla – Krivbass 0:1
Tverdoxleb, 40.
LNZ – Polesye 0:1
Kruşinski, 54.
Karpatı – Çernomorets 4:0
Bruninyo, 41-p.; 45-p.; 50. Kostenko, 56.
Zarya – Kolos 0:3
Surikov, 42; 58. Orexovski, 63.
İnqulets – Veres 0:0

1. Dinamo 22 16 6 0 46-15 54
2. Aleksandriya 22 15 5 2 34-16 50
3. Şaxtyor 21 13 5 3 48-16 44
4. Polesye 22 10 7 5 30-22 37
5. Krivbass 20 10 5 5 24-19 35
6. Karpatı 22 9 5 8 27-23 32
7. Veres 22 7 8 7 27-28 29
8. Zarya 21 9 2 10 25-28 29
9. Rux 22 6 8 8 22-20 26
10. LNZ 22 7 4 11 22-30 25
11. Levıy bereq 21 6 4 11 12-22 22
12. Kolos 22 4 9 9 16-19 21
13. Vorskla 22 5 6 11 17-28 21
14. Obolon 22 4 6 12 12-37 18
15. İnqulets 21 3 7 11 15-33 16
16. Çernomorets 22 4 3 15 14-35 15
Bombardirlər: Vanat (Dinamo) – 13, Sudakov (Şaxtyor), Qutsulyak (Polesye), Filippov (Aleksandriya) – 10.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Aprel 2025 00:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri