Icma.az
close
up
RU
Dinozavr skleti 6 milyon dollara hərraca çıxarılacaq

Dinozavr skleti 6 milyon dollara hərraca çıxarılacaq

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Nyu-Yorkdakı "Sothebys" hərrac evi iyul ayının 16-da keçirilməsi nəzərdə tutulan hərracda ilk dəfə seratozavrın qalıqlarını satışa çıxaracaq.
Reyting.az
xəbər verir ki, bu barədə Nyu-York şəhərinin məşhur hərrac evinin rəsmi saytı məlumat yayıb.
Seratozavr adlanan bu yırtıcı və ətyeyən nəhəng ovçu Yura dövrünə aid canlıların arasında ən böyük dinozavr olub. Həmin dövrün digər dinozavrlarından onu uzun burun buynuzu, uzunsov dişləri, belindən quyruğuna qədər uzanan, həmçinin çox möhkəm sümük lövhələri fərqləndirir.
Dövrümüzə qədər gəlib çatan, üstəlik, çox yaxşı qorunan dinozavr qalıqları ilk dəfə 1996-cı ildə Vayominq ştatındakı "Bone Cabin Quarry" adlanan karxananın ərazisindən tapılıb. Sonradan isə məlum olub ki, bundan əvvəl dinozavrın skeleti hüquqi sənəd olmadan dəfələrlə qazanc məqsədi ilə qanunsuz şəkildə, həmçinin qeyri-peşəkarlar tərəfindən çərçivəsiz quraşdırılmaqla, ABŞ-da, eyni zamanda Yuta ştatındakı Qədim Həyat Muzeyində də sərgilənib.
Yura dövründə yaşamış nəhəng ətyeyən yırtıcının skeletinin hündürlüyü təxminən 2 metrə yaxın, uzunluğu isə 3,3 metrdir.
Hərraca çıxarılacaq dinozavrın qalıqları haqqında danışan yerli mütəxəssislər bildiriblər ki, bu dinozavr növü demək olar, ciddi zərər çəkməyib və eyni zamanda kiçik detallar istisna olmaqla, bütöv halda saxlanılıb.
Hərraca çıxarılacaq skeletdə ümumilikdə, 139 orijinal daşlaşmış sümük hissələri var. Lakin mütəxəssislər nəhəng dinozavrın qalıqlarını mükəmməl şəkildə təqdim etmək üçün bərpa məqsədi ilə Yura dövrü yırtıcısının görünüşünə xələl gətirmədən onun sümüklərini quraşdıran zaman qədim canlının fiquruna bir neçə kiçik heykəltəraşlıq elementləri də əlavə ediblər.
Hərracın saytında qeyd olunub ki, qədim seratozavrın skeletinin kəlləsi tamamilə birləşdirilmiş vəziyyətdədir, sümükləri isə yaxşı mineralizasiya olunub, həmçinin o, "fövqəladə detallarla" seçilir.
"Sothebys" hərrac evinin paylaşdığı digər bir məlumatda isə qiymətdən söz açılır: skeletin ilkin hərrac qiyməti təxminən 6 milyon ABŞ dolları dəyərində olacaq.

Oqtay QORÇU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://reyting.az
archiveBu xəbər 30 İyun 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri