Icma.az
close
up
RU
Dini ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilməməlidir ELNUR MUSTAFAYEV

Dini ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilməməlidir ELNUR MUSTAFAYEV

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Azərbaycan tarixən müxtəlif dinlərin, mədəniyyətlərin və etnik qrupların qarşılıqlı əlaqədə olduğu məkanlardan biri kimi tanınır. Ölkənin tarixi-mədəni inkişafında zərdüştilik, islam, xristianlıq və yəhudilik ənənələrinin özünəməxsus yeri olmuşdur. Bu dini müxtəliflik Azərbaycanın zəngin mədəni irsinin formalaşmasına təsir göstərmişdir". Bu fikirləri SİA-ya açıqlamasında AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev deyib.

Onun sözlərinə görə, müasir Azərbaycanda vicdan azadlığı, dini etiqad və dini qurumların fəaliyyəti hüquqi çərçivədə tənzimlənir: "Azərbaycan Respublikasının Konstitusiyasında din və dövlət münasibətlərinin dünyəvilik prinsipi əsasında qurulması, dini etiqad azadlığı və qanun qarşısında bərabərlik kimi müddəalar təsbit olunmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyasında din və vicdan azadlığı fundamental insan hüquqları sırasına daxildir və əsasən dünyəvilik, bərabərlik və fərdi seçim azadlığı prinsiplərinə söykənir. Ölkənin Əsas Qanununa görə Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

Konstitusiyamızda hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə tək və ya başqaları ilə birgə etiqad etmək və ya etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək hüququ var. Bu mənada, dini mərasimlərin icrası ictimai qaydanı və ya ictimai əxlaqı pozmadıqda sərbəstdir.

Bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, heç kəs öz əqidəsini açıqlamağa və ya əqidəsindən dönməyə məcbur edilə bilməz. Dini ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilməməlidir. Bu mənada, ölkədə yad təsirlərə, milli-mənəvi dəyərlərimizə və tarixi gerçəkliyimizə uyğun olmayan yad düşüncələrdən uzaq durmalı, ideoloji təxribatlara qarşı birgə mübarizə aparmalıyıq.

Dünyəvi təhsil ilə vicdan və dini etiqad azadlığı arasında tarazlığın qorunması müasir təhsil sisteminin mühüm hüquqi, pedaqoji və mənəvi məsələlərindən biridir. Bu məsələ xüsusilə uşaqların şəxsiyyət kimi formalaşması, fərqli dünyagörüşlərinə hörmət, dini dözümlülük və cəmiyyətdə birgəyaşayış mədəniyyətinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Əsas prinsip ondan ibarətdir ki, dünyəvi təhsil dini etiqadın inkarı demək olmadığı kimi, dini etiqad azadlığı da təhsilin dini qaydalar əsasında təşkil edilməsi demək deyildir. Bu iki prinsip hüquqi çərçivə, qarşılıqlı hörmət və uşağın üstün mənafeyi əsasında uzlaşdırılmalıdır.

Xüsusilə qeyd etmək lazımdır ki, dünyəvilik dinə qarşı münasibət kimi deyil, dövlət təhsilinin müxtəlif inanclara münasibətdə qərəzsizliyi və elmi əsaslarla təşkili kimi başa düşülməlidir.

Bu baxımdan, dünyəvi məktəb şagirdin dini inanclarını dəyişdirməyə çalışmamalı, eyni zamanda onun dini mənsubiyyətinə görə təhsil imkanlarını məhdudlaşdırmamalıdır. Yəni təhsil müəssisəsi qərar qəbul edərkən uşağın təhlükəsizliyini, təhsil hüququnu, psixoloji rifahını və inkişaf edən müstəqil düşüncəsini nəzərə almalıdır. Valideynlərin hüquqları ilə uşağın hüquqları arasında ziddiyyət yarandıqda, məsələ uşağın üstün mənafeyi əsasında qiymətləndirilməlidir.

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində şagirdlər üçün vahid məktəbli geyim forması tətbiq olunur və bu qaydalara riayət olunması Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir. Məktəbli geyim formasının tətbiq olunmasında əsas məqsəd məktəblərdə təhsilin dünyəvilik prinsipini qorumaq, intizamlı və bərabər təhsil mühitini formalaşdırmaqdan ibarətdir. Bu məsələdə tarazlığın qorunması yalnız məktəb rəhbərliyinin üzərinə düşən vəzifə deyil. Ailə, məktəb və dövlət arasında sıx əməkdaşlıq olmalıdır. Dövlət və xalq olaraq dünyəvi təhsilin hüquqi təminatlarını yaratmalı, vicdan azadlığını qorumalı, təhsil müəssisələrində ayrı-seçkiliyə qarşı effektiv mexanizmlər formalaşdırmalı və müəllimlərin bu sahədə hazırlığını dəstəkləməliyik. Bu prosesdə dövlət maraqları qorunmalı, cəmiyyətin inkişafı əsas götürülməli, milli-mənəvi və dini dəyərlərə hörmətlə yanaşılmalı, o cümlədən vətəndaşların mənafeyi əsas məqsəd olmalıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Oktyabr 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri